Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Cənab Şükürovun YARIMŞTAT MARAĞI… – BU NƏDİ BELƏ?..
  • BAXIŞ BUCAĞI

Cənab Şükürovun YARIMŞTAT MARAĞI… – BU NƏDİ BELƏ?..

admin 03.02.2025
1738559580_1
“Son dövrlərdə AMEA Tarix və Etnologiya İnstitutunda yarımştat əməkdaşlarla bağlı qeyri-şəffaf və müəmmalı qərarların qəbul edilməsi İnstitut əməkdaşları arasında ciddi narahatlıq doğurur. Görkəmli alimlərin və tanınmış tarixçilərin “öz istəyi ilə” işdən uzaqlaşdırılması, artıq zəif elmi potensiala malik olduğu (bu sözlər institutun direktoru Kərim Şükürovun öz ifadəsidir MƏNBƏ BURADA) iddia edilən bir mühitin daha da zəiflədilməsi kimi qiymətləndirilir…”
Bu barədə “DİA-AZ”a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Bu qərarların arxasında şəxsi rəqabət zəminində hərəkət edən rəhbərliyin öz mövqeyini möhkəmləndirmək niyyətinin dayandığı ehtimal edilir. Belə görünür ki, institut rəhbərliyi elmi potensialı və nüfuzu olan alimlərə yalnız əməkdaş kimi deyil, həm də rəqib kimi baxır. Bunun nəticəsi olaraq, elmə əhəmiyyətli töhfələr verən şəxslər uzaqlaşdırılır, elmi fəaliyyətlə zəif bağlılığı olan, yalnız formal olaraq institutda mövcudluğunu qoruyan əməkdaşlar isə saxlanılır. Bu cür hallar şəxsi əlaqələr, qohumluq və ya xüsusi tapşırıqlarla əlaqələndirilir.

Bundan başqa, qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “xüsusi təyinat” çərçivəsində göndərdiyi və mühüm vəzifələrin icrası gözlənilən bir şəxsin də yarımştat mövqedə saxlanıldığı məlum olub. Belə faktlar, kadr siyasətində “şəffaflıq” və “ədalət” prinsiplərinin gözardı edildiyi təəssüratını yaradır.

Elmi inkişaf üçün kadr siyasəti strateji əhəmiyyət daşıyır və bu səbəbdən, yarımştat mövqeləri ilə bağlı qərarların elmə xidmət etməsi vacibdir. Alimlərin uzaqlaşdırılması və şəxsi maraqlara əsaslanan idarəçilik yanaşmaları institutda sağlam rəqabət mühitini pozaraq elmi tənəzzülə səbəb olur. Elmi institutların əsas məqsədi bilik istehsalını artırmaq, fərqli yanaşmaları dəstəkləmək və müstəqil araşdırmaları təşviq etməkdir. Ancaq mövcud vəziyyət göstərir ki, rəhbərlik alimləri rəqib kimi qəbul edir və onları elmi mühitdən uzaqlaşdırmaqla öz şəxsi nüfuzunu gücləndirmək məqsədi güdür. Bu yanaşma institutun daxili mühitinə və Azərbaycan elminin ümumi inkişafına ciddi zərbə vurur.

Belə idarəçilik modeli, elmə xidmət etməkdən daha çox şəxsi maraqları təmin etməyə yönəlmiş kimi görünür. AMEA Tarix və Etnologiya İnstitutunda kadr siyasətinin yenidən nəzərdən keçirilməsi, qərarların obyektivliyinin təmin edilməsi və alimlərin bir-birinə rəqib deyil, elmi prosesin birgə iştirakçıları kimi qəbul edilməsi zəruridir. Bu, yalnız institutun deyil, həm də Azərbaycan elminin dayanıqlı inkişafının təminatı olacaqdır…”

Soztv.Az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? – VİDEO
Next: Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.