Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb.
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı – 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
PAYLAŞIN:
