Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa…
  • MƏDƏNİYYƏT

Leysanın aydınlaşdırdıqları: Bakıya bir az da yağsa…

admin 06.04.2026
su-basdi

Bakıya yağan leysan “İsabel Makondada yağışa baxır”ı xatırladır: həsrətlə gözlənən yağış günlərlə davam edəndə hər şeyi yuyur, su altında qoyur, hətta zaman məfhumunu da.

26-28 martdakı leysanın ardınca məhəllələrdən qayıqları yığışdırmağa fürsət etməmiş ikinci leysan da gəldi: sanki zamanı itirməyə qərarlıdır.

Su aydınlıqdır, birmənalı olaraq və yağış yağdıqca, zamanı da yuyur və illərin o tərəfi aydınlanır, durulanır, su üzünə çıxır:

– Məlum olur ki, ötürücü su kollektorunun üstündə tikilən evi daha saxlamaq, qorumaq mümkün deyil.

İllər öncə icra başçısı o ərazini satıb, yəni rüşvət alıb, qanunsuz sənəd verib və yaxud göz yumub, adam da orda gözəl bir ev tikib, sonra o evi sənədləşdirməyi də bacarıb – baxmayaraq ki, su kollektorunun üstündə tikilən evi necə sənədləşdirdiyi sual doğurur.

İndi yağışlar o zamanı, o illəri yuyur, su qalaqlanır, hər şey aydınlaşır və ev sökülür ki, suyun üzə çıxartdıqlarını Xəzərə axıda bilək…

– Məlum olur ki, icra hakimiyyətləri piyada səkilərini satıblar, piyadalara səki düzəltmək üçün yeni asfaltlamada yol daraldılıb, ancaq drenaj sistemi də satılan səkinin altında qalıb.

– Məlum olur ki, Masazır, Sulutəpə də daxil olmaqla, çoxsaylı ərazilərdə bələdiyyələr, aidiyyəti qurumlar rüşvət müqabilində göz yumub, evlər bir-birinin içində tikilib – həyət yox, keçid yox, yol yox, kanalizasiya yox, zibil qutusu qoymağa belə yer saxlamayıblar; evlərin damları bir-birinin ağzına girir…

Yağış o kanalizasiya, kollektor, drenaj olmayan yaşayış məskənlərindəki vəziyyəti tam üzə çıxardı.

– Məlum oldu ki, mahiyyət etibarilə biz özümüzün, şəhərimizin, yaşayışımızın, gələcəyimizin, həyatımızın düşmənləriyik; bir daha məlum oldu ki, biz öz həyatımızı cəhənnəmə çevirmək üçün illərdir çalışırıq və indi də davam edirik:

* o səkini almaq üçün adam axtarıb tapan, rüşvət verən, əlləşib-vuruşan bizik;

* o səkinin üstündə tikilən obyektin önündə park üçün yer olmamasına baxmayaraq, qaydaları pozmaq bahasına ordan alver edən, yaxud o restoranda oturan da bizik;

* o bir-birinin qarnında evləri tikmək üçün bələdiyyəyə rüşvət verən, göz yummasını təmin edən bizik;

* o evlərə təcili yardım, yaxud yanğınsöndürən maşının normal girişini təmin etmək üçün yol saxlamayan, 10 sm olsa belə, zəbt etməkdən ötrü sinov gedən, bir qarışı belə qənimət görüb, ərazisinə qatan bizik;

* kanalizasiya, yol, qaz, su çəkilmədən ev tikib köçən bizik…

Və əlbəttə ki, sonra da durub, dövlətin qabırğasına döşəyən bizik!

Guya “dövlət” Marsdan gəlib və sehrli çubuqla evləri aralayıb, yol qurmadığı, kanalizasiya çəkmədiyi üçün günahkardır!

Bələdiyyə, icra qanunsuzluq edib satır – sən niyə alırsan, niyə tikirsən, niyə qanunsuzluğu tətikləyirsən, iştirakçısı olursan?

Hələ bu yağışdı – su kollektorunun üstündə tikildiyi üçün bir-iki evi sökdürdü…

Birdən qaz “leysanı”, içməli su “daşqını”, kanalizasiya “tufanı” başlasa necə?

Paytaxtda magistral içməli su xətlərinin, magistral qaz xətlərinin, kanalizasiya sistemlərinin… üzərində tikilən villaların, binaların sayı nə qədərdir?

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zeynal Bayramlı tibb sahəsində hansı xidmətlərinə görə TƏBİB-də müşavir təyin edildi – İLGİNC FAKTLAR…
Next: Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə – Video

OXŞAR MÖVZULAR

flora
  • MƏDƏNİYYƏT

Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir

admin 14.07.2026
16136298243451511813_1200x630
  • MƏDƏNİYYƏT

Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı

admin 13.07.2026
9b1df91d385a18c66bc18e05189ee836
  • MƏDƏNİYYƏT

“Söyüş və qarğış silməkdən yorulmuşam”- İlkin Misgərli autizmli uşaqla görüşəcək

admin 09.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.