Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
  • ÖLKƏ

“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?

admin 03.02.2025
1738581454_1738568436_0001

Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən əvvəlki adı – “Evim” uşaq bağçasıyla bağlı saytımızda qalmaqallı halla bağlı vətəndaş şikayətləri əsasında yazı dərc etmişdik.

Bu dəfə də bağçayla bağlı Bizim.Media-ya növbəti şikayət daxil olub.

Bağçada müəllimə kimi işləmiş Rəqsanə Şıxəliyeva müraciətində bağçanın müdiri Xanım Əliyevanın onun maaşını 3 aydır ki, ödəmədiyindən gileylənib.

“Həmin bağçada 14 avqust 2024-cü ildən bəri fəaliyyət göstərirəm. Avqustun ortasından başlayaraq işləməyə başladım, həmin ay yarım ay işlədiyim üçün maaşımın yarısı düşürdü. Məndən ilk ay xahiş etdilər ki, olar ki, bu ay maaşı verməyək, sentyabrın maaşıyla birlikdə verilsin. Mən də razılaşdım. Sentyabr ayınının maaşını aldıqda həmin avqust ayının yarım ay maaşı verilmədi. Oktyabr ayında da yenə eyni hal təkrarlandı. Ümumi olaraq, sentyabr və oktyabr ayının maaşını aldım. Noyabr, dekabr və yanvar aylarının isə maaşını ala bilmədim”.

Şikayətçi bildirib ki, maaşın gecikdirilməsinə səbəb olaraq direktor valideynlərin pul ödəmədiyini və vəziyyətlərinin yaxşı olmadığını əsas gətirib:

“Mən də bir insan kimi onu başa düşdüm və dedim ki, dayələrin maaşını verin, insanlar əziyyət çəkir. Çalışırdım ki, bağça təzə qurulduğu üçün onun adını tanıdaq. Ancaq Xanım Əliyevanın başqalarının adına borc götürdüyünü öyrəndikdən sonra yanvarın 24-də öz istəyimlə işdən çıxdım. Çıxanda belə dedim ki, eybi yoxdur, hər kəsin borcunu qaytarın, sonra mənimkini verərsiniz. Ancaq yenə də mənim insanlığımdan istifadə etdilər. Məndən işdən ayrılmamağımı xahiş etdilər. Amma mən çıxdım”.

Rəqsanə Şıxəliyeva iddia edir ki, bağça müdiri hazırda ona əl borcu olaraq verdiyi 194 manatla birgə təxminən 1500 manat pul verməlidir:

“Yanvarın 27-də digər işçilərin borclarının ödəndiyini bildikdən sonra, Leyla Tahirova ilə danışdım, maaşımın verilməsini tələb etdim. O isə fevralın əvvəlində qalan əməkhaqqı üzrə borcun tam ödəniləcəyini vəd etdi. Mən isə razılaşmadım, ona yanvarın 29-na kimi vaxt verdim. “Əgər məbləğ ödənilməsə, yoldaşım məhkəməyə müraciət edəcək” dedim. Onu da deyim ki, işdən çıxdıqdan sonra mənə valideynlərdən zəng edənlər oldu. Onlar dedilər ki, müdiriyyət arxamca artıq-əksik sözlər danışıb”.

Şikayətçi dediyi vaxtda maaşın ödənmədiyini gördüyü üçün polisə və Əmək Müfəttişliyinə də müraciəti edib:

“Mənə xəbərdarlıq olunmadan yanvarın 14-dən işimə xitam verilsə də, yanvarın 24-nə kimi işə getdim, hər gün giriş-çıxış saatlarında imza atdım. Bunun səbəbini soruşduqda isə bağçanın MMC-yə keçməsi, adının dəyişməsiylə və s bağlı olduğunu dedilər. Mən bunu “My.Gov.Az-da məlumatlarıma baxarkən öyrəndim”.

Qeyd edək ki, sözügedən uşaq bağçasının təsisçisi və mühasibi Xanım Əliyevanın anası Leyla Tahirovadır.

Məsələylə bağlı Leyla Tahirovanın da mövqeyini öyrəndik. O, maliyyə çətinliyi səbəbindən maaşların gecikdiyini bildirib:

“Amma onun özüylə də danışanda dedim ki, tezliklə ödəniş olacaq. Bu həftə ödəniş ediləcək. Mən özüm də mühasib kimi işləyirəm, 3 aydır ki, maaşım verilmir. Ancaq mən şikayət etmirəm, vəziyyəti başa düşürəm”.

Məlumat üçün bildirək ki, “Evim” uşaq bağçasının müdirinin məlum əməlindən sonra bağçada kütləvi işdənçıxma başlayıb. Adına kredit götürülən 7 nəfərdən sonra bağçanın digər müəllim heyəti öz ərizələri ilə işdən azad olunublar.

Bizim.Media

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Next: `Sahil – S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB… – NARAZILIQ VAR…

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784122874_caspian_global_22
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Caspian Global Auto”dan şikayət – “Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb”

admin 15.07.2026
1784106175_screenshot-2026-07-15-130108 (1)
  • CƏMİYYƏT
  • ÖLKƏ

Yevlax Su Meliorasiya İdarəsində şübhəli satınalma – Tural Mahmudov köhnə rəisin işini davam etdirir, yoxsa…

admin 15.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.