Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • AzTU-nun rektoru Vilayət Vəliyevə “DUR” deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
  • CƏMİYYƏT
  • ÖLKƏ

AzTU-nun rektoru Vilayət Vəliyevə “DUR” deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub

admin 13.02.2025
1739432246_thumb

Azərbaycan Texniki Unversitetində  elm qalıb bir yanda,  rəhbərlik  “oyunbazlıqla” məşğuldur…

Bu iddia Azərbaycan Texniki Unversiteti ilə bağlı Yenixeber.org-a ünvanlanan müraciətdə yer alır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:

Azərbaycan Texniki Unversitetində universitetində ezamiyyətə ancaq universitet rəhbərliyi və onların öz yaxın ətrafı (rektor, özünə yaxın olan prorektorlar, dekanlar, kafedra müdirləri, şöbə müdirləri və ən çoxda  “seçilmiş” kadrlar) göndərilir. İş o yerə çatıb ki, ayrı-ayrı qrant layihələri üzrə ezamiyyətə gedənlərə belə mane olmağa çalışılır, orda da öz adamlarını göndərmək istəyirlər.

Sonrada deyirlər elm niyə inkişaf etmir? Elmin inkişafı üçün bir alimi bir beynəlxalq konfransa göndərmək ıazımdır,  bir xarici elm mərkəzləri, nümayəndələri ilə münasibət qursun. Ancaq yaxın adamları Universitetin pulları hesabına xaricdə guya təhsil alırlar.

Vilayət Vəliyevin moşenniklik işlərindən biri də, Unversitetin ayrı-ayrı işlərini aldadıb müxtəlif adlar altında unversitetə gətirdiyi müəyyən şəxslərə gördürüb, pulunu ödəməməsi, puldan söhbət açılmasın deyə həmin şəxslərə təzyiq göstərməsidir. Ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edirlər, sonra ona kiçik işlərdən başlamaqla  unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırırlar. İşlər yerinə yetirildikcə, azğınlaşır, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, işdən azad edirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı “moşenniklik” sxemi qurulmuşdur.  Təzyiq vasitəsi kimi, müxtəlif oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur. Bu işlərə onun çirkin əməllərinə kölə olmuş prorektorlar, dekanlar məcburən cəlb olunur. Bu adamlarında bəzisini onun rəhbər olduğu elmlər namizədi üzrə ixtisaslaşmış şuranın işi ilə, bəzilərinin fakultəsinin adını dəyişdirərək işdən xaric etməklə təhdid edərək müti vəziyyətə salmışdır. Ona görədə bu adamlar məcburiyyətdən Vilayət Vəliyevin məddahlığı ilə məşğuldurlar.

Vilayət Vəliyevin nə üçün 2024-cü ildə 117 tələbəni qovmasının səbəbini açıqlamaq əvəzinə (Bu işdə Nəqliyyat və logistika dekanı Allahverdi Şərifov və Energetika fakultəsi dekanı Hüseyqulu Quliyev xüsusi fəallıq göstərmişdir) qazilərə qarşı mənfi münasibətini bir az da inkişaf etdirərək, Energetika fakultəsi Elmi Şurasının yarısını bir qazinin imtahanda suallara cavab verə bilməməsinə (axırda bir Elmi Şura üzvü bildirib ki, qazilər lazımi yerdə — cəbhədə öz cavablarını vermişdir), Unversitetin Fizika kafedrasının dosenti Cuməli müəllimin Vilayət Vəliyevin ədalətsiz işlərinə qarşı heç nə edə bilməyəcəyindən danışmışdır.  Cuməli müəllimin əsas iradlarından biridə Vilayət Vəliyevin qızını, oğlunu, baldızını və neçə belə qohumlarını unversitetə yığması, lakin tədris-köməkçi heyətini ixtisara salmasıdır. Artıq unversitetin bütün aparıcı alimləri, kafedra müdirləri  – prof. Nizami Yusifov, dos.Hikmət Əliyev, prof. Ələkbər Hüseynov hətta iclaslarda belə açıq şəkildə rektorun şərait yaratdığı biabırçı kadr axınının qarşısının alınmasının vacibliyindən danışır.

Cuməli müəllim (fizika kafedrası) bu məsələləri, unveristetin çatışmazlıqların, hərc mərcliyi, qanunsuzluğu, moşennikliyi, dələduzluğu dediyinə görə Vilayət Vəliyev onun qeyd etdiyi qanunsuzluqları “araşdırmaq” üçün bir “komissiya” düzəltdi. Komissiya elə işlədi ki, Cüməli müəllim “borclu”, “günahkar” çıxdı (50 ilin dosenti guya  “laboratoriya” dərsi deyə bilmirmiş).

Vilayət Vəliyev bir alimin ard-arda ixtiraları olduğunu, qrant udduğunu bildikdə onu qiymətləndirmək əvəzinə, həmin alimin işlərini  aşağılamağa, qiymətdən və həvəsdən salmağa çalışır. Özü isə, ancaq Unversitetdən gələn pulları sağa-sola dağıtmaqdan başqa bir iş görmür. Ödənişli təhsildən gələn milyonlarla pullar (1 tələbənin illik ödənişi 2000-3000 manatdır, unversitetdə ən azı 3000-4000 ödənişli əsaslarla oxuyan tələbə-magistr on milyon ətrafında vəsait alınır) hara xərclənir, necə silinir bilinmir. Bütün qanunsuzluqlara “qanuni” don geyindirmək üçün Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, Əmək məcəlləsinin maddələrinə “düzəlişlər” etdirir.

