Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – NARAZILIQ VAR…
  • BAXIŞ BUCAĞI

Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – NARAZILIQ VAR…

admin 14.02.2025
1739463651_1
Zaqatala şəhərinin zibil poliqonu ötən əsrin 60-cı illərində şəhərin şimal-qərb hissəsində salınıb. O zaman bu poliqon şəhərdən xeyli aralı və heç bir təhlükə mənbəyi hesab edilməyən ərazidə yerləşirdi.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son illər şəhərin infrasturukturunun böyüməsı xüsusən Şimal-qərb massivinin salınması ilə həmin poliqonun da yerinin dəyişdirilməsini vacib edirdi. Bu barədə ötən il sakinlərin haqlı narazılığı haqda bəhs etmiş, müvafiq qurumların fikir və rəyini dinləmişdik. Bir neçə ay əvvəl Zaqatala şəhərinin yeni zibil poliqonunun yeri müəyyənləşib. Bu isə Mazıx kənd sakinlərini narahat etməyə başlayıb. Əməkdaşımız sakinlərlə görüşüb, şəhər rəhbərliyinin məsələyə münasibətini öyrənib.

Zaqatala şəhərinin yeni inkişaf strukturu poliqonun yerinin dəyişdirilməsini zəruri edən əsas amillərdən biri idi. Təkcə bu ərazidə son beş ildə 200-dən artıq yeni fərdi mənzillər inşa edilib. Məsələyə müvafiq qurumların rəyi və məsləhəti ilə baxılıb və Katex çayın sol sahilində yer ayrılıb. Bu isə Mazıx kənd sakinlərinin ürəyincə deyil.

Mazıx kənd sakin Akif Abdullayev bildirir ki, kənd sakinlərinin ərazidə pay torpaqları var. Yaxınlıqda isə şəhərin zibilini atmaq üçün quyu qazıblar.

Digər kənd sakini İsa Məmməd zibil poliqonuna çevrilən ərazinin onların mal-qara örüş yeri olduğunu bildirir:

“Bizim mal-qara bu əraziyə gəlir. Pay torpaqlarımız da buradadır, örüş yerləri də buralardır. Üstəlik 10-15 km aralıda həyət evləri də var. Biz istəyiik burada deyil, başqa bir meşəlikdə olsun. Çünki zibil poliqonu digər yaşayış məntəqələri üçün də təhlükə yaradır”.

Zaqatala rayon icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Oruc Qaraxanov isə deyilənlərin əsası olmadığını, müvafiq dövlət orqanlarının əraziyə baxış keçirəndən, dövlət balansında olduğunu tam dəqiqləşdirəndən sonra onların rəyi əsasında tam qanuni bir ərazi seçildiyini diqqətə çatdırır.

“Aidiyyəti dövlət qurumlarının birgə rəyi və razılığı əsasında zibil poliqonu şəhərə nisbətən yaxın, həmin ərazidən başqa bir əraziyə köçürülüb. Hazırda şəhərin zibilləri həmin əraziyə daşınır. Bu gün texniki şərtlərə uyğun olaraq və eyni zamanda təhlükəsizlik tələblərinə qorunmaqla həmin ərazidə işlər görülür. Həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur, yəni yaşayış ərazisi deyil. Qeyd etmək istərdim ki, tamamilə məqsədəmüvafiq bir yer seçilib”, – deyən şəhər nümayəndəsi dövlət orqanlarının da məsələyə müsbət rəy bildirdiyini diqqətə çatdırdı.

O.Qaraxanov onu da əlavə edib ki, hazırda poliqonun yerinin dərinləşdirilməsi istiqamətində iş gedir. Eyni zamanda tezliklə zibil poliqonunun ətrafı mühafizəyə alınacaq. Bu da ilk növbədə mal-qaranın təhlükəsizliyi deməkdir. Digər tərəfdən küləkli havalarda müxtəlif kağız parçası və etilen paketlərin kənara dağılmasının qarşısını alacaq. Bununla yanaşı ərazidə nümayəndəliyin daimi işçiləri zibillərin boşaldılmasına və tənzimlənməsinə nəzarət edəcək.



Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AzTU-nun rektoru Vilayət Vəliyevə “DUR” deyən tapılacaqmı?!
Next: İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? – “Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.