Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı “baş ağrıları” gətirir?
  • ARAŞDIRMA

Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı “baş ağrıları” gətirir?

admin 13.02.2025
1739424388_1
İnsanların daha çox üz tutduğu dərman növündən biri ağrıkəsicilərdir. Elə adam yoxdur ki, həyatının müxtəlif dönəmlərində hansısa ağrıkəsicilərdən istifadə etməsin. Bunu həftədə, ayda bir dəfə qəbul edənlər də var, mütəmadi qəbul edənlər də. Bəzən həkim təyinatı ilə yazılan ağrıkəsicilərlə yanaşı, əczaçılar tərəfindən məsləhət görülən, həkim nəzarəti olmadan istifadə edilən ağrıkəsici dərmanlar da olur. Təəssüf ki, günümüzdə nəzarətsiz, təyinatsız ağrıkəsici istifadə edənlər də çoxdur.

Nəzarət və təyinat olmadan qəbul edilən bu ağrıkəsicilərin orqanizmə hansı mənfi təsirləri olur?

Mövzu ilə bağlı danışan qastroenteroloq Aynurə Məmmədova bildirib ki, praktikada çox sayda insanın nəzarətsiz şəkildə ağrıkəsicilər qəbul etdiyi görünür:

“Ağrıkəsicilərin ağrı kəsməklə yanaşı, iltahabəleyhinə və temperatur salıcı xüsusiyyətləri var. Ona görə də insanlar nəzarətsiz şəkildə, ehtiyac olan zaman ağrıkəsiciləri qəbul edirlər və nəticədə, həmin dərmanların əlavə təsirlərini də hiss edirlər. Əlavə təsirlər içərisində, əsasən, mədə-bağırsaq sistemi üzərində qastrit, eroziya, yaraların yaranması, hətta mədə-bağırsaq qanaxması, qaraciyər, böyrək zədələnmələrini görə bilirik, eləcə də, böyrək, qaraciyər çatışmazlıqlarına qədər gətirib çıxara bilir.

Mədə xəstəlikləri olan, reflüks, qastrit, xora, qaraciyər xəstəlikləri olan insanlar, yaşlılar, ağrıkəsicilər qəbul etməkdə risk qrupundadır. Bu xəstələrdə mədə-bağırsağın ciddi zədələnməsi və qanaxmaların olmasına, hətta həyati təhlükənin yaranmasına səbəb ola bilir. Buna görə də insanlar ağrıkəsicilər qəbul edərkən diqqətli olmalıdır. Ağrılar olan zaman öncə həkimə müraciət etməli, ağrının səbəbi müəyyənləşməli və ona uyğun həkim tərəfindən müalicə təyin edilməlidir”.

Həkim ağrıkəsici qəbul etmək məcburiyyəti qarşısında qalarkən, həkiməqədər yardımdan söz açıb.

“Ağrıkəsici qəbul etmək məcburiyyətində olunursa, bu zaman ağrıkəsicini mütləq toxqarına, bol su ilə qəbul etmək lazımdır. İlkin olaraq yüngül, əlavə təsirləri az olan ağrıkəsici preparat seçilməlidir. Əgər ağrıkəsici dərmanın tərkibi güclüdürsə, həmin insan mütləq mədəqoruyucu tablet qəbul etməlidir. Xronik xəstəlikləri olan, uzun müddət ağrıkəsici qəbul etmək məcburiyyətində olan xəstələr mütləq mədə endoskopiyası olmalı, helikobakter pilori tərəfindən araşdırılmalıdır. Əgər xəstənin mədəsində helikobakter pilori varsa, bu, ağrıkəsicilərin əlavə təsirlərinin meydana çıxmasına, xüsusilə mədə-bağırsaq xoralarının yaranmasına, qanaxma riskinin artmasına səbəb ola bilir”, – deyə həkim əlavə edib.

Kliniki Tibbi Mərkəzin terapiya şöbəsinin həkim-terapevti Könül Bənənyarskaya bildirib ki, ağrıkəsici dərmanlar, elmi dildə analgetiklər təsir qrupuna görə iki yerə bölünür:

“Bu qruplar narkotik ağrıkəsicilər və qeyri-narkotik ağrıkəsicilərdir. Güclü analgeziya xüsusiyyətlərinə malik olan narkotik ağrıkəsicilər travmalarda, cərrahi əməliyyatlarda, yaralanmalarda, şiddətli ağrı ilə müşayiət olunan xəstəliklərdə istifadə olunur.

Qeyri-narkotik ağrıkəsicilər əzələ ağrıları, sinir ağrıları, oynaq, baş və ya diş ağrıları zamanı istifadə edilir. Bu dərmanların həm də qızdırmasalıcı effekti var. Yüksək hərarətli xəstələrdə iltihabəleyhinə təsir göstərir. Narkotik ağrıkəsicilərdən fərqli olaraq, qeyri-narkotik analgetiklərin bir müsbət cəhəti də var ki, bunlar mərkəzi sinir sistemində tənəffüs mərkəzinə və öskürək mərkəzinə təsir etmir. Gündəlik praktikamızda rast gəldiyimiz ağrıkəsicilərə aspirini, analgini, parasetamolu misal göstərmək olar. Bu ağrıkəsicilərdən biz gündəlik həyatda daha çox istifadə edirik. Qeyri-narkotik ağrıkəsicilərdən gündəlik tibbi praktikalarda da geniş istifadə olunur. Onlar nəinki sinir, revmatoloji ağrıları aradan götürür, həm də hərarətsalıcı effekt göstərir”.

