Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? – Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir
  • CƏMİYYƏT

Xaçmazda Şəhidin Adını Daşıyan Məktəbin Həyəti Kimə Satılıb? – Rəsmi Qurumlar Susur, Ekoloji Soyqırım Davam Edir

admin 30.06.2025
xacmaz

Xaçmazda daha bir biabırçılıq.

DogruXeber.az; – Şəhərin mərkəzində yerləşən və şəhid İsmət Qayıbovun adını daşıyan 3 nömrəli tam orta məktəbin həyəti satılıb. Bu barədə redaksiyamıza şəhər sakinləri məlumat verib. Bildirilir ki, məktəbin həyəti illərdir yerli icra strukturlarının və müvafiq qurumların “susqun himayəsi” altında naməlum şəxsə verilib və artıq ərazidə tikinti işlərinə start verilib.

Əldə etdiyimiz məlumata görə, bir neçə il öncə də həmin ərazidə yerləşən ağacların gecə saatlarında kəsilməsi cəhd olunub, lakin sakinlərin şikayətindən sonra Xaçmaz Rayon Polis Şöbəsi müdaxilə edərək prosesi dayandırıb. Uzun müddət toxunulmaz qalan bu sahədə bir neçə gün əvvəl yenidən hasarlama işləri aparılıb, ağaclar kəsilib və hazırda ərazidə tikinti işləri görülür.

Şəhid məktəbinin həyəti də satılacaqsa, qalan nədir?!

Məsələ ilə bağlı şəhər sakinləri Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin qəbulunda olduqlarını, məsələni birbaşa başçıya çatdırdıqlarını bildiriblər. Amma təəssüf ki, görünən odur ki, icra başçısı ya susur, ya da bu proseslərə göz yumur. Əgər xəbəri olub müdaxilə etmirsə, bu vəzifə səlahiyyətlərinin aşılması, əgər xəbəri yoxdursa, bu idarəetmədə iflasa uğramağın göstəricisidir.

Əraziyə aid yaşıllığın qırılması, tikinti işlərinin aparılması birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olan məsələdir. Amma görünən odur ki, nazirliyin səlahiyyətli şəxsləri bu qanunsuzluqlara göz yummaqla məşğuldur.

Xüsusilə, nazirin birinci müavini Rəşad İsmayılov, nazir müavini Vüqar Kərimov, və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslərdir. Əgər bu ərazidə ağaclar kəsilirsə və tikintiyə başlanılıbsa, deməli ekspertiza rəyi verilib və bu da ekoloji cinayətin rəsmi möhürlə təsdiqidir.

Xaçmazla bitmir – ölkə üzrə ekoloji soyqırım faktları

Xaçmazdakı biabırçılıq ölkənin hər yerində davam edir. Redaksiyamıza daxil olan məlumatlara əsasən:

Qubanın Vəlvələ çayında uzun illərdir qanunsuz karyer fəaliyyəti aparılır, çay yatağı dağıdılır.
Qudyal çayının məcrası qanunsuz fərdi evlərlə zəbt edilib – bu da ekologiyaya ciddi zərər vurur.
Bakının Nəsimi, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında yaşıllıqlar açıq şəkildə kəsilir, yerində tikililər salınır.
İmişli rayonu ərazisində isə geniş şəkildə ekoloji terror hadisəsi baş verir.

Bütün bu faktlar onu göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sadəcə kağız üzərində fəaliyyət göstərən, “rəylə” cinayətləri ört-basdır edən quruma çevrilib.

Son olaraq… Əgər şəhidin adını daşıyan məktəbin həyəti pulla satılırsa, sabah ölkənin hansı dəyəri qorunacaq? Əgər ağaclar gecəylə qırılıb, tikinti hasarları çəkilirsə, ekoloji qanunlar niyə işləməlidir ki?

“DogruXeber.az” olaraq məsələni diqqətdə saxlayırıq. İcra başçısı Elnur Rzayevdən, ETSN rəhbərliyindən ictimai və hüquqi izahat gözləyirik. Xalqın gözü tərəzidir – bu dəfə tərəzi çoxdan əyilib. Amma heç olmasa gec də olsa, ədaləti yerinə qaytarın!

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır – SİYAHI
Next: İlkin Fərəcovun faciəsi: “Kurort” QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.