Skip to content
16.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: – Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
  • ARAŞDIRMA

Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: – Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon

admin 30.01.2025
1738242642_1
Bərdə Rayon məhkəməsinin vətəndaşdan külli miqdarda rüşvət almaqda ittiham olunan hakimi Elsun Əhmədovun cinayət işinin təfərrüatları məlum olub.

Musavat.com xəbər verir ki, istintaq hakimin 21 min manat rüşvət aldığını aşkar edib. İttihama görə Elsun Əhmədov hakim olan zaman icraatında Məqsəd Bayramovun narkotik ittihamı ilə həbs edilməsi ilə bağlı iş olub. Hakim Məqsəd Bayramovun arvadından bu iş üzrə minimum həddə cəza təyin etmək üçün 21 min manat pulu rüşvət olaraq tələb edib. Hakim pulu iclas katibi Orxan vasitəsi ilə 10 min, 8 min və 3 min olmaqla hissə-hissə alıb. Hakim aldığı rüşvətin qarşılığında Məqsəd Bayramova minimum həddə- 3 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Hakim məhkəmədə ifadə verən zaman özünü rüşvət almaqda yox, dələduzluqda günahkar bilib. Pulu almasının səbəbi kimi isə anasının onkoloji xəstə olmasını göstərib. Deyib ki, sonra atası da onkoloji xəstə olduğu üçün aldığı pulu geri qaytara bilməyib.

Elsun Əhmədovun dediklərindən aydın olub ki, pul alınan zaman videogörüntü olub:

“Mən otağımda pul almamışam. Orada kiminsə çəkiliş aparması mümkün deyil. Həmin görüntülərin necə çıxdığını bilmirəm.

İlk dəfə deyildi ki, belə bir işdə bu cür hökm çıxırdı. Qərarı elan edəndən sonra mənə zənglər gəldi. Dedilər ki, gərək əvvəldən deyərdin. Mən bir işdə bəraət verəndən sonra bu problemlər yaranmağa başladı. Əməlimdən peşmanam”,- deyə hakim qeyd edib.

İş üzrə şahid qismində dindirilən Aygül Bayramova deyib ki, pulu birbaşa hakimin özünə yox, köməkçisi Orxana verib: “Mən pulu Orxana vermişəm, o da hakimə verib. Amma pulu verəndən sonra işi uzatdılar. 18 mindən sonra əlavə 3 min istədilər ki, yuxarıdan razılıq almaq lazımdır. Mən də verdim. Sonra gördüm ki, iş uzanır. Mənə deyilmişdi ki, ərimi azadlığa buraxacaqlar. Məsələ uzanır, evdə məni lağa qoyurdular. Bu, mənə pis təsir edirdi. Elsun müəllimin hakimlik vaxtının bitdiyini bildikdən sonra şikayət etmək qərarına gəldim. Buna görə də korrupsiyaya ərizə yazdım. Mənə heç kim məsləhət verməyib”.

A.Bayramova deyib ki, ondan alınan 21 min manat Elsun Əhmədovun vəkili vasitəsi ilə geri qaytarılıb.

Burada diqqət çəkən məqam budur ki, sabiq hakim Elsun Əhmədov ifadəsində bu işlərin haradan qaynaqlandığına işarə edir, amma ad çəkmir. Aygül Bayramova da ondan soruşulmadığı halda “heç kimdən məsləhət almamışam” deyə izahat verir.

Bütün hallarda ortada fakt budur ki, rüşvət alınıb və sabiq hakim özü bunu etiraf edir.

Məhkəmədə məlum olub ki, A.Bayramova pulları verən zaman telefonla çəkilişlər aparıb. O, məhkəmə binasına gələn zaman özündə olan bir telefonu polis əməkdaşlarına verib. İkinci telefonu isə gizli şəkildə üzərində gizlədib. O, hakim köməkçisi Orxana məhkəmənin mətbəxində pul verən zaman çəkiliş edib. Sonra həmin görüntüləri disklərə köçürərək saxlayıb.

Belə şübhə yaranıb ki, A.Bayramova xüsusi avadanlıqla bu çəkilişi aparıb və ona bunu kimsə məsləhət görüb. Amma Bayramova bunu inkar edib. Telefonu necə və hansı formada çəkilişə hazır vəziyyətə gətirməsi haqda,- “şəxsi işimdir”,- deyərək, cavab vermək istəməyib. Maraqlısı budur ki, çəkiliş etdiyi telefon hazırda yoxdur. Bayramova telefonun sındığını və atdığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elsun Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilmişdi.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İsmayıllı İcra hakimiyyətində VARİS PLANI… – İLGİNC…
Next: Tanınmış ekspert həbs edildi

OXŞAR MÖVZULAR

ceyhun-salmanov
  • ARAŞDIRMA

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbər və əməkdaşları məhkəmədə ifadə verdi

admin 12.06.2026
rufet-seferov
  • ARAŞDIRMA

Rüfət Səfərova hökm oxundu

admin 12.06.2026
1781183114_25d469de73_001-1
  • ARAŞDIRMA

Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi – TƏFƏRRÜAT

admin 11.06.2026

XƏBƏR LENTİ

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır WhatsApp Image 2026-06-15 at 18.39.54
  • CƏMİYYƏT

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır

admin 15.06.2026
Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahanların keçirilməsi və qiymətləndirmə prosesi ilə bağlı narazılıqlar səngimək bilmir. Redaksiyamıza müraciət...
DAVAMI Read more about “3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır
“Kəpəz” qapıçısı ilə yolları ayırdı ea53bb00-d4ba-440f-8951-6d0a96f51bef (1)
  • İDMAN

“Kəpəz” qapıçısı ilə yolları ayırdı

admin 15.06.2026
“Kəpəz” futbol klubu qapıçısı Məmməd Hüseynovla yolları ayırıb. Teleqraf xəvər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat...
DAVAMI Read more about “Kəpəz” qapıçısı ilə yolları ayırdı
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir abs_iran
  • DÜNYA

ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir

admin 15.06.2026
İran nümayəndə heyəti ABŞ ilə memorandumun yekun imzalanmasından əvvəl Yaxın Şərqin bir sıra ölkələrinə səfər edəcək. Məlumata...
DAVAMI Read more about ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi whatsapp_image_2026-06-15_at_15.08.22
  • VİDEO

Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi

admin 15.06.2026
Nərimanov rayonunda doqquz kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.   Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin...
DAVAMI Read more about Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi
Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi NQbEjAh4584zwi0TMBned5Vce0XoOxywsZKOUUTQ_1200
  • DÜNYA

Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

admin 15.06.2026
Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin “qara rieltorlar” işi çərçivəsində saxlanılıb. Oxu.Az xəbər verir...
DAVAMI Read more about Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

Bütün yazılar

WhatsApp Image 2026-06-15 at 18.39.54
  • CƏMİYYƏT

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır

admin 15.06.2026
ea53bb00-d4ba-440f-8951-6d0a96f51bef (1)
  • İDMAN

“Kəpəz” qapıçısı ilə yolları ayırdı

admin 15.06.2026
abs_iran
  • DÜNYA

ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir

admin 15.06.2026
whatsapp_image_2026-06-15_at_15.08.22
  • VİDEO

Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi

admin 15.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.