Skip to content
24.04.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
  • CƏMİYYƏT

Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı

admin 03.02.2025
1738557702_1
Bakının Yeni Günəşli ərazisində yerləşən “Sahil – S İnşaat” MTK sakinləri ilin-günün bu vaxtında susuzluqla imtahana çəkilir. Binadan mənzil alan 165 ailə özünü Kərbəla çölündə hiss etməkdədir. Bu problemlə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət olunsa da, indiyə kimi tədbir görülmür. Sakinlər qeyd edirlər ki, bundan əvvəlki rəhbərliyin dövründə, məsələ Baş Prokurorluğun nəzarətində olanda texniki şərt verilmişdi, amma icra olunmadı. Texniki şərtim verilməsinə əsasən sayğaclar quraşdırılmadı.
Daha sonra “Azərsu” Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Sakinlər Agentlik sədri Zaur Mikayılova bu dəfə müraciət ediblər, amma hələ də bina su üzünə həsrət qoyulub, verilən texniki şərtə əsasən sayğaclar qoyulmayıb. Vətəndaşlar güman edirdi ki, yeni rəhbərlik onların müraciətinə baxacaq, ancaq nəticəsi yoxdur. Əksinə, sakinlərə deyilib ki, əvvəl verilən texniki şərtin vaxtı guya keçib. İndi də yeni texniki şərt verməyi cəhənnəm əzabına çeviriblər. Bununla bağlı Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, onlar bu həftə “Azərsu” qarşısına toplaşaraq aksiya keçirəcəklər, su sayğaclarının quraşdırılmasını xahiş edəcəklər. Onlar bildirirlər ki, Zaur Mikayılov vətəndaşların müraciətlərini qulaqardı edir və bu qədər ailəni susuz qoyub. Halbuki agentlik bir binaya texniki şərt verilməsini istəsə həyata keçirə bilər. Əvvəla, hər bir vətəndaşın su ilə təmin olunmaq haqqı var və dövlət insanların kommunal tələbatını yerinə yetirməlidir. İkincisi, su vermək imandan, insanlıqdandır. Bununla Zaur Mikayılov 165 ailəni sevindirmiş olacaq, onların duasını eşidəcək, savab bir iş görəcək. Yəni məsələnin həm hüquqi, həm mənəvi tərəfləri var. Prezident məmurları təyin edərkən onlara xalqla işləməyi tapşırır. Amma görünür ki, Zaur Mikayılov vətəndaşları prezidentdən narazı salmaq fikrinə düşüb. Əgər elə olmasaydı, bir binaya texniki şərt verilməsi kimi bir məsələni bir su içimi qədər asanlıqla həll edərdi. Amma görünür ki, agentlik və rəhbərliyi vətəndaşları etiraz aksiyası keçirmək həddinə çatdırmaqdadır. Bu isə əhalini hökumətdən narazı salmaq deməkdir. Sakinlər isə deyirlər ki, onlar dövlətin siyasətini dəstəkləyən ailələrdir və heç bir gərginlik yaratmaq niyyətləri yoxdur. Sadəcə, “Azərsu” onları bu yerə gətirib çıxarıb. Axı nə çətin işdir ki əvvəl verilən texniki şərti reallaşdırmaq?! Elə bu qurumun işi odur ki, sayğac quraşdırılan mənzillərin sayı artsın. Buna görə hər bir ailə ödəniş edəcək, yenə dövlətə faydası olacaq. Hamı necə, bu binada yaşayanlar da o şəkildə su ehtiyaclarının qarşılanmasını istəyirlər. Artıq 2025-ci ildir və belə bir əsrdə Bakının Yeni Günəşli kimi ərazisində bir binanın su problemi ilə üzləşməsi gülüncdür. Dünya texniki tərəqqidədir, bizsə su dərdindən danışırıq. Buna da səbəbkar Zaur Mikayılov və onun komandası, eləcə də əvvəlki rəhbərlikdir. Amma Zaur Mikayılov əvvəlki rəhbərlikdən fərqlənmək, müsbət xal qazanmaq həvəsində görünmür. Bu səbəbdən vətəndaşlar “Azərsu” qarşısında toplaşıb şikayət edəcəklər və səslərini media vasitəsi ilə dövlətə, prezidentə çatdıracaqlar. İnkar başqa çarə qalmadığını söyləyirlər və buna məcbur olublar. Çünki insanların gündəlik su tələbatını ödəməmək sosial fəlakətdir. Ona görə də texniki şərtin verilməsi Zaur Mikayılovun daha 165 ailənin sevincinə səbəb olacaq, o cümlədən agentlik sədri 165 ailədən də müsbət rəy qazanacaq.
AnaXeber.info
Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Cənab Şükürovun YARIMŞTAT MARAĞI… – BU NƏDİ BELƏ?..
Next: “Yarışlara öz pulunuzla gedin!” – Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir

OXŞAR MÖVZULAR

1777001352_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24.04.2026 0
1777001507_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin 24.04.2026 0
1776950841_ekran-kli-2026-04-23-172049
  • CƏMİYYƏT

Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

admin 23.04.2026 0

SON YAZILAR

1777001352_1
CƏMİYYƏT ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin
24.04.2026 0
1777001507_1
BAXIŞ BUCAĞI CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin
24.04.2026 0
media-72-ahvkmq
GÜNDƏM

AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?

admin
24.04.2026 0
1777003683_1
BAXIŞ BUCAĞI GÜNDƏM

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır

admin
24.04.2026 0

Bütün yazılar

1777001352_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə

admin 24.04.2026 0
1777001507_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Eksklüzivlik imtiyaz deyil, məsuliyyətdir: “Baku Electronics” niyə qapanıb?

admin 24.04.2026 0
media-72-ahvkmq
  • GÜNDƏM

AAYDA-nın 54 saylı idarəsinin rəisi Məzahir Səlimov 300 min manatlıq maşında gəzir?

admin 24.04.2026 0
1777003683_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“İnex” şirkəti ilə lazeroloqlar arasında qalmaqal – Şirkət Taleh Heydərovun adını hallandırır

admin 24.04.2026 0
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.