Ayağında 5 barmaq əvəzinə 3 barmaq olan 25 yaşlı Fəzail Amil oğlu Abbasquliyev yararlı kimi hərbi xidmətə qəbul edilib.
Bizimesr.az bildirir ki, bu barədə sosial şəbəkədə hərbi bloqer Tofiq Şahmuradov paylaşım edib.
O qeyd edib ki, F. Abbasquliyev daha əvvəl bir neçə dəfə hərbi komissiyadan keçsə də, yararsız kimi xidmətə göndərilməyib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsindən sonra onun yararlı olduğu müəyyənləşib:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi vətəndaşı yoxlanış üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərib. Orada vətəndaşın hərbi xidmətə yararsız olması barədə rəy verilib. Xidmət bu rəyə əsasən onu yararsız kimi orduya göndərməyib. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən vətəndaşı müayinə edib və bu müayinədən sonra onun 3 barmağı olub 5 barmaq. Həmin rəyə əsasən, onu avtobusa əyləşdirib hərbi xidmətə yola salıblar”.(Bizimesr.az)

Soztv.az
