Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
  • CƏMİYYƏT

Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

admin 07.07.2025
sabuncu

“DogruXeber.az” olaraq son dövrlərdə “tikinti yarışları”nın şahidi oluruq. Binəqədi, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonları sanki gizli razılaşmaya giriblər: “Kim daha çox qanunsuz tikinti həyata keçirəcək?” Bu bir “dövlətin qanunlarını saya salmama çempionatı”dır və görünən odur ki, Sabunçu rayonu heç kimə uduzmaq fikrində deyil. Rəhbərlik başda olmaqla hər kəs döyüş mövqeyindədir – əlbəttə, qanunsuzluq uğrunda!

Əlində bir tikə torpağı olan vətəndaşın tikintisini belə amansızcasına texnika ilə dağıdan Sabunçu rayon icra hakimiyyəti, maraqlıdır, Qambay Vəzirov, Elşən Mehdiyev küçələrində, eləcə də Ramanı və Zabrat 1 ərazilərində göyə yüksələn divarları niyə görmür? Bəlkə gözlər “filtrli rejim”də işləyir? Yəni yalnız icazəsi olanları seçir və məhv edir, icazəsizlərə isə heyranlıqla baxır?

Üstəlik, Savalan yaşayış massivində artıq 3 həftədir tikintisi davam edən iri iaşə obyektinə nə icra başçısı Adil Vəliyev, nə də müvafiq qurumlar “dur” demirlər. Bəlkə, hörgü səsi səsləndə zəif eşidirlər, bəlkə də oradan gələn pulların səsləri qulağı batırır…

Adil Vəliyev – Sabunçu rayonunun “baş bələdçisi”. Rəsmi bioqrafiyasında “peşəkar dövlət qulluqçusu” yazılsa da, reallıqda tikinti mafiyasının “susqun müşahidəçisi” kimi görünür. Qanunların pozulmasına qarşı susur, amma Vəliyev Paşa Malik oğlunun sənədli tikintisini darmadağın etməyə çox da həvəsli görünür.

“DogruXeber.az” olaraq soruşuruq: Qanun nə vaxtdan yalnız sənədi olanlara tətbiq edilir?

Digər tərəfdə isə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dayanıb. Sanki “şəhər necə gəldi salınsın, amma şikayət olmayanda” prinsipini rəhbər tutur. Halbuki onun vəzifəsi “planlı tikinti, qanuni infrastruktur” yaratmaqdır. Amma nə görürük? Anar müəllim ətrafındakı xaosu sənədlərlə düzəltmək yerinə, kağız üstə gözəl şəhərlər çəkir. Gözəl planlar, gözəl şəkillər – real həyatda isə qanunsuz daşlar, hər yerdə çirkab inşaat.

Əgər bu tikintilər qanunidirsə – niyə ictimaiyyətə açıqlama verilmir?

Yox əgər qeyri-qanunidirsə – niyə qarşısı alınmır?

Adil Vəliyev və Anar Quliyev, əgər siz bu rayona və ölkəyə xidmət edirsinizsə – bəs niyə vətəndaşın “qanuni tikinti hüququ”na buldozer sürürsünüz, qanunsuza isə xalça döşəyirsiniz?

“DogruXeber.az” olaraq bir daha bildiririk: Biz tənqid etdiyimiz qədər dinləməyi də bacarırıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzuya qayıdacağıq. Çünki Sabunçuda daş danışır, amma aidiyyəti qurumların rəhbərləri susur…

DogruXeber.az

Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “PRAYK – sizin biznesiniz, sizin qaydalarınız!”
Next: “13-cü MADDƏ” – Azərbaycanın İlk Retro Mafiya Serialı Gəlir!

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.