Skip to content
13.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət
  • GÜNDƏM

“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət

admin 22.11.2024
1732258316_1
Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən və münaqişədən sonra ilk dəfə olaraq “Dağlıq Qarabağ”a diqqət yetirən yeni hesabat yayması barədə xəbər vermişdik.

Ermənipərəst Qərb siyasi dairələrinin maraqlarına uyğun şəkildə hazırlanmış sənəd Azərbaycana qarşı böhtanlardan və saxta ittihamlardan ibarətdir. Bu hesabatın nə qədər qeyri-ciddi olduğunu isbat etmək üçün Avropa Şurasının “qiymətləndirməsi”nə nəzər salmaq lazımdır.

Sənəddə qeyd edilir ki, Azərbaycan multikulturalizmə sadiq olduğunu iddia etsə də, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması milli azlıqların hüquqlarının həyata keçirilməsinə mane olur. Avropa Şurasının bu iddiası Qərbin növbəti dəfə söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi şüarlardan istifadə edərək erməni separatçılarını himayə etmək niyyətindən xəbər verir.

Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi eyni məzmunlu qətnamənin Avropa Şurasında qəbulu Qərbin məqsədinin demokratiya adı altında Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq, xalqlar arasında sülhə mane olmaq istəyindən xəbər verir.

Azərbaycan XİN də rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsinə, rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməməsinə, komitənin verilən mandatdan kənara çıxdığına etiraz edib.

Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi şərhçi İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurasının Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyası bundan öncə də dəfələrlə olub. Hazırda isə bu, postmünaqişə reallıqlarında Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi kontekstində daha aydın şəkildə görünməkdədir: “Eyni zamanda qeyd etmək lazımdır ki, “Dağlıq Qarabağ” ifadəsinin yazılması da yolverilməzdir və Azərbaycana qarşıdır. Azərbaycanda bu adda ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur. Həmçinin müşahidə etdiyimiz hal bundan ibarətdir ki, söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi qulağa xoş gələn və uzun illər ərzində prinsiplər kimi formalaşmış bu anlayışlar ayrı-ayrı dövlətlərə qarşı istifadə olunur və qərəzli xarakter daşıyır. Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər qrupuna bu qərəzli yanaşmaların tətbiq olunduğunun şahidiyik. Bu da ikili standartların, qərəzliliyin nümayişidir. Azərbaycan dünyada ən tolerant və multikultural dəyərlərə sadiq ölkədir. Azərbaycanda müxtəlif etnik, milli, dini konfessiyalar çox mehriban harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yaşayan bütün millətlərə bərabər vətəndaşlıq statusu tanınır, heç bir milli, dini ayrı-seçkilikdən söhbət gedə bilməz. Bütün bu faktların mövcudluğu şəraitində Azərbaycana qarşı Avropa Şurasından milli, dini azlıqların hüquqlarının pozulduğu ittihamının irəli sürülməsi tamamilə absurddur. Ona görə də Azərbaycana qarşı irəli sürülən bu iddia fiaskoya uğramağa məcburdur. Azərbaycanın ən güclü olduğu tərəfindən Azərbaycana böhtanın atılması onu göstərir ki, reallıq hissini itirmiş Avropa Şurasındakı qüvvələr siyasi sifarişlə hərəkət edirlər. Yoxsa özlərini bu qədər gülünc vəziyyətə salan iddia ilə çıxış etməzdilər. Hansısa geopolitik mərkəzlərin uzun illər ərzində arzu və planlarından biri Azərbaycanda milli, dini zəmində gərginliklər yaranması olub. Görünür ki, indi də bu istəklərindən əl çəkməyiblər. Ancaq Azərbaycanın mükəmməl tolerant, multikultural ölkə olması həmin çirkin planların heç zaman həyata keçməsinə imkan verməyib və bundan sonra da imkan verməyəcək. Ölkəmizin vətəndaşı olan hər bir şəxs milli və dini mənsubiyyətindən asılı olmayaraq tam hüquqlu vətəndaşlardır. Bu reallıqdır və görünür ki, Avropa Şurasındakı qüvvələr Azərbaycanın bu üstünlüyündən narahatdırlar”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Naxçıvandakı həbsə İLGİNC REAKSİYA – Vasif Talıbovun kadrı imiş…
Next: Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR – Sirləri açdı!

OXŞAR MÖVZULAR

1781323337_1
  • GÜNDƏM

Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi: Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı

admin 13.06.2026
1781323518_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama – Mirələm Cəlalovu nə gözləyir?

admin 13.06.2026
1781332164_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ceylan MMC -nin daha bir qurbanı:: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı?-İDDİA/VİDEO

admin 13.06.2026

XƏBƏR LENTİ

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR… 1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
Paytaxtın Nəsimi rayonunda qanunsuz hərəkərlər edən məmurlarla bağlı yerli sakinlərin narazı düşdüyü deyilir. Rayonda qanunsuz tikintilərə və...
DAVAMI Read more about Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…
İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR 1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən “Ana-bala” parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək....
DAVAMI Read more about İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR
Azərbaycan nefti ucuzlaşıb 1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,35 ABŞ...
DAVAMI Read more about Azərbaycan nefti ucuzlaşıb
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var 1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var. Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi...
DAVAMI Read more about “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR… 1781336659_screenshot_20260613_113202_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • VİDEO

İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

admin 13.06.2026
İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar: Məhkəmə qərarı, işdən çıxarmalar və diplom məsələsi gündəmdə İmişli rayonu...
DAVAMI Read more about İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

Bütün yazılar

1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.