Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • `Sahil – S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB… – NARAZILIQ VAR…
  • CƏMİYYƏT
  • ÖLKƏ

`Sahil – S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB… – NARAZILIQ VAR…

admin 03.02.2025
1738577688_1713951283_1713941919_0001

Bakının Yeni Günəşli ərazisində yerləşən “Sahil – S İnşaat” MTK sakinləri ilin-günün bu vaxtında susuzluqla imtahana çəkilir.

Binadan mənzil alan 165 ailə özünü Kərbəla çölündə hiss etməkdədir. Bu problemlə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət olunsa da, indiyə kimi tədbir görülmür.

Sakinlər qeyd edirlər ki, bundan əvvəlki rəhbərliyin dövründə, məsələ Baş Prokurorluğun nəzarətində olanda texniki şərt verilmişdi, amma icra olunmadı. Texniki şərtim verilməsinə əsasən sayğaclar quraşdırılmadı. Daha sonra “Azərsu” Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Sakinlər Agentlik sədri Zaur Mikayılova bu dəfə müraciət ediblər, amma hələ də bina su üzünə həsrət qoyulub, verilən texniki şərtə əsasən sayğaclar qoyulmayıb. Vətəndaşlar güman edirdi ki, yeni rəhbərlik onların müraciətinə baxacaq, ancaq nəticəsi yoxdur. Əksinə, sakinlərə deyilib ki, əvvəl verilən texniki şərtin vaxtı guya keçib. İndi də yeni texniki şərt verməyi cəhənnəm əzabına çeviriblər. Bununla bağlı Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, onlar bu həftə “Azərsu” qarşısına toplaşaraq aksiya keçirəcəklər, su sayğaclarının quraşdırılmasını xahiş edəcəklər. Onlar bildirirlər ki, Zaur Mikayılov vətəndaşların müraciətlərini qulaqardı edir və bu qədər ailəni susuz qoyub. Halbuki agentlik bir binaya texniki şərt verilməsini istəsə həyata keçirə bilər. Əvvəla, hər bir vətəndaşın su ilə təmin olunmaq haqqı var və dövlət insanların kommunal tələbatını yerinə yetirməlidir. İkincisi, su vermək imandan, insanlıqdandır. Bununla Zaur Mikayılov 165 ailəni sevindirmiş olacaq, onların duasını eşidəcək, savab bir iş görəcək. Yəni məsələnin həm hüquqi, həm mənəvi tərəfləri var. Prezident məmurları təyin edərkən onlara xalqla işləməyi tapşırır. Amma görünür ki, Zaur Mikayılov vətəndaşları prezidentdən narazı salmaq fikrinə düşüb. Əgər elə olmasaydı, bir binaya texniki şərt verilməsi kimi bir məsələni bir su içimi qədər asanlıqla həll edərdi. Amma görünür ki, agentlik və rəhbərliyi vətəndaşları etiraz aksiyası keçirmək həddinə çatdırmaqdadır. Bu isə əhalini hökumətdən narazı salmaq deməkdir. Sakinlər isə deyirlər ki, onlar dövlətin siyasətini dəstəkləyən ailələrdir və heç bir gərginlik yaratmaq niyyətləri yoxdur. Sadəcə, “Azərsu” onları bu yerə gətirib çıxarıb. Axı nə çətin işdir ki əvvəl verilən texniki şərti reallaşdırmaq?! Elə bu qurumun işi odur ki, sayğac quraşdırılan mənzillərin sayı artsın. Buna görə hər bir ailə ödəniş edəcək, yenə dövlətə faydası olacaq. Hamı necə, bu binada yaşayanlar da o şəkildə su ehtiyaclarının qarşılanmasını istəyirlər. Artıq 2025-ci ildir və belə bir əsrdə Bakının Yeni Günəşli kimi ərazisində bir binanın su problemi ilə üzləşməsi gülüncdür. Dünya texniki tərəqqidədir, bizsə su dərdindən danışırıq. Buna da səbəbkar Zaur Mikayılov və onun komandası, eləcə də əvvəlki rəhbərlikdir. Amma Zaur Mikayılov əvvəlki rəhbərlikdən fərqlənmək, müsbət xal qazanmaq həvəsində görünmür. Bu səbəbdən vətəndaşlar “Azərsu” qarşısında toplaşıb şikayət edəcəklər və səslərini media vasitəsi ilə dövlətə, prezidentə çatdıracaqlar. İnkar başqa çarə qalmadığını söyləyirlər və buna məcbur olublar. Çünki insanların gündəlik su tələbatını ödəməmək sosial fəlakətdir. Ona görə də texniki şərtin verilməsi Zaur Mikayılovun daha 165 ailənin sevincinə səbəb olacaq, o cümlədən agentlik sədri 165 ailədən də müsbət rəy qazanacaq.

AnaXeber.info

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Next: “İnvest-Az”-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? – DETALLAR

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.