Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi”: Ağadadaş Ağayevin məhkəməsində şahid ifadələri
  • ARAŞDIRMA

“Bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi”: Ağadadaş Ağayevin məhkəməsində şahid ifadələri

admin 23.01.2025
agadadasjpg-1737624555

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Soztv.Az “Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə son iki şahid ifadə verib.

Şahid Xuraman Abbasova bildirib ki, “Medera Hospital”da xadimə işləyir. Onun sözlərinə görə, hadisə baş verən gün işdə olub.

“Ağadadaş Ağayev nalayiq ifadələr işlədə-işlədə xəstəxanaya yaxınlaşırdı. Baltanı atmağının da şahidi oldum. Ağadadaş müəllim bayırdan baltanı atdı, Nəzakət xanıma dəydi. Həmin vaxt Nəzakət xanım bir az içəridə dayanmışdı”.

Ağadadaş Ağayevin vəkili Asim Abbasov şahidin ibtidai istintaqa və məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət olduğunu bildirib.

Şahidin ifadəsi Ağadadaş Ağayevi də hiddətləndirib. Belə ki, xalq artisti ona bir neçə sual ünvanlayıb: “Siz deyirsiniz balta birbaşa Nəzakət xanıma dəyib, amma yalan danışırsız. Əlimizdə videogörüntülər var, oradan məlumdur ki, balta birbaşa Nəzakət xanıma dəyməyib. Hüquq-mühafizə orqanları sizin ifadənizi araşdıracaq. Yalan danışdığınıza görə məsuliyyət daşıyırsız”.

Prosesdə şahid qismində ifadə verən “Medera Hospital”ın xəzinədarı Güldəstə Aşurlunun sözlərinə görə, həmin gün işə gələrkən Ağadadaş Ağayevin balta ilə arxasınca gəldiyinin şahidi olub:

“İçəri daxil olanda bir nəfərin nalayiq ifadələr işlədə-işlədə Nurəddinə yaxınlaşdığını gördüm, Ağadadaş Ağayev olduğunu bilmirdim. Onlar həm qarşılıqlı dava edir, həm də söyüş söyürdülər. Ağadadaş Ağayev baltanı atanda Nəzakət xanıma dəydi. Sonra Nurəddinin üzünün qanlı olduğunun və təcili yardıma yaxınlaşdığının şahidi oldum. Həmin vaxt təşviş içində idik, özümüzü müdafiə etmək üçün hadisə yerindən kənar dururduq. Ona görə də, hadisə tam yadımda qalmayıb”.

Təqsirləndirilən şəxsin vəkili Asim Abbasov bu şahidin də ibtidai istintaqa verdiyi və məhkəmədəki ifadəsi arasında ziddiyyətli məqamların olduğunu deyib. Şahid Güldəstə Aşurlu bunu hadisədən keçən müddətlə əlaqəndirib. O deyib ki, bir neçə ay keçdiyi üçün təfərrüatlar tam yadında qalmayıb.

Bununla da xalq artistinin cinayət işi üzrə şahid ifadələri yekunlaşıb. Belə ki, növbəti prosesdə sənədlər tədqiq olunacaq. Ağadadaş Ağayev barəsində cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclaslarda yekunlaşacağı da gözlənilir.

Məhkəmənin növbəti iclası yanvarın 30-da keçiriləcək.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı tərəflər barışıblar. Həmçinin Ağadadaş Ağayevin “Medera Hospital”a, eləcə də tibb mərkəzinin xalq artistinə qarşı qaldırdığı mülki iddiaya da xitam verilib.

Lakin həm Ağadadaş Ağayevin, həm də Nurəddin Cəlilovun barəsində açılan cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU – VİDEO
Next: Polis Abşeronda əməliyyat keçirdi, 11 nəfər saxlanıldı – VİDEO

OXŞAR MÖVZULAR

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026
94076e9e1f2713c67529c07b1322c710
  • ARAŞDIRMA

Pirverdiyevin adamı hakim qarşısında – 3 milyonluq iş

admin 14.07.2026

XƏBƏR LENTİ

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO 1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
Masallıda “Köhnə bazar” adlanan ərazidə 2023-cü ildə tikintiləri maneə olmasın deyə, əvvəlcə 3 dən çox ortadiametirli şam...
DAVAMI Read more about Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır? 1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
Peşə Təhsili sistemində uzun illərdir davam edən vəziyyət hələ də qalmaqdadır. Məsələn, peşə təhsili müəssisələrində müəllim və...
DAVAMI Read more about Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət 1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
“Azəriqaz” istehsalat birliyində ixtisarlar gözlənilir. Müvafiq bildirişlər artıq agentliyin bir çox departament və şöbələrinin, xüsusən də regionların...
DAVAMI Read more about “Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət
Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI 1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
“Optimal Elektronika” MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə...
DAVAMI Read more about Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR… 1784819686_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

admin 24.07.2026
QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmilərinin hər fürsətdə, keçirdikləri tədbirlərdə və media qarşısında dilə gətirdiyi “fəaliyyətimizdə şəffaflıq və...
DAVAMI Read more about QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? – İTTİHAM VAR…

Bütün yazılar

1784776641_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Ana Təbiətin NANKOR ÖVLADI: “Hacı Mazan” İŞ BAŞINDA! FOTO

admin 24.07.2026
1784823272_1
  • CƏMİYYƏT
  • GÜNDƏM

Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?

admin 24.07.2026
1784869668_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Azəriqaz” işçilərini ixtisar edir – Azər Məmmədovun məqsədi nədir? – Şikayət

admin 24.07.2026
1784826009_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Bu da axırı – İş adamının maşınlarına və mülklərinə QADAĞA QOYULDU – SİYAHI

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.