Cüməli müəllim demişdi ki, necə olur bir ailənin 3 üzvü unversitetdə işləyir? Qızı kimya kafedrasının müəllimidir, ancaq iqtisadiyyat üzrə enerji ixtisaslarında  magistr dissertasiyasına rəhbərlik edir. Rəhbərliyi ilə hazırlanan magistr dissertasiyası bir kurs işi səviyyəsində deyil. Hər halda bu qanunsuzluğu, Elm və Təhsil naziri Emin müəllim araşdırılmasına göstəriş verər. Yoxsa, bu elə belə davam edəcək, ildənilə saxta dissertantların sayı artacaq. Keçən il Vilayət Vəliyevin professoru olduğu, kuratorluq etdiyi, iqtisadiyyat kafedrası üzrə 200-dən çox magistr dissertasiyasının pulla işlənildiyi meydana çıxdı. Unversitet bu xəbərlə çalxalandı, ancaq o fakultədən indidə bakalavr qrupları qan ağlayır. Maraqlıdır, dərsi oldu-olmadı bütün müəllimləri unversitetə yığır, görəsən qızı da müəllimdi, o da unversitetə gəlirmi?

Guya kaferdra müdirlərini, dekanları yığıb tapşırır ki, tələbə “tapşırmaq” olmaz, müstəsna hal kimi özüm həll edəcəm, deyir. Halbuki, oğlu qapı-qapı düşüb müəllimlərə adam tapşırırdı. Ölkə rəhbərliyi həmişə bildirmişdir ki,  imkanlı məmurların yaxınları özlərini təvözakar aparmalıdır. Rektorun qohumlarının bahalı maşınları unversitet həyətində, yarışlarda olduğu kimi şütüyür.

Ancaq bu hərəkətlər dağıdılan pulların adı tutulmasın, onlar haqqında fikirləşən olmasın və fikri başqa istiqamətə yönəltməkdən başqa bir şey deyil. Bu da ancaq dağıdılan vəsaitlərdən fikri yayındırmaq üçündür.

Onlarla adamı işindən gücündən edib, aldadlb Unversitetə çağırıb, sonrada, müxtəlif bəhanələrlə yolları ayırmaqdan danışır. Özbaşınalıq o qədər artıb ki, veteranlara iş gördürüb, pulunu vermir. Müxtəlif bəhanələrlə, vaxtı uzadır, çox inad edəndə, təzyiqlər göstərir.

Unversitetdə moşenniklik, özbaşınalıq, dələduzluq o qədər artıb ki, belə bir traqikomik hadisə baş verib: Bir vəzifə sahibi ziyalını Vilayət Vəliyev aldadıb, işindən gücündən edib, gətirib universitetdə vəzifə verib. Üstündən bir müddət sonra ona unversitet adına xərcli bir iş tapşırıb, deyib işi yerinə yetir nə xərc çəksən qaytaracağıq. O ziyalıda inanıb 3000-4000 xərc çəkib, işi tamamlayıb, üstündən aylar, illər keçir nəinki pulunu qaytarırlar, hələ adınada söz çıxarırlar ki, guya o ziyalını işə götürəndə o ziyalı pul söz vermişdi, pulu vermir. Bu başıbəlalı ziyalı onu unversitetə gətirən dekanla hər bu Vilayət Vəliyevin özünə münasibətindən danışanda dekan əli ilə, “jest”lə “5” göstərirmiş. Bu ziyalıda deyir bəlkə səhv başa düşür. Ancaq  o, onu unversitetə gətirən prorektorun yanında olanda, baxır ki, o da əli ilə jestlə “5” göstərir. Sonra naəlac qalan bu ziyalı unversitetdə çoxdan işləyən biri ilə, bu haqda danışır, həmin şəxsdə ziyalıya vəzifələrin necə satıldığı haqqında məlumat verirlər. Bu ziyalıda 3000-4000 manatının necə batdığını və o “5”liyin də nə qədər olduğunu başa düşür. Nə qədər ziyalıda olsa, dələduzluq və moşenniklikdən başı çıxmasada bilir ki, başa düşür ki, “5”liklər qurtaran deyil lap bu gün 3000-4000 manat kimi sabah “5”liklər “6”lıq, “7”lik olacaq. Nə isə, ziyalılarında ard-arda unversitetdən kənarlaşdırılmasınında sirri belə açılır.

Unversitetdə sadalanan rəzillikləri edən rektorun, prorektorun, dekanların nə şəhidlərimizlə, nə qazilərimizlə nə də veteranlarımızla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur (bunlar o adamlardandı ki, müxtəlif çirkli əlaqələri ilə yaxınlarını müharibə alovundan kənar saxlamağı bacarıblar). Türklərin bir məsəli yada düşür: “Ölüsü ölməyənə halva şirin gələr”. Odur ki, inanırıq ki, bunların etdikləri  göydə Allahın yerdə Möhtərəm Prezidentimizin nəzərindən yayınmayacaq.(Yenixeber.org)

Allah dövlətimizi, millətimizi başda Ali Komandanımız olmaqla var etsin.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
Next: Təyinatsız qəbul edilən ağrıkəsicilər hansı “baş ağrıları” gətirir?

OXŞAR MÖVZULAR

1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
1780638995_17551125641751480099inshot_20250702_221153178_1_1780602953
  • CƏMİYYƏT
  • ÖLKƏ

Nazirlikdən multimilyonluq laboratoriya tenderi – TƏFƏRRÜAT

admin 05.06.2026
media-rr-47xtz0
  • CƏMİYYƏT

“Royal Fish” mağazasından narazılıq

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.