Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ… – NARAZILIQ VAR…
  • CƏMİYYƏT

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ… – NARAZILIQ VAR…

admin 06.02.2025
1738821746_1
Nəhayət, “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərovun Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (hakim Elmar Rəhimovun sədrliyi ilə) baxılaraq qərar qəbul edilib.
Zərərçəkmiş H.Səfərov «Təzadlar»a bildirdi ki, Nərimanov rayon İcra Şöbəsinin məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz olan və Bakı Hərbi Məhkəməsinin Azərbaycan Respublikası adından çıxardığı hökmə açıq-aydın müdaxilə edən qərarının ləğvini tələb edərək məhkəmə qərarının icrasını tələb edir. Sitat: «…Lakin məhkəmə icraçısı hansısa maraqlar naminə Azərbaycan Dövlətinin adından çıxarılan qərarı icra etmək istəmir. Belə çıxır ki, məhkəmə məhkəmə icraçısının tələblərinə tabedir?! Bildiyiniz kimi, 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi Mövlam Şıxəliyev və digərilərinin apellyasiya şikayətini təmin etmədi. Bundan sonra Mövlam Şıxəliyev və başının dəstəsi Ali Məhkəməyə kassasiya şikayət verdilər. Bakı Apellyasiya Məhkəməsinin bu cinayət işi üzrə qərarından sonra mülki iddialarımız icraya yönəlməsi üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Bakı Hərbi Məhkəməsi iş üzrə 16 mülki iddiaçının adına icra vərəqələri yazıb Nərimanov Rayon İcra Şöbəsinə göndərdi. İcra materialları icra məmuru Rəfail Səfərovun qərarı ilə eyni icraatda birləşdirildi. Lakin Nərimanov Rayon İcra Şöbəsi 2 ilə yaxın icraya başlamaqdan ən müxtəlif bəhanələrlə yayındı. Nəhayət, aidiyyəti üzrə şikayətlərimizdən sonra Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev 10 iyun 2024-cü ildə Bakı Hərbi Məhkəməsinə məktub yazıb icra məmuru Rəfail Səfərova məhkəmə qərarının izah olunması barədə ərizə təqdim etdi. Vaxt uzatmağa hesablanan bu ərizəyə məhkəmə gözlənilən cavabı verdi. İcra məmuru Rafail Səfərovun ərizəsinə məhkəmədən cavab yazıldı ki, hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Yəni, ağlını başına yığ, məhkəmə qərarını icra et! Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri, sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır və sair… Bu cavabdan sonra, nəhayət, icra işinin başlayacağı və Bakı Hərbi Məhkəməsinin hökmünün icra ediləcəyini düşündük. Lakin bunun əvəzinə məhkəmə icraçısı Rəfail Səfərov Cavidan Hacıyevi də yanına alıb bu dəfə də eyni mahiyyətli izah tələbi ilə Bakı Hərbi Məhkəməsinə müraciət etdilər. Bakı Hərbi Məhkəməsində 1 iyul 2024-cü ildə hakim Fikrət Əliyevin sədrliyi ilə məhkəmə icraçısı Rafail Səfərovun növbəti və eyni məzmunlu izah tələbinə baxıldı. Bakı Hərbi Məhkəməsinin 01.07.2024-cü il taxixli, İş N 7-1(093)-12/2024 Qərarı ilə icra məmuru Rafail Səfərova və yanına aldığı Cavidan Hacıyevin izah tələbinə belə bir cavab verildi: «Hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədlərin mətninə uyğun şəkildə icra olunmalıdır!». Bu qərardan sonra da icra işi başlanmadı. Bu dəfə məhkəmə icraçısı Rəfail Səfərov həmin izah qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi. Yenə də izah tələbi irəli sürdü. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə 26 avqust 2024-cü ildə şikayətə baxıldı. Məhkəmənin 7-1(103)-3/2004 saylı qərarında yazıldı ki, «…birinci instansiva məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hökmlə həll edilməyən və ya hansısa qaydada həll edilmiş məsələlərə hökmə izah verilməsi qaydasında yenidən baxılması, yeni halların müəyyən edilməsi, hökmdə həll edilən məsələlərin mahiyyətinin dəyişdirilməsi qanunda nəzərdə tutulmamışdır. Mülki iddia verməyən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi, mülki iddianın təmin edilməsi barədə müddəanın fərqli qaydada izah və təfsir edilməsi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, icra sənədi verilməsinə əsas olmuş hökmdə aydın olmayan heç bir müddəa, izah olunası xüsusat yoxdur. Hökm aydındır, ikimənalı və ya anlaşılmayan ifadə yoxdur. İcra sənədləri sənədin mətninə uyğun şəkildə icra olunmalıdır. İzah verilməsinə dair ərizə təmin olunmamalıdır». Beləliklə, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi qəbul etdi. Bundan sonra məhkəmə icraçısı Rəfail Səfərov məcbur olub icra işinə başladı. Lakin özünün tələbi ilə Bakı Hərbi Məhkəməsinin və ardından Bakı Apellyasiya Məhkəməsinin verdikləri izahlara məhəl qoymadı. O, özünün verdiyi icra haqda qərarında Bakı Hərbi Məhkəməsinin hökmünün adını çəksə də, özünün izah tələbinə dair Bakı Hərbi Məhkəməsinin adını belə çəkmir, qərarın mahiyyəti, nə qərar verilməsinə toxunmur. Bakı Apellyasiya Məhkəməsinin qərarı haqda isə heç bir qeyd aparmadan özünün şəxsi maraqlarından çıxış edərək tam qanunsuz qərarla icra işinə girişdi”.

