Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
  • GÜNDƏM

Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir

admin 20.11.2024
1732047532_1732046543_0f18ac3f-b9a4-4198-a518-6d05351b38a9

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Soztv.az xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd edilir.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhəri və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri erməni işğalçılar tərəfindən dağıdılıb və ya yerlə bir edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.

Haqq savaşımızın 44-cü günündə, noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzalayıblar. Bəyanatın bir bəndi Ağdamın noyabrın 20-dək işğalçılardan azad olunması ilə bağlı idi.

2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

İlham Əliyev Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu – QALMAQAL
Next: Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
1784180249_screenshot-2026-07-16-093549
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Beyləqanda pambıq “pripiska”sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.