Skip to content
15.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır
  • CƏMİYYƏT

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır

admin 15.06.2026
WhatsApp Image 2026-06-15 at 18.39.54

Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahanların keçirilməsi və qiymətləndirmə prosesi ilə bağlı narazılıqlar səngimək bilmir. Redaksiyamıza müraciət edən tələbələr imtahanlarda obyektivliyin və şəffaflığın təmin olunmadığını iddia edərək ciddi problemlərin yaşandığını bildirirlər.
Müraciətdə qeyd olunur ki, bəzi müəllimlər tanışlıq münasibətində olduqları tələbələrə imtahan zamanı köməklik göstərir, digər tələbələr isə daha sərt münasibətlə üzləşirlər. Tələbələrin sözlərinə görə, bir sıra hallarda 3-4 suala tam və düzgün cavab yazan tələbələr qeyri-müvəffəq hesab edilir, lakin daha az cavab təqdim edən bəzi tələbələr imtahandan keçə bilirlər.
Şikayətçilər xüsusilə Bağman korpusunda təhsil alan tələbələrə qarşı ayrı-seçkilik edildiyini iddia edirlər. Onların sözlərinə görə, əsas binada təhsil alan tələbələr üçün daha əlverişli şərait yaradılır, qiymətləndirmə zamanı isə fərqli yanaşmalar müşahidə olunur. Tələbələr bəzi müəllimlərin müəyyən tələbələrlə prinsip apardığını və bunun nəticəsində onların imtahanlardan kəsildiyini düşünürlər.
Narazılıq doğuran digər məsələ isə apellyasiya müraciətləri ilə bağlıdır. Tələbələrin bildirdiyinə görə, imtahan nəticələrindən narazı qalanlara apellyasiya komissiyasına müraciət etmələri tövsiyə olunur. Lakin verilən apellyasiya şikayətlərinin nəticələrinin vaxtında açıqlanmadığı, bəzi hallarda isə tələbələrin müraciətlərinə ümumiyyətlə cavab verilmədiyi iddia olunur.
Qeyd edək ki, Gəncə Dövlət Regional Kolleci son dövrlərdə müxtəlif iddialarla gündəmə gəlib. Bir müddət əvvəl kollecdə hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda yoxlamalar zamanı maliyyə və idarəetmə sahəsində müxtəlif qanun pozuntularının, eləcə də dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi araşdırmaların aparıldığı bildirilirdi.
Məlumatlara görə, yoxlamalar çərçivəsində bir sıra qanun pozuntularının və maliyyə uyğunsuzluqlarının aşkar edildiyi barədə xəbərlər yayılsa da, araşdırmaların yekun nəticələri bu günədək ictimaiyyətə açıqlanmayıb. Bu isə tələbələr və valideynlər arasında əlavə sualların yaranmasına səbəb olur.
Tələbələr hesab edirlər ki, kollecdə imtahan prosesinin tam şəffaf şəkildə təşkili, apellyasiya müraciətlərinin operativ araşdırılması və qiymətləndirmənin obyektiv aparılması üçün aidiyyəti qurumlar tərəfindən nəzarət gücləndirilməlidir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirir və Gəncə Dövlət Regional Kollecinin rəhbərliyinin, eləcə də aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı rəsmi açıqlamalarını dərc etməyə hazır olduğumuzu qeyd edirik.
Qeyd: Məqalədə yer alan məlumatlar redaksiyaya daxil olmuş müraciətlər və tələbələrin iddiaları əsasında hazırlanıb. İddiaların obyektiv araşdırılması aidiyyəti qurumların səlahiyyətindədir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Kəpəz” qapıçısı ilə yolları ayırdı

OXŞAR MÖVZULAR

1781512504_e1b7f28e8a_001
  • CƏMİYYƏT

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib – SƏBƏB NƏDİR?

admin 15.06.2026
1781458164_1
  • CƏMİYYƏT
  • VİDEO

“Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb” – Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR – VİDEO

admin 15.06.2026
1781499404_1
  • CƏMİYYƏT

Azəriqaz İB Həmkarlar Təşkilatı işçiləri belə ələ salıb… – VİDEO

admin 15.06.2026

XƏBƏR LENTİ

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır WhatsApp Image 2026-06-15 at 18.39.54
  • CƏMİYYƏT

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır

admin 15.06.2026
Gəncə Dövlət Regional Kollecində (GDRK) imtahanların keçirilməsi və qiymətləndirmə prosesi ilə bağlı narazılıqlar səngimək bilmir. Redaksiyamıza müraciət...
DAVAMI Read more about “3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır
“Kəpəz” qapıçısı ilə yolları ayırdı ea53bb00-d4ba-440f-8951-6d0a96f51bef (1)
  • İDMAN

“Kəpəz” qapıçısı ilə yolları ayırdı

admin 15.06.2026
“Kəpəz” futbol klubu qapıçısı Məmməd Hüseynovla yolları ayırıb. Teleqraf xəvər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat...
DAVAMI Read more about “Kəpəz” qapıçısı ilə yolları ayırdı
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir abs_iran
  • DÜNYA

ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir

admin 15.06.2026
İran nümayəndə heyəti ABŞ ilə memorandumun yekun imzalanmasından əvvəl Yaxın Şərqin bir sıra ölkələrinə səfər edəcək. Məlumata...
DAVAMI Read more about ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi whatsapp_image_2026-06-15_at_15.08.22
  • VİDEO

Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi

admin 15.06.2026
Nərimanov rayonunda doqquz kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.   Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin...
DAVAMI Read more about Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi
Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi NQbEjAh4584zwi0TMBned5Vce0XoOxywsZKOUUTQ_1200
  • DÜNYA

Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

admin 15.06.2026
Rusiyada qalmaqalları ilə tanınan azərbaycanlı vəkil Elman Paşayevin oğlu Elvin “qara rieltorlar” işi çərçivəsində saxlanılıb. Oxu.Az xəbər verir...
DAVAMI Read more about Azərbaycanlı vəkilin oğlu Rusiyada həbs edildi

Bütün yazılar

WhatsApp Image 2026-06-15 at 18.39.54
  • CƏMİYYƏT

“3 sual yazanı kəsirlər, 1 sual yazan keçir” – GDRK tələbələri narazıdır

admin 15.06.2026
ea53bb00-d4ba-440f-8951-6d0a96f51bef (1)
  • İDMAN

“Kəpəz” qapıçısı ilə yolları ayırdı

admin 15.06.2026
abs_iran
  • DÜNYA

ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir

admin 15.06.2026
whatsapp_image_2026-06-15_at_15.08.22
  • VİDEO

Nərimanovda əməliyyat: 42 yaşlı narkokuryer həbs edildi

admin 15.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.