Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784823272_1
Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və istehsalat təlimi ustalarının boş ştatlarının illərdir müsabiqəyə çıxarılmaması prosesi bu il də davam edir.

Bizimesr.com xəbər verir ki, artıq peşə təhsili müəssisələrində ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesi üzrə müsabiqəyə start verilib.

Vakant yerlər açılıb, müsabiqə elan olunub. İmtahanda iştirak edən şəxslər vakant ştatları görməklə sənədlərini təqdim edirlər. Amma bu dəfə də Peşə Təhsili üzrə Dövlət Agentliyində hansısa maraqlardan irəli gələrək bəzi ixtisaslar olsa da, vakant olaraq müsabiqəyə çıxarılmır.

Sadə bir fakt göstərək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytında (https://vet.edu.gov.az/) “Mövcud ixtisaslar” bölməsi var. Bu bölmədə hansı peşə təhsili mərkəzində və müəssisəsində hansı ixtisasların tədris olunduğu açıq şəkildə göstərilir. Sadə bir araşdırma apararaq yenə də fərqli münasibət, bəlkə də saxtakarlıq edildiyi aşkar görünür.

Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi olaraq elan etdiyi bu ilki vakansiya siyahısında (“Vakansiya siyahısı”: https://shorturl.at/5CZoD) Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində – “Media və kommunikasiya – Rəqəmsal məzmun idarəçiliyi” ixtisası üzrə vakant müəllim yeri elan edilib. Yəni bu vakant müəllim yeri uğrunda namizədlər imtahanda iştirak edəcəklər.

Elə isə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açıq olan “Rəqəmsal məzmun idarəçiliyi” ixtisası üzrə vakant yer niyə müsabiqəyə çıxarılmayıb?

Bu marağın adı nədir?

Hər il müsabiqədə iştirak edən şəxslər vakant yerlərin gizli saxlanıldığını, müsabiqəyə təqdim edilmədiyini deyirlər. Sonradan isə məlum olur ki, ya həmin ixtisas üzrə hansısa şəxs müqavilə ilə işə götürülüb, ya da bu fənn peşə mərkəzində başqa bir müəllimə həvalə olunub. Bu nə deməkdir?

Azərbaycanda rəqəmsal inkişaf strategiyası hazırlanıb, bütün ölkədə rəqəmsal inkişafdan danışıldığı bir vaxtda Elm və Təhsil naziri Emin Əmrullayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə məktəblərində öyrədilməsi prioritet hesab olunan bu ixtisası niyə gizli saxlayırlar? Bu hansı səbəbdən və maraqdan qaynaqlanır?

Görünür, bunlara hələ də aşbaz, bərbər kimi ixtisas qruplarının sayını artırmaq daha çox sərf edir. Rəqəmsallaşma, inkişaf və gənclərin bu sahə üzrə hazırlanması məsələsi isə yenə də arxa planda qalır.

Bu məsələ redaksiyanın ciddi diqqət mərkəzindədir və yəqin ki, yeni dərs ilində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mövcud olan “Rəqəmsal məzmun idarəçiliyi” ixtisası üzrə vakant yer ya çıxdaş ediləcək, ya da həmin yerə müqavilə əsasında hansısa şəxs işə götürüləcək.

Prosesi diqqətdə saxlayırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət
Next: Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

OXŞAR MÖVZULAR

1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026
1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026

XƏBƏR LENTİ

Bakı Qızlar Universitetində GƏRGİNLİK 1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
Bakı Qızlar Universitetinin akkreditasiyadan keçməməsi orada oxuyan tələbə və valideynləri narahat edib. Narahat olan valideynlər çıxış yolu...
DAVAMI Read more about Bakı Qızlar Universitetində GƏRGİNLİK
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib 1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026
 Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb....
DAVAMI Read more about İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir? 1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb....
DAVAMI Read more about “10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?
Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO 1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə...
DAVAMI Read more about Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO
ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib 1784865330_1
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT

ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

admin 24.07.2026
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı il iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,4 milyard...
DAVAMI Read more about ARDNF-nin aktivləri altı ayda 72,6 milyard dollara enib

Bütün yazılar

1784882874_tia_f046c553ca1fa403586ad5fecbeeb2dc_l2fx7n45vozab0i1m86r
  • CƏMİYYƏT

Bakı Qızlar Universitetində GƏRGİNLİK

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026
1784824851_1
  • CƏMİYYƏT

“10 mini olanın atasına lənət…” – O mülklər Əhəd Abıyevindir?

admin 24.07.2026
1784867451_1
  • CƏMİYYƏT
  • VİDEO

Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək – Hansı ərazilərdə söküntülər başlayacaq? – VİDEO

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.