Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Maxinasiya ustası registrator və podoloq rolunda – Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri
  • CƏMİYYƏT

Maxinasiya ustası registrator və podoloq rolunda – Klinikada çalışan Sevda Alibekovnanın tibbdən uzaq əməlləri

admin 06.04.2026
deleduzluq

Fəaliyyəti ölkə paytaxtının seçilən guşələrindən birinə, Məmməd Araz küçəsi, 47 ünvanına bağlı “Pediatriya — 2” kliniksındakı diqqətçəkən və narahatedici vəziyyətlə bağlı iddialar gündəmdədir. Arazpress.com da bu barədə yazılarını dərc edib. Yazılarda qeyd olunduğu kimi, bu klinikada rəsmi olaraq qeydiyyatçı (registrator) kimi çalışan, məqsədinə çatmaq üçün hiyləgərlik, fırıldaqçılıq, gizli və qanunsuz yollarla şübhəli əməliyyatlar, saxtakarlıqlar və ya manipulyasiyalar həyata keçirən, iqtisadi, maliyyə və sənədləşmə işlərində şəxsi mənfəət məqsədilə mövcud qanunlarımızın tələblərini dolanbac yollarla pozan Sevda Alibekovna Kurbanova özünü pasiyentlərə podoloq kimi təqdim edərək, onlara qanunsuz tibbi xidmət göstərir.

Araşdırmalarımız zamanı aydın olur ki, Sevda Alibekovna heç orta tibb işçisi kimi də sertifikasiya imtahanından keçməyib. Nə də, o, tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi icazəyə və ya lisenziyaya malik deyil. Buna baxmayaraq, onun pasiyent qəbul etməsi və tibbi prosedurlar həyata keçirməsi göz qabağındadır.

Diqqət çəkən məqam ondan ibarətdir ki, bu şəxs rəsmi olaraq qeyri-tibbi vəzifədə çalışır. Mütəxəssislər tərəfindən isə belə birisinin faktiki tibbi fəaliyyətlə məşğul olması həm qanunvericiliyin, həm də etik normaların ciddi pozuntusu kimi qiymətləndirilir. İddialara görə, Sevda Alibekovna fəaliyyətini əsaslandırmaq üçün Rusiyadan əldə etdiyi sertifikatlara istinad edir. Lakin qeyri-rəsmi yollarla əldə edə bildiyi bu saxta sənədlər Azərbaycanda hüquqi qüvvəyə malik deyil.

Yuxarıda qeyd olunanlarla yanaşı, Sevda Alibekovnanın “Bee balzam” adı altında mənşəyi məlum olmayan məhsulların satışını həyata keçirməsi də qanunsuz hesab olunur. Bildirilir ki, bu məhsullar qeyri-steril şəraitdə hazırlanır, dövlət qeydiyyatından keçməyib və heç bir tibbi təsdiqə malik deyil. Onların dərman vasitəsi kimi təqdim olunması isə xüsusi narahatçılıq doğurur.

Sevda Alibekovnaya aid qanunsuz
məsələ deyilənlərlə məhdudlaşmır. Onun fəaliyyət göstərdiyi mühitdə sanitar-epidemioloji qaydaların tələbləri daha ciddi şəkildə pozulduğuna görə. Yəni, eyni məkanda stomatoloji xidmətlərin göstərilməsi fonunda dırnaq prosedurları zamanı yaranan aerozolların infeksiya yayma riski daha çox olur. Bu zaman əməliyyatın tərkibində göbələklər və başqa yoluxdurucu mikrobların olması inkarolunmazdır. Çünki stomatoloji xəstələr ağız boşluğunu açarkən, havada olan mikroflora onların sağlamlıqlarına ciddi təhlükə yaradır və sanitar-epidemioloji rejim pozulur. Mütəxəssislər isə daim xəbərdarlıq edir ki, qeyri-ixtisaslı şəxslər tərəfindən həyata keçirilən tibbi müdaxilələr və qeydiyyatsız məhsulların istifadəsi ciddi fəsadlara, o cümlədən, infeksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Qanunvericiliyə görə, Azərbaycanda tibbi fəaliyyət yalnız müvafiq təhsil, sertifikasiya və Səhiyyə Nazirliyinin icazəsi əsasında həyata keçirilə bilər. Bu tələblərin pozulması isə ciddi məsuliyyət yaradır. İctimai sağlamlıqla bağlı belə halların nəzarətsiz qalmasının ciddi risklər doğura biləcəyi danılmazdır. Bu iddialar fonunda aidiyyatı dövlət qurumlarının ortaya çıxan məsələləri təxirəsalınmaz şəkildə araşdırması və hüquqi qiymət verməsi zəruri hesab olunur.

