Skip to content
13.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi: Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
  • GÜNDƏM

Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi: Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı

admin 13.06.2026
1781323337_1
Bu gün Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə məşhur plastik cərrah Rəşad Babayevin Səhiyyə Nazirliyinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib.
Cərrah sertifikatının ləğvinin ədalətsizlik olduğunu düşünür və nazirliyin əmrinin ona aid hissəsinin ləğvini istəyir.
Bakupost.az -ın əməkdaşı məhkəmə iclasında iştirak edə və həkimin vəkillərindən müsahibə ala bilməsə də, prosesdən sonra Rəşad Babayevdən açıqlama almağa müvəffəq olub.
Həkim son vaxtlar sosial şəbəkələr vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə etdiyi müraciətin səbəblərinə də münasibət bildirib.
Rəşad Babayev qeyd edib ki, müraciətinin məqsədi məhkəmə prosesinin obyektiv və şəffaf şəkildə aparılmasına diqqət çəkmək olub.
O bildirib ki, həkimlərin ixtisas seçməsi könüllüdür. Ancaq buna rəğmən Səhiyyə Nazirliyi tərəfindən plastik cərrahiyyə üzrə dosent kimi işlədiyi təhsil müəssisəsinə – Həkimlərin Təkmilləşdirmə İnstitutuna bir neçə dəfə onun ümumi cərrah kimi sertifikasiya imtahanına göndərilməsi ilə bağlı göstəriş verilib. R.Babayev bildirib ki, bununla bağlı nazirliyə ünvanladığı etiraz məktublarının nəzərə alınmadığını düşünür.
Həkim hesab edir ki, sözügedən addımlar onun plastik cərrah kimi fəaliyyətini məhdudlaşdırmağa yönəlib və məhkəmə çəkişməsindən geri çəkilməsi üçün təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
Rəşad Babayev hazırda plastik və rekonstruktiv cərrahiyyə sahəsində fəaliyyət göstərdiyini və məhkəmə vasitəsilə hüquqlarının bərpasına çalışdığını bildirib.
Bugünkü məhkəmə prosesinin gedişi barədə danışan Rəşad Babayev qeyd edib ki, məhkəmə hazırlıq iclasını başa çatdıraraq işin mahiyyəti üzrə baxış mərhələsinə keçib.
Onun sözlərinə görə, əvvəlki iclasda məhkəmə tərəfindən Səhiyyə Nazirliyinə iddia ərizəsinə əlavə edilmiş fakt və arqumentlərə münasibət bildirmək üçün vaxt verilsə də, nazirliyin nümayəndəsi növbəti iclasda iştirak etməyib. Babayev bunu cavabdeh tərəfin irəli sürülmüş fakt və dəlillərə münasibət bildirməkdən yayınması kimi qiymətləndirdiyini bildirib.
Məhkəmə prosesində səsləndirilən məlumatlar və tərəflərin mövqeləri araşdırılmaqda davam edir. İş üzrə növbəti məhkəmə iclası 3 iyul 2026-cı il tarixinə təyin olunub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama – Mirələm Cəlalovu nə gözləyir?
Next: Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR – Başçı isə…

OXŞAR MÖVZULAR

1781323518_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Təcili Tibbi Yardım Mərkəzində sistemli yoxlama – Mirələm Cəlalovu nə gözləyir?

admin 13.06.2026
1781332164_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Ceylan MMC -nin daha bir qurbanı:: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı?-İDDİA/VİDEO

admin 13.06.2026
1781251629_1
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Müsavat hökumətlə dostcasına razılaşdı – TƏFƏRRÜAT

admin 12.06.2026

XƏBƏR LENTİ

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR… 1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
Paytaxtın Nəsimi rayonunda qanunsuz hərəkərlər edən məmurlarla bağlı yerli sakinlərin narazı düşdüyü deyilir. Rayonda qanunsuz tikintilərə və...
DAVAMI Read more about Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…
İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR 1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində illərdir təmir olunacağı gözlənilən “Ana-bala” parkının ərazisində iki hündürmərtəbəli bina tikiləcək....
DAVAMI Read more about İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR
Azərbaycan nefti ucuzlaşıb 1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,35 ABŞ...
DAVAMI Read more about Azərbaycan nefti ucuzlaşıb
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var 1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var. Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi...
DAVAMI Read more about “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR… 1781336659_screenshot_20260613_113202_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • VİDEO

İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

admin 13.06.2026
İmişli məktəbinin direktoru ilə bağlı ciddi iddialar: Məhkəmə qərarı, işdən çıxarmalar və diplom məsələsi gündəmdə İmişli rayonu...
DAVAMI Read more about İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI… – İTTİHAM VAR…

Bütün yazılar

1781332798_screenshot_20260613_103728_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT

Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. – İLGİNC İDDİALAR…

admin 13.06.2026
1781360125_screenshot_20260613_175555_com_android_chrome_chrometabbedactivity
  • CƏMİYYƏT
  • ÖLKƏ

İcra başçısı “Ana-bala” parkını SATDI: sakinlər narazıdır… – FOTOLAR

admin 13.06.2026
1781332013_screenshot_20260613_102031_com_android_chrome_chrometabbedactivity
  • İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

admin 13.06.2026
1781348889_screenshot-2026-06-13-150552
  • CƏMİYYƏT

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

admin 13.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.