Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İlkin Fərəcovun faciəsi: “Kurort” QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
  • BAXIŞ BUCAĞI

İlkin Fərəcovun faciəsi: “Kurort” QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

admin 30.06.2025
bilgeh

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzarətində olan “Bilgəh” Kardioloji Sanatoriyasında baş verən faciə – təsərrüfat şöbəsinin müdiri İlkin Fərəcovun lift şaxtasına yıxılaraq ağır bədən xəsarətləri alması – təkcə fərdi bədbəxtlik deyil, sistemli səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir.
İlkin Fərəcovun hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində vəziyyəti ağır olaraq qalır. Tibbi mənbələrə görə, İlkinin qanına infeksiya düşmüş, yüksək hərarət müşahidə olunur və onun yenidən əməliyyata ehtiyacı var. Lakin bu faciənin fonunda AHİK sədri Sahib Məmmədov və “Kurort” QSC rəhbərliyi vəziyyətin ciddiliyini ictimaiyyətdən gizlətməyə çalışır. Sahib Məmmədov İlkinin sağlamlığı ilə bağlı həqiqəti gizlədərək, 30 iyun tarixində “Bilgəh” Sanatoriyasının təmir edilmiş korpusunun təmtəraqlı açılışını təşkil etməyi planlaşdırır. Görünür, rəhbərliyin əsas narahatlığı insan həyatı deyil, kosmetik görüntülərlə reputasiyasını qorumaqdır.
Qeyd edilməlidir ki, İlkin Fərəcov sıravi işçi deyil, “Kurort” QSC-nin müxtəlif sanatoriyalarında məsul və təcrübəli təsərrüfat müdiri kimi uzun illər işləmiş, müvəqqəti olaraq “Abşeron” Sanatoriyasından “Buzovna”ya, oradan da “Bilgəh” Sanatoriyasına təmir işlərini tezliklə yekunlaşdırmaq tapşırığı ilə göndərilmişdi. Bu isə o deməkdir ki, rəhbərlik İlkinin peşəkarlığından sistemin natamamlığını ört-basdır etmək üçün istifadə edib. Lakin texniki təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə faciə baş verib.
Ən narahatedici məqamlardan biri isə odur ki, hadisədən dərhal sonra “Kurort” QSC rəhbərliyi İlkinin düşdüyü vəziyyəti onun ehtiyatsızlığı ilə izah etməyə çalışır. Rəsmi bəyanatlarda onun təmir sahəsinə öz təşəbbüsü ilə getdiyi deyilir. Lakin müəssisə daxilində İlkinin bu işə konkret olaraq rəhbərlik tapşırığı ilə cəlb edildiyi hər kəsə məlumdur.
“Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev isə sistemli rəhbərlik təcrübəsinə malik olmayan, müəssisəni səriştəsiz idarə edən şəxs kimi tanınır. Onun dövründə ixtisaslı kadrlardan çox, şəxsi münasibətlər və qeyri-peşəkar təyinatlar ön plana keçmişdir. AHİK sədri Sahib Məmmədov isə “Kurort” QSC-nin ştat strukturunu qısa müddət ərzində süni şəkildə 100 nəfərdən çox şişirdərək, müxtəlif dövlət orqanları və biznes qurumlarından uzaqlaşdırılmış tanışlarını, qohumlarını və onların övladlarını burada işlə təmin edib. Bu arada sanatoriyaların sıravi işçiləri – tibbi və texniki heyət – qəpik-quruş maaşlarla aylarla əmək haqlarını gözləyirlər.
Ən təhlükəlisi isə odur ki, bu kimi faciələr sanatoriyalarda texniki təhlükəsizlik qaydalarının, əmək mühafizəsinin və əmək qanunvericiliyinin necə kobud şəkildə pozulduğunun göstəricisidir. Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürən işçilərin təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə borcludur. Lakin bu hadisə bir daha göstərdi ki, “Kurort” QSC-də bu öhdəliklər kağız üzərində qalır.
Əgər hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət verməkdə maraqlıdırsa, o zaman yalnız hadisə anını deyil, İlkin Fərəcovun bu riskli və təhlükəli təmir prosesinə hansı əsasla cəlb edildiyini, texniki təhlükəsizlik tədbirlərinin olub-olmadığını, tikinti işlərinə rəhbərlik edənlərin kimliyini, işə verilən tapşırıqların yazılı olub-olmadığını və məsuliyyət daşıyan şəxsləri ciddi şəkildə araşdırmalıdır.
Bu cür sistemli səhlənkarlıq nəticəsində İlkin Fərəcovun həyatı təhlükədədir. Onun timsalında həm də yüzlərlə digər sanatoriya işçisinin taleyi sual altına düşür. İctimaiyyət bu hadisəyə səssiz qalmamalı, məsul şəxslər isə hüquq qarşısında cavab verməlidir.(qafqaz.az)

Əlaqə whatsapp:+994 70 603 73 77
BakuNews.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? – Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir
Next: Pezeşkian Xankəndiyə gəlir

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.