Həkim qeyd edib ki, bütün dərmanlarda olduğu kimi, ağrıkəsicilərin də qəbulu zamanı bu preparatlara qarşı göstəriş, əks-göstəriş mövcuddur.

“Mütəmadi qəbul edilən ağrıkəsicilərin ilk olaraq mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, eyni zamanda, görmə sinirinin xəstəlikləri kimi əks göstərişləri var.

Parasetamol çox geniş istifadə olunan preparatdır. Əksər dərmanların da tərkibinə kombin şəklində daxil olur. Parasetamolun uzun müddət nəzarətsiz qəbulu qaraciyər və böyrəyə toksik təsir göstərir.

İbuprofen tərkibli ağrıkəsici dərmanlar satışda ən çox nurafen adı ilə məşhurdur. Bu daha çox körpələrə təyin olunan preparatdır. İbuprofen tərkibli dərmanların mədə-bağırsaq sistemində olan ağırlaşmalar, xroniki böyrək və qaraciyər xəstəliyi zamanı istifadəsi əks göstərişdir.

Ümumi olaraq ağrıkəsici dərmanlara əks göstərişlər, əsasən, hamiləlik, südvermə dövrüdür ki, xüsusi ehtiyatla yanaşmaq lazımdır. Əlavə olaraq aspirin tərkibli dərmanlardan mütəmadi istifadə bronxial astmanın yaranmasına səbəb olur.

Belə bir qənaətə gəlmək olar ki, ağrıkəsicilər mütləq şəkildə həkim tərəfindən təyin olunmalıdır. Ağrıkəsicilər özbaşına təyin olunmamalıdır, əczaxanaya müraciət edərkən əczaçı tərəfindən təyin edilməməlidir.

Ən əsası, daha çox ziyanla qarşılaşmamaq üçün ağrıkəsicilərdən istifadə zamanı mədəqoruyucu preparatlardan da istifadə etmək mütləqdir”,- deyə o əlavə edib.

Hepatoloq-qastroenteroloq Türkan Alyarova isə öz növbəsində bildirib ki, ağrıkəsicilər, xüsusən də daha çox istifadə etdiyimiz aspirin, diklofenak, ibuprofen həzm sisteminə mənfi təsir göstərə bilir:

“Birinci növbədə bu ağrıkəsicilər mədənin selikli qişasını qıcıqlandıra, orada iltihabın yaranmasına səbəb ola bilər. Bu da epoqastral bölgədə, yəni göbəyin üst tərəfində yanmalara, ağrılara gətirib çıxarar. Mədədə göynəmə, yanma, qıcqırma kimi simptomlarla üzləşə bilərlər. Ağrıkəsicilərin uzun müddət və yüksək dozada qəbulu, xüsusilə də həkim nəzarəti olmadan özbaşına şəkildə qəbul olunması bu dərmanların mədənin selikli qışasını zəiflədərək, həmin bölgədə mədə xorasının yaranma riskini artırır.

Bunun qarşısı alınmadıqda isə daha irəli dönəmlərdə xora, mədə qanaxmaları baş verə bilir. Bu zaman xəstələrdə kəskin şəkildə mədə ağrıları yaranır, qusuntu qanlı olur və bu zaman xəstə qan itirdiyinə görə baş ağrısı, baş gicəllənməsi kimi hallar özünü göstərir. Eyni zamanda, ağrıkəsici qəbul edən şəxsdə reflüks xəstəliyi və ya mədə yırtığı varsa, bu, xəstələrin simptomlarını daha da ağırlaşdıra bilər.

Əsasən, gecə saatlarında qəbul edilən ağrıkəsicilər yatarkən mədədə yanma və qıcqırma hissini kəskin şəkildə artırdığı üçün şikayətlər daha da artmış olur. Ağrıkəsicilərin ziyanlarını aşağı səviyyəyə endirmək üçün mütləq onları yeməkdən sonra, toxqarına qəbul etmək lazımdır, acqarnına qəbulu tövsiyə olunmur.

Eyni zamanda, diqqət etmək lazımdır ki, dərman bol su ilə qəbul edilsin. Hansısa ağrıkəsicini uzun müddət qəbul etmək məcburiyyətində qaldıqda, məsləhət görürəm ki, mütləq şəkildə əvvəlcə qastroenteroloq qəbulunda olunsun. Mədə müayinə edilsin, əgər heç bir problem yoxdursa, həkim nəzarətində ağrıkəsicilər qəbul olunsun. Yox, əgər bir problem varsa, mədə əvvəlcə müalicə olunmalıdır, daha sonra ağrıkəsiciləri qəbul etmək olar. Ağrıkəsiciləri mümkün qədər qısamüddətli və aşağı dozada qəbul etmək məsləhətdir”,- deyə həkim vurğulayıb./trend.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: AzTU-nun rektoru Vilayət Vəliyevə “DUR” deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Next: Aytən Səfərova bu həkimlərə OD PÜSKÜRDÜ: “Qadınları qorxuya salaraq milyonlar qazanırlar”

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.