Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Orta məktəbdə biabırçılıq: Divarlara söyüş yazılıb, şagirdlərin çoxu dərsə getmir – BU NƏDİ BELƏ?..
  • CƏMİYYƏT

Orta məktəbdə biabırçılıq: Divarlara söyüş yazılıb, şagirdlərin çoxu dərsə getmir – BU NƏDİ BELƏ?..

admin 06.12.2024
1733491446_1
Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində acınacaqlı vəziyyət yaranıb.

Bu barədə TNS-ə məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Şikayətçilər bildiriblər ki, məktəbin binasındakı şərait tədrisin təşkilinə imkan vermir.

Valideynlər deyib ki, məktəbin sinif otaqlarının divarları naməlum şəxslər tərəfindən yazılıb: “Divarlara nalayiq ifadələr, söyüşlər yazılıb. Otaqlarda biabırçı vəziyyət yaranıb. Şagird qızlar otaqlara daxil olmaq istəmirlər. Valideynlərin şikayətindən sonra divarlardakı söyüşlər silinib. O vaxta qədər bu məsələ ilə məktəb rəhbərliyi maraqlanmırdı”.

Valideynlərin sözlərinə görə, məktəbin dam örtüyü illərdir, yararsız vəziyyətdədir: “Yağış yağanda sinif otaqlarının hamısı suyun altında qalır. Artıq 10 gündür, şagirdlərin çoxu dərsə getmir. Uşaqların çoxu xəstələnib, müalicə alır. Səsimizi eşidən yoxdur. Dəfələrlə məktəb rəhbərliyinə müraciət etsək də, heç bir tədbir görülmür. Məktəbin direktor müavini məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərinə atır. Bildirirlər ki, guya dəfələrlə bu barədə məlumat versələr də, nazirlik heç bir tədbir görmür. Biz də çarəsizlikdən uşaqlarımızı məktəbə buraxmırıq”.

Əməkdaşımız məktəbin rəhbərliyi ilə əlaqə saxlayıb.

Məktəbin direktor müavini Gülnar Əhmədova TNS-ə açıqlamasında biabırçı vəziyyətə haqq qazandırıb.

Direktor müavini bildirib ki, belə hallar bütün məktəblərdə var: “Nazirliyin nümayəndəsi gəlib, məktəbi yoxlayıb, hansı problemlərin olduğunu bilirik. Biz də cari təmirin nə vaxt olacağını gözləyirik. Valideynlər özləri də məktəbin şəraitini görür. Əlimizdə olan şəraitə uyğun olaraq, çalışdığımız qədər məktəbdə tədrisi davam etdirməyə çalışırıq. Uşaqların təhsili ilə bağlı hər hansı problem yoxdur. Sadəcə otaqlarda, dam örtüyündə problemlər var. Belə hallara bütün məktəblərdə rast gəlinir”.

Direktor müavini sözünü qurtarmamış məktəb direktoru dəstəyi alaraq, əməkdaşımızı təhdid edib. Özünü məktəbin direktoru Elnurə Vəliyeva kimi təqdim edən xanım bildirib ki, jurnalistlər ondan açıqlama almaq şərəfinə nail ola bilməzlər: “Sizin bizimlə sorğu aparmaq üçün icazəniz varmı? Gedin Rəşid Məciddən (adını belə doğru bilmir – red.) icazə alın, sonra gəlin danışaq. Bizim məktəbimizdə olan budur. Məktəbimizdə uşaqların tərbiyəsi də qənaətbəxşdir. Siz kimsiniz ki, bu məsələni aydınlaşdırmağa çalışırsınız. Heç bir jurnalist icazə almadan bizdən açıqlama ala bilməz”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”… – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?
Next: “Ankara Medik LAB” klinikası qanunsuz fəaliyyət göstərməkdə israr edir – TƏFƏRRÜAT

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.