Skip to content
11.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Ferma müdiri yoxsa Xəstəxana direktoru – İLGİNC FAKTLAR
  • CƏMİYYƏT
  • ÖLKƏ

 Ferma müdiri yoxsa Xəstəxana direktoru – İLGİNC FAKTLAR

admin 28.04.2026
1777353648_2
Şəki camaatı baməzə, ayama qoşan, lətifə sevən olur. Şəkililər koloritli və istedadlı adamlardı. Onların “vizit kartı” da “Hacı dayı” hesab olunur. Amma Şəki rayon səhiyyəsi elə ağlamalı vəziyyətdədir ki, ona lətifə qoşmağa adamın dili gəlməz. Çünki tragikomik halda olan rayon səhiyyəsinin gününə gülmək yox, ağlamaq lazımdır.
Dahi Axundov sağ olsaydı, bəlkə də Şəki rayon Mərkəzi Xəstəxanası barədə “Sərgüzəşti vəziri-xan”, ya da “Kimyagər İbrahimxəlil” yazardı. Hətta xəstəxana direktorunu görsəydi, onu da “Hacı Qara”ya oxşadardı. Əlqərəz, Şəki səhiyyəsinin ciddi müalicəyə ehtiyacı var. Bu rayonun mərkəzi xəstəxanasının özü xəstələnib və ağır bəlaya düçar olub. Araşdırma qurupumuz bildirir ki, Şəki RMX haqda qoyulan diaqnoza əsasən rüşvət xəstəliyindən əziyyət çəkir. Ona görə də Şəki rayon sakinləri TƏBİB-in yeni icraçı direktoru Anar Bayramova və Müşahidə Şurasının rəhbəri Xalid Əhədova müraciət edərək bu xəstəliklə mübarizədə köməklik göstərilməsini xahiş ediblər. Onların sözlərinə görə, xəstəxana rəhbərliyi Şəki səhiyyəsində rüşvəti pandemiya həddinə çatdırıb. Eyni zamanda, bərbad idarəçilik, özbaşınalıq, səhlənkarlıq, müayinəyə gələnlərə etinasız münasibət, qapıdan girəndən ən yuxarı mərtəbəyə qədər rüşvətin ayaq açması artıq Şəki camaatını dözülməz həddə çatdırıb. Bununla belə TƏBİB-in yeni rəhbərliyindən Şəki RMX-na təcili şəkildə komissiya göndərilməsi xahiş olunur. Ki, bu tibb ocağında eybəcərliyə son qoyulsun və cərrahi əməliyyat aparılaraq xəstəxana rüşvət amputasiya edilsin.Hərçənd ki,əvvəllər də KOMİSİYALAR gələrmiş. Məşhur kinoda deyildiyi kimi Məcid bəy fermanın yağı ilə yoxlamaları yola verərdi.. Getdi o günlər.. İndi Anar Bayramov fermanın yağını qurğuşun edib adamın boğazına tökər , ki…
Belə ki, xəstəxananın direktoru Məcid Əliyev burada anarxiya yaradıb və yalnız rüşvətə nəzarət edir. Baxmayaraq ki, dövlət tibb müəssisələrində göstərilən xidmətlər pulsuzdur və icbari tibbi sığorta sistemi var, Məcid Əliyev öz “qanun”ları ilə işləyir.
Elə bunun nəticəsidir ki, Məcid Əliyev həm baş həkim, həm direktor olduğu illər ərzində böyük sərvət toplayıb, oliqarxa çevrilib. Mediada gedən məlumatlara əsasən, Məcid Əliyevin rayonda heyvan saxlamaq üçün böyük ferması , əmlakları, villası, avtomobil kolleksiyası, həmçinin Bakıda mənzilləri var. Bir rayon xəstəxanasına direktorluq edən şəxs bu imkanlara maaşla necə yiyələnə bilər? Biznesmen , iş adamı olsaydı, başa düşülərdi. Amma xəstəxana direktorunun ən yaxşı halda bir evi və bir maşını olar. Amma Məcid Əliyev milyonçuya çevrilib.
Hətta qəribə orasıdır ki , Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında baş həkim çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyev özünə himayədar tapıb və onun hesabına direktor vəzifəsinə yüksəlib. Ancaq əvvəlindən fəaliyyəti yarıtmaz olan Məcid Əliyevin direktor postunda əməlləri daha da həddi aşmağa başlayıb. Nəticədə bir yandan rüşvət yığımı artıb, pulsuz tibbi xidmət aradan qaldırılıb, bir tərəfdən müxtəlif şöbələrdə iş rejimi ilə bağlı qaydalar pozulub, digər tərəfdən onun hərəkətləri bəzi həkimləri məhkəməyə üz tutmağa məcbur edib. Bu da məhkəmələrdə həkimlərin xeyrinə qərar çıxarılmasına səbəb olub. Lakin direktor məhkəmə qərarlarını da icra etmir və dövləti, qanunları saymır.
Bir sözlə, Məcid Əliyev Şəki səhiyyəsini Şəki bazarına çevirib.
Bəs sakinlər həyəcan təbili çalaraq təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirlər…
Nicat Mahmudov
FRAKSİYA.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: MOİK-in futbolçusu İbrahim Novruzov qəza törətdi piyada öldü
Next: “İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI

OXŞAR MÖVZULAR

1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
1783683013_sirin_mirzeyev
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nizami rayonunda bu da oldu – Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir

admin 10.07.2026

XƏBƏR LENTİ

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
2026-cı il mayın 18-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə...
DAVAMI Read more about İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi
Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO 1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub. Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat...
DAVAMI Read more about Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR 1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı...
DAVAMI Read more about “KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO 1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
Culfanın Yaycı kənd sakini, fermer Zabir Qurbanov iddia edir ki, rüşvət vermədiyi üçün əkin sahəsi qəsdən susuz...
DAVAMI Read more about Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO
Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir? 1783680380_salyan_teqdimar
  • CƏMİYYƏT

Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

admin 10.07.2026
Ötən gün Salyan Peşə Liseyinə yeni direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimat mərasimi peşə təhsili ictimaiyyətində...
DAVAMI Read more about Bir direktor təqdimatına dörd rəhbər şəxs getdi – Salyandakı təqdimatın pərdəarxası nədir?

Bütün yazılar

serencam
  • SİYASƏT

İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqlədi

admin 10.07.2026
1783685545.6a50d686b10a76a50d686b10a817836826946a50d686b10a56a50d686b10a6
  • ARAŞDIRMA
  • VİDEO

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edildi – VİDEO

admin 10.07.2026
1783686646_screenshot_20260710_162956_chatgpt
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR

admin 10.07.2026
1783685272_culfa_ekin
  • CƏMİYYƏT
  • ÖLKƏ

Culfalı fermer: “Rüşvət vermədiyim üçün əkin sahəm susuz qoyulur”- VİDEO

admin 10.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.