Skip to content
14.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026
94076e9e1f2713c67529c07b1322c710

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azenco”nun keçmiş Müşahidə Şurasının sədri Vüqar Əliyev cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Vüqar Əliyev 3 milyon manatlıq mənimsəmədə ittiham olunur. O, ittihamla razı deyil, həbsinin arxasında “Azərenerji” ASC-nin sabiq rəhbəri Etibar Pirverdiyevin dayandığını iddia edir.

“Onun mənə olan qəzəbinin səbəbini hələ də anlaya bilmirəm”, – deyə Vüqar Əliyev hakim qarşısında deyib. İttihama görə, Vüqar Əliyev “Azenco”da fəaliyyət göstərdiyi dövrdə 3 milyon manatdan artıq vəsaiti mənimsəyib. O, Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəməni nəzərdə tutan 179.4-cü maddəsi ilə mühakimə olunur. Bu maddə üzrə maksimum 14 il həbs cəzası nəzərdə tutulur.

Vüqar Əliyev məhkəmədə deyib ki, başlanğıcda ittihamın həcmi xeyli az olub və sonradan ağırlaşdırılıb. İş üzrə ilk mühüm qərarlardan biri prosesin qapalı keçirilməsi oldu.
Dövlət ittihamçısı bunu kommersiya sirri təşkil edən məlumatların açıqlanması riski ilə əsaslandırdı. Müdafiə tərəfi isə mənimsəmə işlərinin adətən açıq araşdırıldığını bildirərək etiraz etdi. Məhkəmə dövlət ittihamçısının mövqeyini qəbul etdi.

2000-ci illərin ortalarından etibarən “Azenco” Azərbaycanın ən iri dövlət sifarişlərini həyata keçirən şirkətlərdən biri idi. Energetika obyektləri, iri infrastruktur layihələri, Dövlət Bayrağı Meydanı və Bakı Kristal Hall kimi simvolik tikililər onun portfelində yer alırdı.

Etibar Pirverdiyev 2001–2018-ci illərdə “Azərenerji”yə rəhbərlik edib və Azərbaycanın enerji sektorunun ən nüfuzlu fiqurlarından biri sayılıb. 2018-ci ildə Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən və ölkə üzrə genişmiqyaslı elektrik kəsintisinə səbəb olan qəzadan sonra o, vəzifəsindən azad edilmişdi. İllərdir müxtəlif mediada “Azenco” ilə Etibar Pirverdiyev arasında əlaqələrə dair iddialar səsləndirilsə də, sabiq qurum rəhbəri bu mövzuda açıqlama verməyib. İyulun 27-də başlayacaq qapalı məhkəmə prosesində bu iş üzrə əsas sübutlar və ifadələr araşdırılacaq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub – VİDEO
Next: Qubada ailə faciəsi: Tək övladını itirən gözdən əlil ana fəryad etdi – VİDEO

OXŞAR MÖVZULAR

6hiG0I2wWTU9oY9XV2r5GeCBRf0sPQS8zqJz1grn_1200
  • ARAŞDIRMA

Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi

admin 14.07.2026
1784035524_1
  • ARAŞDIRMA

Kriminal aləmin nümayəndələri Qod Nisanovun bazarına girdi: SAHİBKARLARDAN PUL TƏLƏBİ – TƏFƏRRÜAT

admin 14.07.2026
musa_sekiliyev_5
  • ARAŞDIRMA

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

admin 14.07.2026

XƏBƏR LENTİ

Ülviyyədən Talehin videosuna münasibət bd0750bd4a69455c0cc52d13180796d9
  • ŞOU-BİZNES

Ülviyyədən Talehin videosuna münasibət

admin 14.07.2026
Aktrisa Ülviyyə Xəlilbəyli Taleh Yüzbəyovun videosuna münasibət bildirib. Musavat.com xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşdığı hekayədə estetik...
DAVAMI Read more about Ülviyyədən Talehin videosuna münasibət
İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq 31b8f14af19e79aa14f155ea09c84d28acf056cf
  • İDMAN

İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq

admin 14.07.2026
İngiltərə Futbol Assosiasiyası milli komandanın dünya çempionu olacağı halda alacağı mükafatın məbləğini müəyyənləşdirib. Bildirilib ki, İngiltərə millisi...
DAVAMI Read more about İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq
DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici 84b312cf72724786a4fecbae7334ee10
  • İDMAN

DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

admin 14.07.2026
Norveç millisinin hücumçusu Erlinq Haland və İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il dünya çempionatında xüsusi göstəriciyə...
DAVAMI Read more about DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici
Çexiya hava hücumundan müdafiə sistemlərini İsrail texnologiyaları ilə yeniləyir chehiya
  • DÜNYA

Çexiya hava hücumundan müdafiə sistemlərini İsrail texnologiyaları ilə yeniləyir

admin 14.07.2026
Çexiya öz hava hücumundan müdafiə (HHM) imkanlarını gücləndirmək məqsədilə İsraillə yeni müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar...
DAVAMI Read more about Çexiya hava hücumundan müdafiə sistemlərini İsrail texnologiyaları ilə yeniləyir
Zelenski: Fransa Ukraynaya iki hava hücumundan müdafiə sistemi və ballistik raketlər verəcək zelenski-1
  • DÜNYA

Zelenski: Fransa Ukraynaya iki hava hücumundan müdafiə sistemi və ballistik raketlər verəcək

admin 14.07.2026
Bu ilin sonuna qədər Ukrayna Fransadan yeni gücləndirilmiş SAMP/T NG ballistik raket əleyhinə sistemlər alan ilk ölkə...
DAVAMI Read more about Zelenski: Fransa Ukraynaya iki hava hücumundan müdafiə sistemi və ballistik raketlər verəcək

Bütün yazılar

bd0750bd4a69455c0cc52d13180796d9
  • ŞOU-BİZNES

Ülviyyədən Talehin videosuna münasibət

admin 14.07.2026
31b8f14af19e79aa14f155ea09c84d28acf056cf
  • İDMAN

İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq

admin 14.07.2026
84b312cf72724786a4fecbae7334ee10
  • İDMAN

DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

admin 14.07.2026
chehiya
  • DÜNYA

Çexiya hava hücumundan müdafiə sistemlərini İsrail texnologiyaları ilə yeniləyir

admin 14.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.