Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Naxçıvanda sahibkarlara FHN-dən 500 manatlıq rüşvət tələsi
  • CƏMİYYƏT

Naxçıvanda sahibkarlara FHN-dən 500 manatlıq rüşvət tələsi

admin 06.02.2025
1738782025_1
Naxçıvanda Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ticarət obyektlərinə siqnalizasiya qurğuları quraşdırmaq adı altında sahibkarlardan 500 manat tələb etdiyi bildirilir. Məsələ ondadır ki, bu qurğular keyfiyyətsiz olduğundan və mərkəzi sistemə qoşulmadığından heç bir işə yaramırlar. Bu səbəbdən sahibkarlar hesab edirlər ki, onlardan alınan 500 manat təhlükəsizlik yox, pul qazanmaq məqsədi daşıyır.
Naxçıvan şəhərinin mərkəzində yerləşən 15 kvadratmetrlik dükanın sahibi R. Məmmədov FHN əməkdaşlarının əvvəlcə kiçik məbləğlərdə rüşvət topladığını, indi isə bunu böyük məbləğlə əvəz etdiyini bildirir:
“Tez-tez gəlib müxtəlif bəhanələrlə 40-50 manat alıb gedirdilər. Ötən ay dedilər ki, yuxarılardan tapşırıq var, siqnalizasiya quraşdırılmalıdır. Dedim ki, ehtiyac varsa, qoyulsun. Amma bunun üçün 500 manat istədilər. Məcbur qalıb verdim. Quraşdırdılar, amma mərkəzə bağlamadılar. Dedilər ki, buna ehtiyac yoxdur. Quraşdırma işinə görə də əlavə 60 manat ödədim. Əslində bu qurğuya ehtiyac yox idi. Çünki mərkəzə qoşulmadığından, dükanda adam olmayanda yanğın baş versə, bundan FHN xəbər tutmayacaq. Siqnalizasiyanı yoxladıq, onun da səsi çox zəifdir, dükanın içərisində güclə eşidilir. Bu o deməkdir ki, siqnal çalanda kənardan heç kim eşitməyəcək ki, FHN-i çağırsın. Yəni, 500 manatımızı boşuna verdik.”
Digər sahibkar Ü. Abbasov isə rüşvət səbəbindən vəziyyətin getdikcə ağırlaşdığını və bu səbəbdən dükanını bağlamaq məcburiyyətində olduğunu bildirir:
“Onsuz da vəziyyətimiz ağırdır. Hər ay FHN əməkdaşlarına, sahə müvəkkilinə, vergi işçilərinə pul veririk. İndi də gəlib deyirlər ki, 500 manat ver, siqnalizasiya qoyaq. Həmin keyfiyyətsiz siqnalizasiyaların əsl qiyməti 100 manatdır. Heç bir işə yaramayan bu qurğuya görə niyə bu qədər pul ödəməliyəm? Onsuz da 20 kvadratmetrlik dükan üçün hər ay 1500 manat kirayə ödəyirəm. Alış-veriş də yoxdur. Artıq dükanı bağlamaq məcburiyyətindəyəm. İşlədiyimiz özümüzə qalmır. Hər gələn pul istəyir. Bu vəziyyət nökərçilikdən başqa bir şey deyil.”
Sahibkarlar aidiyyəti qurumlardan bu vəziyyətə təcili müdaxilə edilməsini, yanğın təhlükəsizliyi adı altında alınan rüşvətlərin dayandırılmasını tələb edirlər.
Gündəlik Naxçıvan
Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ… – NARAZILIQ VAR…
Next: Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu – Torpaq qalmaqalına yenidən baxılacaq

OXŞAR MÖVZULAR

1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026

XƏBƏR LENTİ

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO 1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
Masallıda “Köhnə bazar” adlanan ərazidə 2023-cü ildə tikintiləri maneə olmasın deyə, əvvəlcə 3 dən çox ortadiametirli şam...
DAVAMI Read more about Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır? 1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və...
DAVAMI Read more about Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət 1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
“Azəriqaz” istehsalat birliyində ixtisarlar gözlənilir. Müvafiq bildirişlər artıq agentliyin bir çox departament və şöbələrinin, xüsusən də regionların...
DAVAMI Read more about “Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət
Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI 1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
“Optimal Elektronika” MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə...
DAVAMI Read more about Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR… 1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və...
DAVAMI Read more about QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

Bütün yazılar

1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.