Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakıda qanunsuz tikinti: İcra Hakimiyyətində rüşvət iddiaları və Müşfiq Rəhimov FAKTORU
  • ARAŞDIRMA

Bakıda qanunsuz tikinti: İcra Hakimiyyətində rüşvət iddiaları və Müşfiq Rəhimov FAKTORU

admin 25.03.2025
whatsapp-gorsel-2025-03-24-saat-19_05_08_bef8db2b

“AKnews.az” redaksiyasına daxil olan məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda qanunsuz tikinti və korrupsiya halları ilə bağlı ciddi iddialar var. Bildirilir ki, Müdafiə Nazirliyində general rütbəsində xidmət edən şəxsin qohumu Mənzil İstismar Sahəsinin (MİS) rəisi təyin edilib və icra hakimiyyətinin qeyri-rəsmi maliyyə əməliyyatlarına rəhbərlik edir.

Bakıda qanunsuz tikinti: İcra Hakimiyyətində rüşvət iddiaları və Müşfiq Rəhimov FAKTORU

İddiaya görə, MİS rəisi icra hakimiyyətinin Tikinti şöbəsinin müdiri Ramiz Quliyevlə sıx əlaqədə olaraq tikinti sahəsindəki hesabatları ona təqdim edir. Daha sonra isə icra hakimiyyətinin birinci müavini Gülarə Verdiyevanın göstərişi ilə tikinti sahibinə obyektinin söküləcəyi bildirilir və ondan müəyyən məbləğ tələb olunur.

Hacı Fərid və onun arxasında duran şəxs

Məlumata görə, qanunsuz tikinti ilə bağlı əsas fiqurlardan biri ərazidə yerləşən “Köhnə Ciyərxana” restoranının sahibi kimi tanınan Hacı Fəriddir. O, iddialara görə, icra hakimiyyətindəki müəyyən şəxslərlə əlaqə quraraq tikinti layihəsini həyata keçirməyə çalışır.

Daxil olan məlumatlarda Hacı Fəridin təkbaşına hərəkət etmədiyi, onun arxasında duran şəxsin isə Müşfiq Rəhimov olduğu iddia edilir. Qeyd edək ki, 08.01.2020-ci il tarixində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M. Rəhimov BDYPİ-nin “Siqnal” idarəsinə rəis müavini təyin edilib. Bildirilir ki, məhz bu əlaqələr sayəsində Hacı Fərid müəyyən rəsmi qurumlardan dəstək alaraq qanunsuz fəaliyyətlərini davam etdirə bilir. Ətrafda yaşayan insanların fikrilərinə hörmətsizlik edərək biznesini genişləndirilməsi sürətləndirilib. Qeyd edilməlidir ki bayram günlərində orqsnların işləməməsindən istifadə edən Hacı Fərid qanunsuz əməlini davam etdirir.

Mir Cəlal Paşayev prospektində qanunsuz tikinti

Daxil olan məlumatlara əsasən, qanunsuz tikinti Mir Cəlal Paşayev küçəsində baş verir. Xatırladaq ki, Mir Cəlal Paşayev Azərbaycanın görkəmli yazıçısı, ədəbi tənqidçisi və dramaturqu olmaqla yanaşı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın babasıdır. Mehriban Əliyevanın təşəbbüsü ilə bu ərazidə abadlıq işləri aparılmışdır.

Buna baxmayaraq, Nəsimi Rayon İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri bu ərazini qeyri-qanuni tikintilərə açıq zona kimi istifadə etməyə çalışırlar. Məlumata görə, abadlaşdırılmış məhəllənin bir hissəsi dağıdılaraq yerində çayxana tikilmək istəyilir. Bu işlərə rəhbərlik edən tikinti sahibi Hacı Fəriddir. O, iddialara görə, Müşfiq Rəhimovun dəstəyi ilə layihəsini maneəsiz icra etmək üçün müəyyən vəsaitlər xərcləyir.

İcra Hakimiyyətində məxfi planlar və qanunsuzluqlara göz yumulması

Mənbələrin bildirdiyinə görə, Nəsimi Rayon İcra Hakimiyyətinin Tikinti şöbəsinin müdiri Ramiz Quliyev və birinci müavin Gülarə Verdiyeva qeyri-qanuni tikintilərə şərait yaradır. Eyni zamanda, icra hakimiyyətində çalışan Müşfiq Kərimli yayılan məlumatların silinməsi üçün müxtəlif üsullara əl atır və bu prosesdə tikinti sahibinə köməklik göstərir.

Sual olunur: Yaşayış binasının qarşısında domino və nərd oynanacaq çayxananın tikilməsi kimə nə qazandıracaq? Bu, Nəsimi rayon sakinlərinin sosial rifahına hansı müsbət təsiri göstərə bilər?

Redaksiyamıza daxil olan məlumata görə, Hacı Fərid və onun arxasında duran şəxslə bağlı bütün bu iddialar araşdırılacaq və cəmiyyətə rəsmi açıqlama veriləcək. Hüquq-mühafizə orqanları, Baş Prokurorluq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iddiaları araşdırmalı və qanunsuz fəaliyyətlərə son qoymalıdır.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyəti baş verənlərə aydınlıq gətirməli və ictimaiyyətə hesabat verməlidir. Əks halda, bu cür halların davam etməsi paytaxtın inkişafına mane olacaq və vətəndaşların dövlət orqanlarına inamına ciddi zərbə vuracaq.

“AKnews.az” olaraq, məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyini gözləyirik. 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda “Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu barədə YENİ XƏBƏR
Next: 1 illik məktəb direktorları: Problemlər yaradır – AKTUAL

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.