Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Yarışlara öz pulunuzla gedin!” – Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
  • CƏMİYYƏT
  • GÜNDƏM

“Yarışlara öz pulunuzla gedin!” – Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir

admin 03.02.2025
1738552328_1
Azərbaycanda bölgələrdə idmançılara qarşı münasibət getdikcə pisləşir. Bu vəziyyət, xüsusilə Təhsil Nazirliyinin balansında olan idman məktəblərində, Cəmiyyətlərdə və onlara göstərilən münasibətdə özünü açıq şəkildə biruzə verir. Rayon və Regional Təhsil İdarələrinin balansında olan idman məktəblərinin idmançıları, demək olar ki, baxımsız vəziyyətdədir. Onların yarışlara göndərilməsi isə ciddi problemlərlə müşayiət olunur.

Bizimxeber.az-a daxil olan məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi və onun rəhbərliyi, tabeçiliyində olan rayonların idmançılarına normal diqqət ayırmır, idmançılar lazımi avadanlıqlarla təmin edilmir, hətta Respublika səviyyəli yarışlarda iştirakları təmin edə bilmir.

Bu vəziyyət, gənc və məktəbli idmançıların gələcəyini sual altında qoyur. Çünki, yarışlar idmançıların necə deyərlər, imtahanıdır.

Redaksiyaya daxil olan məlumata əsasən, bu ilin fevralın 4-də, iki gün sonra Bakıda keçiriləcək yeniyetmə boksçular arasında Respublika Birinciliyinə bütün rayonlardan idmançılar qatılmalıdır. Bu yarışda ən güclü idmançılar seçilərək Azərbaycanı beynəlxalq idman arenasında təmsil etməlidir. Lakin Şirvan-Salyan Regional Təhsil İdarəsinin balansında olan məktəblərin idmançıları bu yarışlardan kənarda qalıb. Bildirilir ki, idmançılar son günə kimi cavab gözləsələr də, onlara heç bir cavab verilməyib.

Daha doğrusu, qəribə vəziyyət yaranıb. Qurumlar maliyyə vəsaitinin ayrılmasını bir-birinin üzərinə atmış kimi görünür və nəticədə əziyyəti idmançılar çəkir, yarışlardan qalırlar.

Rayonlarda həm Təhsil həm də idman nazirliyinin balansında olan məktəblər fəaliyyət göstərir. Yarışlar zamanı yarışın təşkilatçısının kimliyi əsas götürülərək, maliyyənin də o qurum tərəfindən ödənilməsi əsas gətirilir.

Hazırda eyni vəziyyət yaranıb. İdmançıların əməyini heçə sayaraq, onları yarışlara göndərmək üçün dövlət tərəfindən ayrılan vəsaiti belə onlardan əsirgəyirlər. İdarə, bölgədəki idman məktəblərinin yarışa qatılmaq üçün göndərdiyi müraciətləri ya cavablandırmır, ya da cavablar açıq şəkildə laqeyd olur.

Nəticədə, rayon idmançıları yarışlara göndərilmir. İdman məktəblərinin rəhbərləri, məşqçilər isə, “yarışa getmək istəyirsinizsə, öz cibinizdən, ya da valideynlərinizin pulu ilə gedin” kimi cavablarla qarşılaşırlar.

Şirvan-Salyan Regional Təhsil İdarəsi, paytaxtda keçiriləcək Respublika Birinciliyinə hazırlaşan Neftçala, Salyan və Şirvandan olan idmançılarını bu yarışa göndərmək üçün heç bir tədbir görmür. “Mənim yarışım deyil” deməklə kifayətlənir və maliyyə ayırılmır. Nəticədə, Neftçaladan olan idmançılar 2 gün sonra keçiriləcək yarışda iştirak etmək üçün maliyyə axtarır.

Müraciətlər cavabsız qalır, maliyyə vəsaiti ayrılmır.

Eyni zamanda Neftçala rayonu Gənclər və İdman İdarəsi də yaranmış vəziyyətə laqeyd münasibət göstərir. İdarənin rəisi Araz Əhmədovdur. Yarış İdman nazirliyinin təşkilatçılığı ilə keçirildiyi üçün bu idarə tərəfindən idmançılara dəstək verilməlidir. Amma təəssüflər olsun ki, Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəhbərliyi rayondan kimlərin yarışa gedəcəyini, daha güclünün iştirakını təmin etmək istəmir.

Qeyd edək ki, yarışlarda iştirak etmək üçün hər bir idmançıya 120 manat ayrılmalıdır. Bu məbləğə yol xərci, otel pulu, yemək-içmək və digər gündəlik xərclər daxildir. Bu pul olmadığı halda, idmançılar yarışa da qatıla bilmir.

Bundan əlavə, idmançılar avadanlıqla təmin edilmir və idman zalları da bərbad vəziyyətdədir. Bu məsələlərə dair daha ətraflı məlumatlar növbəti yazılarda veriləcək. Görünən odur ki, “öz cibinizdən və ya valideynlərin pulu ilə gedin” deyənlər, sonradan bu səfərləri sənədləşdirərək “bu qədər idmançı apardıq” kimi məlumatlar təqdim edərək büdcə vəsaitini mənimsəməli olurlar.

Bu cür halların ilk olmadığı ehtimal edilir və Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə Neftçala rayonu Gənclər və İdman İdarəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması, idmançıların hüquqlarının pozulmasının önlənməsi vacibdir.

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmruallayevin, gənclər və idman naziri Fərid Qayıbovun diqqətinə çatdırırıq ki, bu məsələlər araşdırılmalı və xüsusilə, gənc, yeniyetmə idmançılara qarşı bu cür münasibət göstərən şəxslər cəzalandırılmalıdır. Bu məsələnin həlli üçün aidiyyatı qurumlar qarşısında müvafiq tədbirlər görülməlidir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbəri Vüqar Dadaşov, Neftçala rayonu Gənclər və İdman İdarəsinin rəisi isə Araz Əhmədovdur.

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
Next: ‘Bazarstore’ da KÜTLƏVİ İXTİSAR… NARAZILIQ YARATDI

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.