Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • BAKIDA ARXİTEKTURA XAOSU
  • CƏMİYYƏT

BAKIDA ARXİTEKTURA XAOSU

admin 25.03.2025
1742882703_1
Paytaxtın Binəqədi, Nizami, Suraxanı, Qaradağ, Sabunçu, Xəzər və digər rayonlarında, eləcə də Sumqayıt şəhərində ölkə qanunları səlahiyyət sahiblərinin maraqlarına xidmət edir.

Belə ki, illərdir adı çəkilən rayonların ərazilərində kateqoriyasından və şəraitindən asılı olmayaraq qanunsuz tikintilər aparılmaqdadır.

Məsələn, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində inşa edilən 3 mərtəbəli iaşə obyektinin, eləcə də Binəqədi rayonunun Xocasən qəsəbəsi və digər ərazilərində inşa edilmiş yaşayış evlərinin, iaşə obyektlərinin neft şirkətinə məxsus ərazidə olmaları, Suraxanı, Sabunçu, Xəzər və digər rayonlarındakı tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə olmaları onları bu gün kommunal xidmətlərdən və rəsmi sənədləşmədən məhrum edir.

“DogruXeber.az” xatırladır ki, bir neçə gün əvvəl elə Xəzər rayonunun Binə qəsəbəsində yeni yaşayış evlərinin olduğu geniş təsərrüfat təyinatlı ərazinin kommunal xətlərinin olmadığını əks etdirən görüntüləri belə təqdim etmişdik. Hansı ki, o, evlərdən yalnız birində yaxınlıqdakı iaşə obyektindən kustar üsulla çəkilmiş işıq və su xəttinin olduğunu, mavi yanacaq xəttinin isə ümumiyyətlə olmadığını gördük, ətrafdakı digər evlər isə işığa, qaza və hətta normal küçəyə belə həsrət “zindan” kimi görünürdü.

Təbii ki, bu və bu kimi bütün qanunsuz tikintilərin aparılmasına şərait yaradan elə məhz cavabdeh qurumların özləri – birinci növbədə yerli icra hakimiyyətləri,sonra isə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi (TTNA), İN yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və Şəhərsalma və Arxitektura Komitəsidir (ARXKOM). Vətəndaşlar yerli icra nümayəndələri, yaxud yerli bələdiyyə sədrlərinin onlara uzun müddətli müqavilə sənədi ilə baha qiymətə satdığı təsərrüfat təyinatlı torpaq sahələrində maneəsiz şəkildə ev tikə bilmək üçün bu qurumların nümayəndələri ilə əl sıxışıb, “göz yummağın qarşılığı”nı ödəyir, vəssalam.

Lakin növbə kommunal ehtiyaclara gəldikdə, vətəndaşlar başlayır dövlət qurumları arasında var-gəl eləməyə. Əlində rəsmi sənədi olmayan o, şəxslər nə kommunal xidmətlərdən yararlana bilir, nə də seçkilər zamanı səsvermə hüququndan düzgün istifadə edə bilirlər. 10-20 il Bakıda yaşayıb, hələ də rayon qeydiyyatında olan insanlar var ki, seçki zamanı qeydiyyatda olduğu rayona gedə bilmir, burada da qeydiyyatı yox. Beləcə, qanunlar hər yerdə biraz əzilir.

Bütün bu problemlər də onlarda vaxtilə arxayınçılıq vəd edən qurumlara qarşı bir inamsızlıq, bir acıq yaradır. Dövlətin məmurundan, dövlətin qurumundan narazı olmaq isə dövlətdən narazı olmaq, dövlətçiliyə güvəni itirməkdir.

Belə çıxır ki, rayon və yuxarıda adı çəkilən qurumların rəhbərləri xalqa və dövlətə, hakimiyyətə qarşı gizli düşmənçilik mövqeyindədirlər ki, bu cür qarşıdurma yaratmağa bu qədər meyilli davranış sərgiləyirlər.

Halbuki, bu qurumların baha qiymətə insanlara satılan və tikinti aparılmasının qanunsuz olduğu üçün yüksək məbləğlərdə rüşvət alınan o, ərazilərin təyinatını dəyişdirmək və sənədləşdirə bilmək səlahiyyətləri var. Lakin sanki insanları incitməkdən zövq alırlar deyə, bu səlahiyyətlərindən istifadə etmək haqqında düşünmək belə istəmirlər.

Dövlət qurumları rəhbərlərinin dövlətə və xalqa ziyan vurması normalda qanunla qəbuledilməz olsa da, təəssüf ki, qanunlarımız da bu şəxsləri idarə etməkdə aciz qalır və hətta onların tərəfindən məqsədlərə uyğun şəkildə idarə olunur.

Yenə də sonda ümidə ümüd bağlamaqla səbrli olmaq məcburiyyəti ilə bu kimi halların aradan qaldırılması və qarşısının alınması üçün ölkə başçısının qeyd etdiyimiz mövzuya diqqət ayıracağına və günahkar səlahiyyətlərin məsuliyyətə cəlb olunacağını umuruq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 1 illik məktəb direktorları: Problemlər yaradır – AKTUAL
Next: Nizami rayonunda zəbt olunan məktəb ərazisində qızğın iş gedir

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.