Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ağ Xalatda Yazılmış Qəhrəmanlıq
  • GÜNDƏM

Ağ Xalatda Yazılmış Qəhrəmanlıq

admin 20.05.2025
WhatsApp Şəkil 2025-05-20 saat 18.30.10_6ec36403

Cərrah-Onkoloq Aytac Məmmədova

Bəzən bir insan dünyaya sadəcə yaşamaq üçün gəlmir. Bəziləri var ki, başqalarının ömrünə işıq salmaq üçün doğulur. Onlar hər səhər günəş kimi doğur, gecə ulduz kimi səssizcə parlayır, nəfəsimizə qarışaraq bizimlə birgə yaşamağa başlayır. Respublika Klinik Xəstəxanasının dəyərli həkimi, cərrah-onkoloq Aytac Məmmədova məhz belə bir işıqdır – görünməyən, amma hər yerdə hiss edilən.

Onun həkimlik yolu diplomla, titul ilə, vəzifə ilə ölçülə bilməz. Bu yol qəlbdən gələn bir çağırışın səsidir. Aytac xanım həkimliyi seçmədi – həkimlik onu seçdi. Çünki onun qəlbi şəfa üçün döyünür, əlləri həyatlar üçün naxiş toxuyur, gözləri insan ruhunu görür. Elə bir ixtisas seçib ki, bu peşə həm bədəni, həm ruhu sınayan bir savaş meydanıdır – onkologiya və cərrahiyyə.

Ağ xalat onun üçün sadəcə iş geyimi deyil – bu, vəfanın, şəfqətin, məsuliyyətin, Allah qarşısında bir andın nişanəsidir. O xalatın ətəyində neçə anaların duası, neçə övladın sevinci, neçə ata qüruru gizlidir. Hər əməliyyatda, hər dəqiqədə o xalat, bir həyatın qapısını açır və Aytac xanım bu qapıdan adlayaraq insanı ölümlə həyat arasında çəkib işığa çıxarır.

Aytac Məmmədova üçün xəstə rəqəmlər toplusu deyil. O, analizlərin arxasında bir həyat görür. Xəstənin gözlərində qorxu yox, ümid axtarır. Onun üçün hər pasiyent bir taledir, bir romanın qəhrəmanıdır. O, bu romanı səssizcə oxuyur və özəl bir dildə, sevgi və anlayış dili ilə cavab verir.

Özəlliklə onkoloji xəstələr – bədənləri ilə yanaşı ruhları da əzilmiş insanlar – Aytac xanımın əlində yenidən nəfəs tapırlar. O, bıçaqla kəsdiyi toxumanın içində bəzən bir insanın bütün həyat ağrısını çıxarır. Onun əməliyyatları yalnız fiziki müdaxilə deyil – bir dua, bir ümiddir. Hər kəsin bacarmadığı qədər incə, hər kəsin çəkinə-çəkinə yaxınlaşdığı qədər məsuliyyətli…

Gecələrini də gündüzlər kimi işıqlı keçirir. Bəzən gecə növbəsində bir nəfər yaşamaqla ölmək arasında qalır, birisi qorxu içində Aytac xanımın baxışlarında sığınacaq axtarır. O, həm də bir insanın içində sönməkdə olan ümid ocağını yenidən alovlandırır…

Zamanla insan yorular deyirlər. Amma Aytac xanımın yorğunluğu belə mərd olur. Çünki o, yalnız əlləri ilə işləməz – ruhuyla var olur. Hər pasiyentin dərdində bir az öz dərdini, hər sağalan xəstədə bir az öz zəfərini görür. Və bəlkə də bu səbəbdən onun həyat fəlsəfəsi tək cümlədə gizlidir:
“Sağaltmaq bəzən dərmanla deyil, anlayışla, səbrlə və sevgiylə mümkündür.”

Bu fəlsəfə onu tibb elmindən daha uzağa aparır –  O həkimliklə bərabər, həyatın mənasını da pasiyentlərinə ötürür.

Aytac Məmmədova haqqında yazmaq  bir əxlaq modelini, bir peşə sədaqətini, bir qadın fədakarlığını və bir insan şəfqətini təqdir etməkdir. Cəmiyyətin belini düz saxlayanlardan biridə məhz belə səssiz həkim qəhrəmanlardır.

Aytac xanım siz  cərrah-onkoloq olmaqla yanaşı . Şəfanın özü, insanlığın simvolu, ağ xalatlı qəhramansız.
Təşəkkür edirik. Hər nəfəs üçün. Hər toxunuş üçün. Hər ümid üçün.
İşığınız heç zaman sönməsin...

 

Ülkər Bağırova

FİDE kandidat master

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İrəvana yaranacaq etimad amili – Rusiyanın bazasının mümkün bağlanması – ŞƏRH
Next: Mehdi balamız Doğum Günün Mübarək Olsun!

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.