Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”
  • CƏMİYYƏT

Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”

admin 20.11.2024
1732098460_497c919b-02da-34e0-b003-d69a487a76c2_850 (1)

Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir.

Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində “yaşıl nəqliyyat” siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib:

“Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına ciddi ehtiyac var. Bu istiqamətdə Azərbaycan qətiyyətlə irəliləyir”.

R.Nəbiyev Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə öhdəliklərindən bəhs edərək bildirib ki, ölkə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəfləyib. Onun sözlərinə görə, bu məqsədlə Bakı şəhəri üçün Mobillik Transformasiya Proqramı hazırlanıb:

“Bu proqram çərçivəsində hər bir aktiv mobil vətəndaş üçün iqlim və yol hərəkəti ilə bağlı emissiyaların 2030-cu ilə qədər 0,6 metrik ton CO2 səviyyəsinə qədər azaldılması planlaşdırılır. Ən müasir texnologiyaları və insan mərkəzli yanaşmanı birləşdirərək Azərbaycan daha “yaşıl” və daha bağlı gələcəyə doğru irəliləyir”.

Nazir proqram çərçivəsində görülən konkret tədbirlər haqqında da məlumat verib: “Mikromobillik üçün 100 kilometr uzunluğunda infrastrukturun yaradılması nəzərdə tutulur və artıq bunun 30 kilometrdən çoxu istifadəyə verilib. İctimai nəqliyyatın əhatə dairəsinin əhalinin 90 %-nə çatdırılması əsas prioritetlərdəndir”.

O bildirib ki, elektrik avtobus parkının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb: “Son dövrdə parka 160 elektrik avtobusu əlavə edilib və 2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”.

R.Nəbiyev nəqliyyat sahəsində innovasiyaların tətbiqinə xüsusi diqqət yetirildiyini də vurğulayıb: “Qısa müddət ərzində Bakının “rəqəmsal əkizini” yaratmağa nail olmuşuq. Bu rəqəmsal platforma bütün fəaliyyətlərimizdə məlumat əsaslı qərarların daha effektiv şəkildə qəbul edilməsinə imkan yaradır”.

Azərbaycanın bu təşəbbüsləri, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı nəqliyyat sistemi qurulması istiqamətində qlobal səviyyədə nümunəvi addımlardır, nazir bildirib.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
Next: Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ

OXŞAR MÖVZULAR

1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026
media-20b2cbbf-8335-4146-b7a6-192330ddbc3c-wu3xb8
  • CƏMİYYƏT
  • VİDEO

Bloklanmış “Instagram” hesabının bərpası ətrafında qalmaqal: Vətəndaşdan saxta qəbz iddiası – VİDEO

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.