Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • 1 illik məktəb direktorları: Problemlər yaradır – AKTUAL
  • CƏMİYYƏT

1 illik məktəb direktorları: Problemlər yaradır – AKTUAL

admin 25.03.2025
1742879618_1
“Azərbaycanda məktəb direktorları və direktor müavinlərinin 1 illik müddətə təyin olunması praktikası var və bu, digər ölkələrlə müqayisədə fərqlidir. Bir çox ölkədə direktorlar 3, 5, hətta 7 illik müddətlərə vəzifəyə gətirilir”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil ekspert, Təhsil Xidmətləri və Məsləhət Mərkəzinin direktoru Elşən Qafarov deyib. Ekspert bu fərqin mənfi tərəfləri barəsində konkret məqamları açıqlayıb:

“Birincisi, stabil idarəetmənin zəif olmasıdır ki, qısa müddət rəhbərlik edən şəxs uzunmüddətli planlar qura bilmir və həyata keçirə bilmir. Strateji inkişaf planlarının (3-5 illik) icrası yarımçıq qalır və davamlılıq pozulur. Məktəbdə idarəetmə sabitliyi olmur, komandada və məktəb kollektivində qeyri-müəyyənlik yaranır.

İkincisi, motivasiyanın azalmasıdır ki, rəhbər hər an vəzifədən uzaqlaşdırıla biləcəyini düşündüyü üçün işə yanaşmada ehtiyatlı olur. İnnovativ ideyaları həyata keçirməyə risk etmir, çünki nəticələri tam görünməyə bilər. Direktorda və komanda üzvlərində peşəkar inkişaf marağı zəifləyə bilər.

Üçüncüsü, komanda və kollektivdə psixoloji gərginlik – hər il rəhbər dəyişə bilər deyə, müəllim heyəti və digər əməkdaşlar təzyiq altında işləyir. Müəllimlər və valideynlər arasında etimad zəifləyə bilər, çünki rəhbərlikdə ardıcıllıq olmur. Eləcə də layihə və proqramların davamlılığının olmamasıdır ki, beynəlxalq layihələr, məktəb inkişaf proqramları adətən 2-3 illik olur, amma rəhbərin tez-tez dəyişməsi proqramların dayandırılmasına və ya keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Müəllim inkişafı, şagird nailiyyətlərinin artırılması kimi uzunmüddətli layihələr yarımçıq qala bilər”.

Ekspertin fikrincə, digər məqamlardan biri direktorun və müavinin şəxsi inkişaf imkanlarının məhdudlaşmasıdır:

“Bir illik müddət rəhbərin peşəkar və şəxsi inkişafına sərmayə qoymasına mane ola bilər. Direktor və müavinlər öz gələcəklərini planlaşdıra bilmirlər, çünki vəzifədə qalacaqları qeyri-müəyyəndir. Həmçinin məktəbin imici və ictimai nüfuzunun zərər görməsidir ki, təkrar-təkrar rəhbər dəyişiklikləri məktəbin ictimai nüfuzunu azalda bilər.

Valideynlər və ictimaiyyət məktəb rəhbərliyinə az etibar edir. İllərlə əvəzedici (müvəqqəti) kadrın məktəbə rəhbərlik etməsinin qısa və konkret mənfi tərəfləri – stabil idarəetmənin olmaması, daim müvəqqəti rəhbərlik məktəbdə uzunmüddətli plan və sabitlik yaratmır. Motivasiyası aşağı olur və əvəzedici rəhbər özünü daimi hiss etmədiyi üçün təşəbbüslərdən çəkinir, risk almır.

Kollektivdə qeyri-müəyyənlik hökm sürür, müəllimlər və digər əməkdaşlar gələcək rəhbərlik barədə narahat olur, bu da psixoloji gərginlik yaradır. Məktəbin inkişafı ləngiyir, layihələr və yeniliklər dayandırılır və ya davamlı olmur. Məktəbin nüfuzu zəifləyir və valideynlər və ictimaiyyət məktəb rəhbərliyinin qeyri-sabitliyinə görə etimadsızlıq göstərir.

Azərbaycanda direktor və müavinlərinin 1 illik təyin olunması, idarəetmədə qısamüddətli yanaşmalara səbəb olur, sistemin sabitliyi və davamlılığı zəifləyir. Müqaisə üçün deyim ki, Finlandiya, Almaniya, Yaponiya kimi ölkələrdə direktorlar 5-7 illik müqavilələrlə işə qəbul edilir və bu müddət ərzində uzunmüddətli strategiyalar həyata keçirirlər. Türkiyə və Rusiya kimi ölkələrdə də direktorlar adətən 3-5 il müddətinə təyin olunur. Bu ölkələrdə sabitlik və inkişaf üçün direktorların vəzifə müddətləri daha uzun planlaşdırılır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda qanunsuz tikinti: İcra Hakimiyyətində rüşvət iddiaları və Müşfiq Rəhimov FAKTORU
Next: BAKIDA ARXİTEKTURA XAOSU

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.