Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “PRAYK – sizin biznesiniz, sizin qaydalarınız!”
  • ARAŞDIRMA
  • CƏMİYYƏT

“PRAYK – sizin biznesiniz, sizin qaydalarınız!”

admin 07.07.2025
prayk

Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir.

Soztv.az layihənin təsisçisi və rəhbəri Kamran Aydınovun PRAYK-ın üstünlükləri, texnoloji fərqlilikləri, konfidensiallıq məsələləri və gələcək planları haqqında müsahibəsini təqdim edir:

– PRAYK istifadəçilərə hansı konkret üstünlükləri və rahatlıqları təqdim edir?

– PRAYK-ın əsas məqsədi istifadəçilərlə bizneslər arasında vasitəçiləri aradan qaldırmaq, şəffaf ticarət mühiti yaratmaq və ödənişsiz reklam imkanları təqdim etməkdir. Platformamızda istər məhsul, istərsə də xidmət təklif edən hər kəs öz təkliflərini birbaşa olaraq müştəriyə çatdıra bilir – heç bir gizli komissiya və ya vasitəçi olmadan.

Bundan əlavə, istifadəçilər heç bir reklam və abunəhaqqı ödəmədən məhsul yerləşdirə, fərdi onlayn mağaza və kataloq yarada bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Bizim üçün əsas prinsip budur: sizin məhsul – sizin qiymət – sizin şərtləriniz.

– Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK olaraq istifadəçilərin şəxsi məlumatlarını necə qoruyursunuz? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?

– Bu, çox ciddi məsələdir və təəssüf ki, bəzi platformalar bu məsələdə istifadəçiləri qorumaqda yetərli deyil. PRAYK olaraq biz müasir təhlükəsizlik protokolları və real vaxtda monitorinq sistemləri tətbiq edirik. Heç bir istifadəçi məlumatı razılıq olmadan paylaşılmır, satılmır və üçüncü tərəflərə ötürülmür. Əlavə olaraq, istifadəçilərə öz məlumatları üzərində tam nəzarət imkanı veririk. Yəni təkcə texniki baxımdan yox, etik və hüquqi baxımdan da istifadəçinin tərəfində duran platformayıq. Bizim üçün istifadəçi etibarı hər şeydən önəmlidir. Əgər bu etibarı qazana bilmiriksə, texnologiya heç bir işə yaramaz.

– PRAYK AI köməkçisi üzərində iş getdiyi qeyd olunur. Bu süni intellekt funksiyası həm müştərilər, həm də bizneslər üçün hansı konkret imkanları təmin edəcək?

– PRAYK AI köməkçisi həm müştəri axtarış təcrübəsini optimallaşdıracaq, həm də bizneslərin doğru müştəriyə çıxmasını təmin edəcək. Məsələn, alıcı platformaya daxil olub bir məhsul axtarırsa, AI köməkçi onun ehtiyacını analiz edib ən uyğun təklifi təqdim edəcək. Satıcı və bizneslər üçün isə bu sistem aktiv olaraq müştəri axtarışına çıxacaq və onları uyğun auditoriyaya çatdıracaq – klassik reklam modelindən fərqli olaraq. Gələcəkdə bu funksiyanı səsli axtarış və smart təkliflər kimi imkanlarla daha da inkişaf etdirəcəyik.

– PRAYK-ın hədəf auditoriyası kimlərdir və yaxın gələcəkdə platformanın regional və beynəlxalq səviyyədə genişlənməsi nəzərdə tutulurmu?

– Bizim əsas auditoriyamız kiçik və orta bizneslər, “freelancer”lar, usta və xidmət sahibləri və yerli mağazalardır.

PRAYK onlara bərabər şans, pulsuz reklam və birbaşa satış imkanı yaradır. İlk mərhələdə bütün Azərbaycan regionlarını əhatə etməyi, daha sonra isə region ölkələrinə – Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi bazarlara çıxış etməyi planlaşdırırıq. Bu ölkələrdə də eyni problemlər mövcuddur və biz orada da həll təklif etməyə hazırıq.

Daha ətraflı: www.prayk.com

Yüklə: www.prayk.com/install

Əlaqə whatsapp:+994 70 603 73 77
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi
Next: Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.