Zərərçəkmiş H.Səfərov onu da əlavə etdi ki, məhkəmə icraçısı Rəfail Səfərov qərar verməzdən əvvəl 16 nəfər zərərçəkəni Nərimanov İcra Şöbəsinə dəvət edərək növbəti qanunsuzluğa imza atıb. Sitat: “Rəfail Səfərov dedi ki, əgər hər biriniz ərizə yazıb hər hansı bir şikayətinizin olmadığını bildirməsəniz, icra işinə başlamayacağam. Məcbur olub onun dediyi, faktiki olaraq şikayət etmək hüququmuzu məhdudlaşdıran qanunsuz ərizəni yazdıq. Biz qanunsuz olmasını bildiyimizdən icra işinin əngəllənməməsi üçün Rəfail Səfərovun qanunsuz tələbini yerinə yetirdik. Bu dəfə də bizə məlum oldu ki, Rəfail Səfərov özünün izah tələblərinə dair məhkəmə qərarlarını bir kənara atıb, özü bir siyahı tutub, məhkəmə hökmündə olan 16 nəfərə özünün istədiyi, şəxsi maraqlarından çıxış etməklə əlavə 6 nəfəri də qoşub. Rəfail Səfərovun özbaşına verdiyi bu qərarın ləğvi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etdik. Bu dəfə də Rəfail Səfərov və himayədarları Nərimanov Məhkəməsində qanunsuz verdikləri icra haqqında qərarın ləğvinə imkan vermədilər. Axı necə ola bilər ki, Azərbaycan Respublikası adından Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökm məhkəmə icraçısı tərəfindən bir kənara atılsın və məhkəmə icraçısı Rəfail Səfərovun istəyinə uyğun icra işi aparılsın? Əgər icra məsələsini məhkəmə icraçısı Rəfail Səfərov öz istədiyi kimi icra edəcəkdisə, daha Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istəməsinə nə ehtiyac vardı? Bakı Apellyasiya Məhkəməsinə niyə müraciət edib izah tələbini yenidən təkrar edirdi? Nərimanov Məhkəməsi tam qanunsuz olaraq Rəfail Səfərovun icra işini öz istəyinə uyğun aparmasına öz qərarı ilə “don” geydirdi. Bakı Apellyasiya Məhkəməsinə şikayətimiz də bu instansiyanın sədri Mübariz Əkbərovun qarşı tərəflə əlaqələrinə görə qismən təmin edildi. Baxmayaraq ki, məhkəmənin gedişində Mübariz Əkbərovun qəbulunda olub Bakı Hərbi Məhkəməsinin qərarına məhkəmə icraçısı tərəfindən qanunsuz müdaxilə barədə məlumat vermişdim. Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin iş üzrə qərarını da təqdim etməklə faktiki olaraq məhkəmə icraçısının özbaşınalığını başa salmışdım. Nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi əslində biz istəmədiyimiz 2 şəxslə bağlı qərar verməklə Nərimanov Məhkəməsində baş verən qanunsuzluqları ört-basdır etdi. Özlərinin qərarına qanuni görkəm vermək, gözə kül üfürmək kimi qanunsuz bir işə girişdilər. Bizə qarşı, Azərbaycan Respublikasına qarşı məhkəmə icraçısı Rəfail Səfərovun timsalında cinayətə bərabər böyük bir qanunsuzluq törədilib. Məhkəmə sədri Mübariz Əkbərov isə ortada Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin qərarı ola-ola yenə də məhkəmə icraçısı Rəfail Səfərovun qanunsuz qərarını qüvvədə saxlamağa nail oldu. Bakı Apellyasiya Məhkəməsinin bu qərarı Azərbaycan məhkəməsi adına böyük bir biabırçılıqdır! Ona görə də Prezident İlham Əliyevə müraciət etməklə bu işdə əli olan hər kəsin cəzalandırılması tələb ediləcək. Artıq müraciətimiz vəkillərimiz tərəfindən ətraflı izah və sənədlərlə hazırlanıb…”.

