Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi – İLGİNC FAKTLAR…
  • BAXIŞ BUCAĞI

Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi – İLGİNC FAKTLAR…

admin 06.04.2026
anar-zeynal-1536x983

Şənbə günü yayılan məlumatlara görə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni müşavir təyin edilib. Məlumata görə, icraçı direktor əvəzi Anar İsrafilovun müvafiq əmri ilə tanınmış həkim Zeynal Bayramlı müşavir vəzifəsinə təsdiqlənib.

Məlumatda qeyd edilir ki, Z.Bayramlı Tibb Universitetində təhsil alıb. Daha sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini bitirib. O, Akademik Zərifə Əliyeva adına sahə xəstəxanasında baş həkim, Ucar RMX Publik Hüquqi Şəxsdə direktor, Sabunçu Tibb Mərkəzində direktor müavini, son olaraq özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor işləyib.

Bir qrup Ucar sakininin hələ 2022-ci ildə mediaya ünvanladığı şikayət məktubunda bildirilir. “Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən çox əziyyət çəkirik. Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır. Məhz bu səbəbdən də Zeynal Bayramlı 2007-ci ildən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib. Bundan sonra Ucar sakinlərinin qara günləri başlayıb”.

Şikayətdə həmçinin qeyd edilir ki, xəstəxanada 200 manat qarşılığında qanunsuz şəkildə saxta bülletenler satılır: “Sağlam şəxslərə iş yerinə təqdim etmək üçün 200 manat qarşılığında 10 günlük bülleten verilir. Bunu anlamaq üçün xəstəxanada olan müşahidə kameralarını izləmək kifayət edir. Belə ki, bülleten almış şəxlər həmin vaxt nə xəstəxanaya gəliblər nə də müalicə olunublar. Stasionar müalicə olunan xəstələrə verilən yeməklər isə yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar. Əlil vətəndaşların bir çoxu dövlətin ayırdığı dərman pereparatları və tibbi ləvazimatlarla təmin olunmurlar”.

Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi olarkan Zeynal Bayramlı barədə mediada yayılan şikayətləri uzatmaq da olar. Mediada yazılanlara görə Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəkildə diplom əldə edən kimi qohumu, keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkimi, iki ildən sonra, 2007-ci ildə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib. Səhiyyə Nazirliyində struktur dəyişiklikləri baş verdikdə, tibb müəssisələrinin TƏBİB -in tabeçiliyinə verilməsindən sonra da Zeynal Bayramlıya toxunan olmayıb. Bu heç də onun tibb ocağına yaxşı rəhbərlik etməsi ilə əlaqdar deyil. Bu onun arxasına duranlarla əlaqəlidir. Bir zaman Səhiyyə Nazirliyində onun arxasında duranlar indi də, TƏBİB-də durur.

Elektron media həmçinin yazıblar ki, Zeynal Bayramlının talançılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır. Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var. Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb.Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib. Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib. Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır. Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır. Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır. Zeynal Bayramlının bahalı avtomobil xəstəsi olduğunu da yazırlar. Deyilənlərə görə onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.

Göründüüy kimi çox da uzaqda olmayan bir tarixdə, bir -iki il əvvəl Ucar Mərkəzi Xəstəxanasının baş həkimi olmuş, barəsində çoxsaylı şikayətlər yayılmış Zeynal Bayramlıya TƏBİB-də müşavir vəzifəsi verilib. Rəsmi məlumatlara görə Zeynal Bayramlı 2011-ci ilin oktyabrından 2024-cü ilin iyun ayına qədər Ucar Mərkəzi Xəstəxanasının baş həkimi, direktoru olub. Ucar Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən çıxarılmasının ən başlıca səbəblərindən biri rayon sakinlərinin yuxarı instansiyalara Zeynal Bayramlının əməlləri barədə etdikləri şikayətlər olub və mediada yayılanların heç biri təkzib edilməyib.

Belə olan halda Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə belə yüksək vəzifəyə layiq görülüb. Görünür TƏBİB-in icraçı direktor əvəzi Anar İsrafilovun yüksək vəzifə verdiyi Zeynal Bayramlının keçmiş əməllərindən ya xəbəri olmayayıb, ya da hansısa gözəgörünməz qüvvənin burada əli var.

Aktualinfo.net

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Maxinasiya ustası registrator və podoloq rolunda – Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
Next: Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa…

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026
media-psamir2025-04-10-21-04-57-1h5rsx-895x640
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və… – Bakının qanunsuzluq qarşısında susqunluğu…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.