Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? – “Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”
  • CƏMİYYƏT
  • GÜNDƏM

İNHİSARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? – “Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

admin 14.02.2025
1739474243_1
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Elnur Bağırov agentliyinin sədri təyin edilib.

Azərbaycanda inhisarçılıq iqtisadiyyatın ən iddi problemlərindən birinə çevrilib. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən dövlət qurumları hegemon mövqeyə malikdir və bir çox hallarda əsaslandırlmamış, əhalinin mənafeyinə zidd olan qərarlar qəbul edə bilirlər.

Məsələn, ötən il avqustun 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan “Aztelecom” dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, qiqabit passiv optik şəbəkə (GPON) xidmətlərinin tariflərini artırıb.

Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəyəcəklər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də agentlik “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə uyğun olub- olmadığını və yeni tariflərin hüquq normalarına uyğun tətbiq edilib-edilmədiyini müəyyən etməkdir.

Aradan yarım il vaxt keçsə də bu araşdırmanın nətcələri haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Maraqlıdır, həmin qurumun bazasında yaradılan, bilavasitə Prezidentə tabe olan Dövlət Agentliyi və onun yeni sədri təbii inhisarçılarla “vuruşa” biləcəkmi?

Azərbayan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi. Onun sözlərinə görə, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.

Ekspert hesab edir ki, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb: “Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb. Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb. İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib. Yeni struktur və yeni Əsasnamə qəbul edilib. Rəqabət Məcəlləsinin qəbulundan sonra bunlar gözlənilən idi. Görünür, hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir”.

Ekspert qeyd edir ki, ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb: “Xüsusən də 17 il gözləyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub, e-satınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib. Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub”.

Bununla belə O.Gündüz vurğulayıb ki, rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi. Onun sözlərinə görə, təbii inhisarçılarla vəziyyət daha dözülməz idi.

“Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların “kartel sövdələşməsi” etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər. Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıalrn hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda”, – o, qeyd edib.

Ekspert bildirir ki, bəzən, böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir: “İndi Prezidentin Sərəncamı ilə, köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin Sədri təyin edilib. Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub. Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib. Məmməd müəllimdən fərqli olaraq, Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür”.

Osman Gündüz hesab edir ki, birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.

“Vuruşa” biləcəkmi, yaxud “vuruşmaq” istəyəcəkmi, onu da yaxınlarda görəcəyik”, – ekspert yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB – NARAZILIQ VAR…
Next: “İsrail Ahmadov İnvestment” MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı – FOTO

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.