«Təzadlar» olaraq, inanırıq ki, nəhayət, məhkəmə icraçısı Rəfail Səfərova başa salınacaq ki, Azərbaycan Dövləti adından çıxarılan hökmün və qərarın icrasına müdaxilə cinayətdir və bağışlanılmaz səhvdir, ölkənin məhkəmə sisteminə arxa çevirməkdir!

«Təzadlar»

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Əməliyyatda canlı yayım açan plastik cərrahın da lisenziyası ləğv edildi
Next: Naxçıvanda sahibkarlara FHN-dən 500 manatlıq rüşvət tələsi

OXŞAR MÖVZULAR

1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026

XƏBƏR LENTİ

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib 1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
 Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib. Yarış Bakı...
DAVAMI Read more about Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR… 1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
Naxçıvan Dövlət Avtomobil Yolları Agentliyində maaşlar hər ay gecikir, işçilər isə kredit faizləri ilə üz-üzə qalırlar. Qurum...
DAVAMI Read more about İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…
Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR… 1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Megacity” yaşayış kompleksinin (MTK) sakinləri binanın idarəçiliyində yol verilən...
DAVAMI Read more about Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…
“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?” 1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
İxtisar dalğası SOCAR “Azərikimya” İstehsalat Birliyinə çatıb. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq...
DAVAMI Read more about “Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”
“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO 1780901638_48390be794_001
  • CƏMİYYƏT
  • VİDEO

“5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

admin 08.06.2026
Övadları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb. “Qafqazinfo” xəbər...
DAVAMI Read more about “5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” – VİDEO

Bütün yazılar

1780898594_screenshot-2026-06-08-100038
  • İDMAN

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

admin 08.06.2026
1780904042_screenshot-2026-06-08-113202
  • CƏMİYYƏT

İşçilərin maaşları az qala 1 AYLIQ YUBADILIR… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780897553_screenshot-2026-06-08-094333
  • CƏMİYYƏT
  • ÖLKƏ
  • VİDEO

Bu MTK-nın idarəçiləri KİMƏ BELƏ GÜVƏNİR Kİ… – NARAZILIQ VAR…

admin 08.06.2026
1780900004_screenshot-2026-06-08-102441
  • CƏMİYYƏT

“Azərikimya”da işçilər RƏSMƏN ÇÖLƏ ATILIR… – “Bundan sonra harda iş tapaq?”

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.