Skip to content
25.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR – Sirləri açdı!
  • GÜNDƏM

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR – Sirləri açdı!

admin 22.11.2024
1732258218_1
Yeni Azərbaycan Partiyasının 32-ci ildönümündə “91-lər”in nümayəndəsi Şahlar Əsgərov PA-nın sabiq rəhbərini ittiham etdi.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət ziyalı qrupu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini və ətrafında birləşdiklərini elan etmişdi. 24 oktyabr 1992-ci ildə Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdi.

21 noyabr 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi. Heydər Əliyevə müraciət edən ziyalılar qrupu partiyanın tarixinə “91-lər” olaraq düşüb.

Modern.az saytı Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü ərəfəsində “91-lər”in nümayəndəsi, eks-deputat Şahlar Əsgərovla həmsöhbət olub.

Şahlar Əsgərov bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zərurətdən yaranıb: “O zaman Azərbaycanın qarşısında böyük problemlər vardı. Nəticədə ziyalılardan ibarət bir partiyanın qurulmasına zərurət yarandı. 91 nəfər ziyalı Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş “91-lər”in 6 nəfəri akademikdir, aralarında onlarla professor var”.

1992-ci ilin 16 oktyabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalı məktub hazırlayarkən bəzi şəxslər ora imza atmaq istəməyiblər. Məlumatlara görə, Heydər Əliyevə müraciət edən “91-lər”ə qoşulmaq istəməyənlər arasında akademik Ramiz Mehdiyev də olub.

Şahlar Əsgərov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin “91-lər”ə münasibətindən danışıb. Deyib ki, məhz onun sayəsində vaxtilə “91-lər” YAP-dan incik salınıb və tədricən uzaqlaşdırılıb: “Ümummilli lider Heydər Əliyev onlardan “sizin adınız niyə “91-lər” arasında yoxdur?” soruşanda deyirdilər ki, “cənab Prezident, sizi xalq çağırdı, biz də xalqın bir üzvüyük”. Amma bu fikir elmə ziddir. Xalq kütlədir, kütlə isə yaradıcı deyil. Yaradıcı olan fərdlərdir. “91-lər” yaradıcıdır, onlar Heydər Əliyevi çağırdılar. 1987-ci ildən 1991-ci ilə qədər Heydər Əliyev tənqid ediləndə xalq onu müdafiə etmədi. Deməli, ortada olan fərdlərdir. Amma onlar deyirdilər ki, “xalq sizi çağırdı, biz onların üzvləriyik”. Əlbəttə, Ziya Bünyadovun, Xəlil Rza Ulutürkün arxasında xalq dururdu, akademiklərin, professorların arasında xalq var idi. Amma xalq yaradıcı deyil. Xalqın beynində ideyanı əkməlisən, onu əkməsən bitməz. İdeyanı xalq yox, onun fərdləri yaradır və xalq xoşbəxt olur”.

Ş.Əsgərovun sözlərinə görə, bu gün “91-lər”lə Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında görüşün təşkilinə ehtiyac var: “O dövrdə Heydər Əliyev Naxçıvanda yaşayırdı və Bakıya gəlməsinə bir növ qadağa qoyulmuşdu. Böyük dövlətlər bilirdilər ki, Heydər Əliyev Bakıda yaşasa, Azərbaycan tam müstəqil olacaq və nefti ələ keçirə bilməyəcəklər. Ona görə də Heydər Əliyevin Bakıda yaşamasına mane olurdular. Bu səbəbdən YAP Naxçıvanda təsis olundu. Heydər Əliyevə yazılan məktub belə adlanırdı: “Azərbaycan sizin sözünüzü gözləyir”. Bu məktub Ulu öndərin Bakıya dəvəti idi. Onun Bakıya gəlməsi böyük qüvvələrin arzularını ürəyində qoydu. Heydər Əliyevə qoyulmuş o qadağanı “91-lər” götürdü. Ulu öndərə çox yaxın olan adamlardan eşitdiyim sözü deyim, Heydər Əliyev “91-lər”in siyahısına baxanda Kommunist Partiyası dövründə vəzifə verdiyi adamların adını görməmişdi.

“91-lər” Heydər Əliyevi təmənnasız müdafiə ediblər. “91-lər”in fəaliyyətinin təməlində təmənnasızlıq durur. Bunu Prezident İlham Əliyev də bildirib. Onlar Azərbaycanın taleyini düşünüb yola çıxdığına görə gənclərlə görüş əhəmiyyətlidir”.

Şahlar Əsgərov gənc YAP-çılara tövsiyə edib ki, Vətəni nəyinsə xatirinə sevmək lazım deyil: “Vətəni vəzifə xətrinə sevən yaxşı vətəndaş deyil. Vətən minnətsiz sevilməlidir, “91-lər”in arasında oliqarx yoxdur. Onlar Heydər Əliyevi özləri üçün yox, Vətən üçün çağırdılar. Vətəni sevmək lazımdır, bu sevgi həqiqi olmalıdır. Bu sevgi neft xatirinə, vəzifə xatirinə olmamalıdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət
Next: “NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ…” – Sabiq deputat sensasiyalı faktları açıqladı

OXŞAR MÖVZULAR

1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
1784880353_tia_dce82b303f3425159e3e7fe6740f29c1_nrh0sui1bpgvfcyaw38m
  • CƏMİYYƏT
  • GÜNDƏM

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

admin 24.07.2026
1784879475_screenshot-2026-07-24-114926
  • GÜNDƏM
  • SİYASƏT

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

admin 24.07.2026

XƏBƏR LENTİ

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi...
DAVAMI Read more about Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO
“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub 1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin...
DAVAMI Read more about “Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
İran Küveyt və Bəhreyni vurdu 1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib.  Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)...
DAVAMI Read more about İran Küveyt və Bəhreyni vurdu
“Azza”dan alınan məhsul xarab çıxdı – Video 1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
“Azza” şirniyyat evinin filiallarından birində vaxtı keçməmiş, lakin xarab olduğu iddia edilən məhsulun satıldığı bildirilir. Bu barədə...
DAVAMI Read more about “Azza”dan alınan məhsul xarab çıxdı – Video
Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO 1784894487_bandicam-2026-07-24-15-33-41-699
  • CƏMİYYƏT

Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

admin 24.07.2026
Dövlətin vətəndaşlara pulsuz, şəffaf və rahat tibbi xidmət vəd etdiyi İcbari Tibbi Sığorta sisteminin arxasında qanunsuz bir...
DAVAMI Read more about Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO

Bütün yazılar

whatsapp_image_2026-07-24_at_17.58.37
  • HADİSƏ
  • VİDEO

Şəmkirdə ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verdi – VİDEO

admin 24.07.2026
1784901853_screenshot-2026-07-24-180133
  • DÜNYA

“Dawn”: Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub

admin 24.07.2026
1784902239_screenshot-2026-07-24-180924 (1)
  • DÜNYA

İran Küveyt və Bəhreyni vurdu

admin 24.07.2026
1784892709_tia_7fdc1a630c238af0815181f9faa190f5_vc86nbmue73fpx2gl4kw
  • CƏMİYYƏT

“Azza”dan alınan məhsul xarab çıxdı – Video

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.