Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”… – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?
  • GÜNDƏM

MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”… – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?

admin 06.12.2024
1733492022_1
Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin əksəriyyəti az qala xəstəlik halını almış bir çox “özəlliklərə” malikdirlər. Buraya korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. aiddir. Ən yeni tariximizdə bütün bunlara bir də “müşavirbazlıq” əlavə olunub…

Hələ mərhum vergilər naziri Fazil Məmmədov vəzifədə ikən, yəni, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarında özünə 10-a yaxın müşavir təyin etmişdi. Hamısı yüksək maaş və “paket” alan həmin müşavirlərin bir neçəsi gerçək peşəkar olsa da, qalanları hansısa qohumluq, dostluq əlaqələri, yaxud kimlərinsə tapşırığı ilə işə götürülmüşdülər. Həmin vaxt mətbuat bu barədə yazandan sonra nazir müşavirlərinin sayını daha da artırmışdı…

İndi də F.Məmmədovun “torpağı sanı yaşayan” elə məmurlarımız var ki, bu ənənəni şövqlə davam etdirirlər. İki ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli özünə 4 yeni müşavir təyin edəndə də mətbuat “bir-iki ağız” danışıb dayandı. Həmin vaxt İ.Həbibbəyli 89 yaşlı akademik Telman Əliyevi süni intellekt(!), rəqəmsal inkişaf və innovasiya məsələləri(!), 85 yaşlı akademik Yaqub Mahmudovu ictimai elmlər, 78 yaşlı akademik Möhsün Nağısoylunu şərqşünaslıq məsələləri, 75 yaşlı akademik Adil Qəribovu isə yeni texnologiyalar(!) üzrə müşavir vəzifələrinə təyin etmişdi. AMEA-nın özünün bir qurum kimi effektivliyi, müasir tələblərə cavab vermə səviyyəsi böyük sual altında ikən bu cür yaşlı adamların öz yaşı da 75-i ötən İ.Həbibbəyliyə müşavir təyin edilməsi haqlı sual və narazılıqlar, həmçinin ironiya doğurmuşdu. Ancaq təbii ki, buna məhəl qoyan olmadı və hazırda həmin akademiklər yüksək müşavir maaşı almaqda, elmimiz isə onların sayəsində “sürətlə inkişaf etməkdədir”…

Bu günlərdə isə mətbuatda daha bir maraqlı müşavir təyinatına rast gəldik. Məlum oldu ki, VI çağırış Milli Məclisin deputatı olmuş Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.

İstər-istəməz sual yaranır ki, parlamentdəki təmsilçiliyi dövründə hansısa parlaq işi, təşəbbüsü, çıxışı və s. ilə yadda qalmayan, xüsusilə də əmək və sosial məsələlər sahəsində hər hansı bilik və bacarıqları, təcrübəsilə seçilməyən sabiq deputat nazirə hansı məsələlərdə müşavirlik edəcək, nəyin məsləhətini verəcək? Görəsən, bu xanım sosial sahədə nazir Babayevin bilmədiyi nəyi bilir?

Jalə Əhmədova “Alyans Konsaltinq” MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit kimi vəzifələrdə çalışıb. Sonra da deputat olub.

Yaxşı, bu vəzifələrin hansında toplanan təcrübə, bilik və bacarıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyacı var? Əgər söhbət hüquq məsləhətindən gedirsə, hər bir nazirliyin, o cümlədən də Babayevin başçılıq etdiyi nazirliyin hüquq şöbəsi və təcrübəli hüquqşünasları var. Belə olan halda, doğrudanmı nazirin hüquq üzrə müşavirə ehtiyacı var və bunun üçün yüksək maaşlı hüquq məsləhəti verən müşavir götürmək lazımdır?

Yeri gəlmişkən, sabiq deputat J.Əhmədovanın özü azsaylı müsahibələrinin birində öz hüquq təhsili və deputat fəaliyyəti barədə danışıb. Deputatlıq fəaliyyəti barədə danışan Əhmədova deyib: “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam… Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm”.

Təhsilə gəlincə, məlum olub ki, bu xanım da bəzi digər deputatlar və məmurlar kimi vaxtilə ABU-nu, yəni, Elşad Abdullayevin saxtakarlıq, rüşvət yuvası olan Azərbaycan Beynəlxalq Universitetini bitirib.

Əhmədova özü bu barədə müsahibəsində deyib: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim… Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”.

İndi bu xanım əmək nazirinə müşavirlik edəcək, dövlət qulluqçusu statusu və yüksək maaş alacaq. Əvəzində, minlərlə təhsilli, enerjili, savadlı gənclərimiz işsizdir. Onlar bu cür nazirliklərdə işə düzəlmək üçün min bir əzabdan keçirlər, universitet, magistratura bitirəndən sonra əlavə olaraq, bir də DİM imtahanı verirlər. Lakin bu imtahanlarda yüksək ballar toplamaları belə onların işlə təmin olunacağı anlamına gəlmir. DİM imtahanından keçsələr də, işə qəbul müsahibələrində əksər hallarda nazirliklər “öz adamılarını” keçirirlər. Digərləri isə aylarla, illərlə iş üçün gözləməli olur və bezib ölkədən gedirlər.

Ancaq nə olsun? Bu cür problemlər heç kimi, xüsusi də məmurları, nazirləri qətiyyən maraqlandırmır. Onlar hələ özlərinə müşavir, köməkçi, sürücü, katibə seçməkdədirlər…(“AzPolitika.info”)

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: `Bank of Baku` vətəndaşları belə ALDADIR… – Şirnikləndirici vədlərlə vətəndaşlara kart verib…
Next: Orta məktəbdə biabırçılıq: Divarlara söyüş yazılıb, şagirdlərin çoxu dərsə getmir – BU NƏDİ BELƏ?..

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.