Skip to content
11.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ…- KİMİN ,,ƏDALƏT”İNƏ İNANAQ ,HAQQIN YOXSA EŞQİNİN?… ,,ŞÜHBƏLİ TƏYİNAT”ın izilə..
  • CƏMİYYƏT
  • ÖLKƏ

TƏHSİLİMİZİN EŞQİ BAĞIROV SƏRGÜZƏŞTLƏRİ…- KİMİN ,,ƏDALƏT”İNƏ İNANAQ ,HAQQIN YOXSA EŞQİNİN?… ,,ŞÜHBƏLİ TƏYİNAT”ın izilə..

admin 28.04.2026
1777382352_1777353932_4

Öz qeyri-adi təyinatları ilə təhsil sistemini məhvə sürükləyən, Azərbaycan təhsilini təcrübə obyektinə çevirən Eşqi Bağırov məcburiyyətdən növbəti təəccüb doğuran kadr təyinatına imza atıb. Bu yaxınlarda Turanə Məcidlinin BŞTİ müdir müavini təyin olunması təhsil cameəsi tərəfindən heç də birmənalı qarşılanmayıb. Əslində bu təyinatın izi Ağ şəhərdəki evlərə qədər gedib çıxır. Yəni məcburiyyətdən doğan təyinatın sədası şəhər meriyasından başlayıb Ağ şəhərdə əks səda verir. ( bu barədə ətraflı növbəti yazımızda) İndiyə qədər hansısa ciddi uğuru ilə tanınmayan, amma vəzifə pillələrində sürətli yüksəlişi ilə təcrübəli atletləri belə geridə qoyan Turanə Məcidli cəmisi 8 ay öncə BŞTİ-də sektor müdiri təyin olunmuşdu. Görəsən onun hansı fövqəladə qabiliyyəti, yaxud innovativ fəaliyyəti Eşqi Bağırovu bu qədər cəlb edib ki, cəmisi 8 aydan sonra onu daha yüksək posta gətirib?
İllərlə təhsil sahəsində külüng çalan, neçə-neçə elmi işi olan şəxslər var ki, heç kimin yadına düşmür, quruca bir “çox sağ ol”la mükafatlandırılmır. Amma Turanə Məcidli 10 ildə karyerasında inanılmaz yüksəlişə nail olaraq indiki vəzifəyə təyin olunub. Bu xanıma sıravi müəllimlikdən paytaxtın təhsil idarəsinin müdir müavini olmasına qədər 10-12 il bəs edib. Nəzərə alsaq ki, Azərbaycan praktikasında bunun istedad, yaxud qabiliyyətlə mümkün olması o qədər də inandırıcı görünmür. O səbəbdən də Turanə Məcidlini himayə edən, əsən yellərdən, axan sellərdən qoruyan qüvvənin kim olduğu maraqlı deyilmi?
Xatırladaq ki, Turanə Məcidlinin yaxınları təhsil sistemində kök atmış “köhnə qvardiyanın” nümayəndələrindəndir. Onun qayınatası Məhəbbət Kazımovun dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin əsas kadrlarından biri olduğu bildirilir. Qayınanası isə Bakı İdman Liseyinin direktorudur. Ən əsası isə qaynanası Təhminə xanımın Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın yaxın rəfiqəsi olmasıdır. Azərbaycan təhsilinə xüsusi “məhəbbət” bəsləyən xanım Vəliyevanın, onları daim qanadının altında saxlayan Ramiz Mehdiyevin bu sahədə hansı faciəvi addımlar atdığı, təhsilimizə hansı sağalmaz yaralar vurduğu heç kimə sirr deyil. Görünür bu çetenin himayəsi ilə Turanə Məcidli sürətlə vəzifə pillələrində irəliləməyə müvəffəq olub. Paytaxtın təhsil sistemində böyük şəbəkə formalaşdıran Mehdiyev-Vəliyeva tandemi hələ də mövqelərini əldən vermək istəmir. Elə bu səbəbdəndir ki, paytaxtın təhsil sektorunu nəzarətdə saxlamaq üçün Turanə Məcidlini tezbazar müdir müavini təyin etdirməyə müvəffəq olublar. Dövlətə xəyanət ittihamı ilə ev dustaqlığına məhkum olunan qocaman akademikin hələ də təhsil sistemində dominant rol oynadığı aydın görünür. Yoxsa onun çətiri altında olmaqda ittiham olunan birinin sürətlə vəzifə pillələrində irəliləməsinə başqa nə ad vermək olar ? Maraqlı olan isə bu təyinata imza atan Eşqi Bağırovun və yaxud daha yüksəklikdə razılığ verənin ixtiyarının kimlərdə olmasııdır. Deyəsən cənab Bağırov Azərbaycan təhsilinə elə belə yox, “meravik məhəbbət” bəsləyir…

“Gəncədə direktor əməliyyatı”

Direktor təyinatı demişkən, bu barədə danışıb Eşqi Bağırovun məhşur “Gəncə əməliyyatı”nı qeyd etməmək günah olardı. Ən azından onun sabiq köməkçisi və “qara kassası” olmuş Vüqar İsmayılovun haqqına girmiş olarıq. Nədən ki, Vüqar İsmayılov direktor təyinatlarında hansı oyunlardan çıxıb, nələr eləyib bir özü,bir Allahı, bir şefi, ucundan-qulağından bir az da biz bilirik.
Doğrudur “Gəncə əməliyyatı” haqqında Təhsil Nazirliyi də bilmişdi, hətta məsələ böyüyüb iş o yerə çatmışdı ki,az qala hüquq mühafizə orqanlarına müraciət ediləcəkdi. Lakin, E.Bağırov bu dəfə də sudan quru çıxmağı bacardı. Doğrudur “Gəncə əməliyyatı”da az əməyi olmayan Vüqar İsmayılovu qurban verməli oldu. Amma deyəsən “qurbanı qəbul olundu”, nədən ki, Təhsil Nazirliyi də sonradan bu məsələni çox da açıb ağartmadı.Amma
Çox maraqlıdır ki, bu boyda haqq hesabı heç nə olmamış kimi ört-basdır edənlər görəsən nə vaxta qədər cidanı çuvalda gizlətməyi bacaracaqlar
İndi biz kimin ,ƏDALƏTİNƏ” inanaq,
HAQQIN YOXSA EŞQİNİN?…
Davamı var.
fraksiya.az/

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI
Next: İslam Kərimovun qızına qarşı yeni iddia – Bu dəfə İsveçrədə

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
2026-cı il mayın 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə...
DAVAMI Read more about İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

Bütün yazılar

serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.