Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • YENİ AZƏRBAYCAN PARTİYASI ANARXİYA VƏ HƏRC-MƏRCLİYİN TUĞYAN ETDİYİ DÖVRDƏ YARANAN PARTİYADIR.
  • BAXIŞ BUCAĞI

YENİ AZƏRBAYCAN PARTİYASI ANARXİYA VƏ HƏRC-MƏRCLİYİN TUĞYAN ETDİYİ DÖVRDƏ YARANAN PARTİYADIR.

admin 19.11.2024
masallı

Yeni Azərbaycan Partiyası yeni amal üçün həyatın keşməkeşli yoluna qədəm qoydu.

Azərbaycan bir qrup siyasi nadanlarının əlində dünya xəritəsindən silinmək üzrə idi. Azərbaycan adlı bir olkəni tarıxə qovuşdurmaq istəyənlər şimaldan SADVALA, qərbdən erməni şovinizminə, özünü qəhrəman sayan Surət Hüseynov, cənubdan “Talış-Muğan respublikası” yaratmaq istəyən Əlikram Hümmətov kimilərinə dəstək verirdilər. Belə bir şəraitdə xalq yollar ayrıcında qalmışdır. Ölkənin vətənpərvər ziyalıların artıq mənəvi cəhətdən məhv edirdilər. Azərbaycanı bu ölümdən qurtarmaq üçün həddindən ziyada təcrübəli və mübariz rəhbərə etiyac var idi.

Zamanın tələbindən yaranan yeni siyasi təşkilatda vətənpərvər ziyalıların müdrik rəhbər ətrafında birləşməyi vacib idilər.

16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, – deyə Ulu Öndər diqqətə çatdırmışdı. 24 oktyabr 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi

olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat Yeni Azərbaycan

Partiyası yarandı.

1992-ci ilin noyabr ayının 21-də ayazlı-şaxtalı bir  gündə Naxçivan şəhərində əsas Azərbaycandan 40 nəfər olmaqla 550 nəfərlik yığıncaqda  Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Fəxrlə deyə bilərəm ki, Masallı rayonundan, müracət edən 91-lərin sırasında Əziz Axundov, təsis konfransında əsas Azərbaycandan iştirak edənlərin sırasında Şirvan Əbilov da var idi. Cənub regionunda H. Əliyevin təbliği və Yeni Azərbaycan Partiyasının yaranmasında  Şırvan Əbilovun danılmaz və misilsiz xidmətləri vardır. Masallı rayonunda Qardaş Fətullayev, Həsənağa Əliyev,Camaləddin Ağayev,Fizuli Fətullayev, Mərhum Sərraf Nurəliyev, mərhum Atabala Hacıyev, mərhum Ələm İbadullayev, mərhumTəvəkkül Mirzəyev  Şirvan Əbilovun ətrafında təssübkeş kimi birləşərək hətta cənub regionunda fəaliyyətə başladıq.

Mən də bir gənc olaraq onlarla bir sırada Ulu Öndərin zəkasının nur saçdığı yolda addımlayırdım. O vaxtlar 26 yaşlı bir gəncin  Ulu Öndərin zəkasının nuru istiqamətinə addımlamaq çox təəccüblü və təhlükəli məqam idi. Onu da qeyd edim ki, həmin ağır günlərdə H. Əliyevin adını tutmaq yaşından asılı olmayaraq təqiblərə məruz qalmaq deməkdir.  Ümummilli  liderə inamımız bizi bu yolda qətiyyətli addımlar atmaqdan çəkindirmirdi. Vətənpərvər bir gənc kimi bu yolda addımlamağı özümə fəxr bilirdim. Bu günki günə inamımız  sonsuz idi.

Masallı rayonunda 9 nəfər təssübkeşlə cənub regionunda YAP-nın yaradılmasında çox fəal idik. AXC-Müsavat hakimiyyətinin ölüm saçan təqibləri gələcəyə olan inamımızı sarsıda bilmədi. O biri tərəfdən

  1. Əliyevçiləri Əlikram Hümmətovun dəstəsi təqib edirdi.

Partiya sədri Heydər Əliyev 4 iyun Gəncə qiyamından sonra Bakıya dəvət olunduğu üçün 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi. O, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Belə nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki biliyi,  fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xüsusi yeri vardır.

Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

Ümummilli Lider dövlət rəhbəri olduğu dövrdə tale yüklü  məsələlərin həllinə imza atmışdı. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.[

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.     2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən təsdiqlənmişdir. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunmuş, idmanda böyük uğurlar əldə edilmişdir.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

    Əfrail Fərziyev

               YAP veteranı

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bərdədə QOÇULUQ EDƏN KİMDİR? – İDDİA
Next: IDEA və ICESKO arasında niyyət protokolu imzalanıb

OXŞAR MÖVZULAR

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
1780661934_screenshot-2026-06-05-161752
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr… – Ali Məhkəməyə üz tutdu

admin 05.06.2026
media-psamir2025-04-10-21-04-57-1h5rsx-895x640
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT

Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və… – Bakının qanunsuzluq qarşısında susqunluğu…

admin 05.06.2026

XƏBƏR LENTİ

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
Bir müddətdir Azərbaycan mediasının gündəmindən düşməyən hədə-qorxu ilə tələb etmə və şantaj iddiaları ilə bağlı İfadə Cəfərzadə...
DAVAMI Read more about Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi
Bakıxanovda yaşayış binasında yanğın söndürüldü yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında...
DAVAMI Read more about Bakıxanovda yaşayış binasında yanğın söndürüldü
Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
Macarıstan hökuməti bu gündən etibarən Filippin, Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırıb. O bildirib ki,...
DAVAMI Read more about Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı
Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var 1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində içərisində səkkiz sərnişinin olduğu qayıq Ob çayında aşıb. Bu barədə İstintaq Komitəsinin...
DAVAMI Read more about Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT 1780669202_d1bf69195e_001
  • ÖLKƏ

Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

admin 05.06.2026
Ağdam rayon Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində yolların əsaslı təmiri üçün tender elan olunub. “Real Azərbaycan” bildirir...
DAVAMI Read more about Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır – TƏFƏRRÜAT

Bütün yazılar

img-20260607-wa0007
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Şantaj və hədə-qorxu iddiaları ilə gündəmə gələn İfadə Cəfərzadə və Pərvin Abışova ilə bağlı yeni açıqlamalar verildi

admin 07.06.2026
yanqin
  • HADİSƏ

Bakıxanovda yaşayış binasında yanğın söndürüldü

admin 05.06.2026
hungarian_flag_economy_hucon_final-scaled
  • DÜNYA

Macarıstan Gürcüstan və Ermənistan vətəndaşlarına iş vizalarının verilməsini dayandırdı

admin 05.06.2026
1780668747_screenshot-2026-06-05-180827
  • DÜNYA

Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var

admin 05.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.