Bir daha nəzərinizə çatdırırıq ki, dırnaq ustası olan Sevda Alibekovna pul hesabına Rusiyadan aldığı sertifikat müqabilində özünü podoloq kimi qələmə verir. Onu da qeyd edək ki, o, belə sertifikatları pul gücünə kimə istəsə ala bilib. Çünki saysız-hesabsız fırıldaqlar və saxtakarlıqlar ustasıdır. Necə ki, saxta və qeydiyyatdan keçirilmədən, o cümlədən, müvafiq qaydada icazə alınmadan dərman vasitəsi kimi “Bee balzam” adı altnda özünün kustar üsulla, qeyri-steril şəraitdə hazırladığı “dərmanların” satışı ilə məşğul ola bilir. Baxmayaraq ki, onun dərman və kosmetik vastiləri istehsal etmək üçün əczaçılıq sahəsində də hər hansı təhsili yoxdur.

Bir də ki, tibb işçilərinin ölkədə tibb fəaliyyətlə məşğul olmağa buraxılması barədə Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə edilməlidir. Kiminsə özəl tibb fəaliyyəti ilə məşğul olmasında isə, tibb müəssisələrinə verilən lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər qanunsuz hesab olunur. Tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi də, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənən “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd ola bilməz. Dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyur və bu kimi hallara yol verilməsi qəti qadağandır. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir: “Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, dərman vasitələri yalnız Səhiyyə Nazirliyi və onun səlahiyyət verdiyi qurumu tərəfindən dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra, onun istehsalına, satışına və tibbdə istifadəsinə icazə verilir.

Hesab edirik ki, əhalinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması, hər bir vətəndaşın fiziki və ruhi sağlamlığının mühafizəsi, tibbi yardımla təminatına yönəldilmiş tibbi-sosial xarakterli islahatlar və dövlət proqramlarının uğurlu icrası bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir. Buna görə də, Sevda Alibekovna Kurbanova adlı şəxsin qanunsuz fəaliyyəti və dərman satışı məsələsi araşdırılmalı və o, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir.

Bəli, bütün özəl klinikalarda özlərini həkim kimi qələmə verən və qeyri-qanuni tibbi fəaliyətlə məşğul olan şəxslərin fəaliyyətlərinin araşdırılması zəruridir. Ona görə də, səhiyyə təşkilatları və digər dövlət qurumlar bu məsələyə çox ciddi yanaşmalıdırlar. İnsanların sağlamlığinı saxtakarların müdaxiləsindən qorumaq lazımdır.

Xatırladırıq ki, qanunsuz tibbi fəaliyyət göstərən və dərman satışı ilə məşğul olan Sevda Alibekovna Kurbanova da, Arazpress.com-da barəsində şok yaradan yazılar dərc etdiyimiz və Qubanın qara ləkəsi kimi qələmə verdiyimiz Alibek Kurbanovun başçılıq etdiyi cinayətkar şəbəkənin üzvüdür. O da, bu şəbəkə xətti ilə qurulan cinayət ssenarili oyunların fəal iştirakçısıdır. Onun davranış və fəaliyyətində manipulyasiya üsulları da planlı şəkildə hökm sürür. Buna görə, onun mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini və barəsində ciddi tədbirlərin görülməsini vacib hesab edirik.

Yazının davamı olacaq.

ARAZPRESS.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sabirabadda TƏHSİL ÖZBAŞINALIĞI…
Next: Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi – İLGİNC FAKTLAR…

OXŞAR MÖVZULAR

1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026
1780647755_1
  • CƏMİYYƏT

Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.