Skip to content
23.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Keçmiş deputatlığa namizəd təşkilatının qeydiyyata alınmamasına ETİRAZ EDİR – “Dedilər ki, bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır…”
  • CƏMİYYƏT
  • GÜNDƏM

Keçmiş deputatlığa namizəd təşkilatının qeydiyyata alınmamasına ETİRAZ EDİR – “Dedilər ki, bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır…”

admin 13.11.2024
1731433215_1
VI, VII çağırış deputatlığa namizəd İsmayılov Rahib Vəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik:

“Mən, İsmayılov Rahib Vəli oğlu, ali təhsilliyəm, gənc yaşlardan müxtəlif vəzifələrdə işləmişəm. Milli Məclisə VI, VII çağırış deputatlığa namizəd olmuşam.

2015-ci ildə Kiçik və Orta Sahibkarlıq İşçilərininin Həmkarlar İttifaqı Birliyinin sədri işləyirdim. Lakin təşkilatım başqa bir təşkilatın tərkibində idi. İstədim ki, müstəqil Nizamnaməsi olsun və dövlət qeydiyyatına alınsın. Elə qara günlərim də o zamandan başladı.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə müraciət etdik. Bu 9 il ərzində başıma gələnləri yazsam 600 səhifəlik kitab alınar. Qısaca onu deyim ki, qanunvericiliyə uyğun olaraq sənədlərimi 2 ay saxlayaraq, şablon cümlələrlə heç bir nöqsanımız olmadan cavab verilirdi. Hər dəfə zəng edəndə telefon dəstəyini qaldıraraq icracılar deməyə söz tapmırdı, ən yaxşı halda “sənədləriniz icraatdadır, baxılır, cavab veriləcək”, – bildirirdilər.

Üç dəfə Toğrul Musayevin, ən azı sabiq idarə rəisi İlqar Məmmədovun qəbulunda olmuşam. Səhv etmirəmsə, bir dəfə indiki idarə rəisi Anar müəllimlə telefon danışığım olub. Bir dəfə də Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu “sehirli düyün” açılmadı ki, açılmadı.

Rahim Rəhimov işindən azad edildi, Səbinə Salmanova işindən azad edilib Prezident aparatına aparıldı, hal-hazırda da deputat oldu. Sonra özləri mənə zəng etdilər, “bu təşkilatı qeydiyyata almağa gücümüz çatmır, bir təşkilat adı de, bir həftəyə qeydiyyata alınacaq”, – dedilər. Mən başa düşdüm ki, Səttar Möhbalıyevin “bostanına” girə bilmirlər.

2 il bundan qabaq qərara gəldim ki, “Ekologiya və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birlik” adlı təşkilatı qeydiyyata aldırım. Beləcə, sənədləri təqdim etdim. 2021-2022-ci illərdə sənədlərim hansı quyunun dərinliyinə getdisə, bilən olmadı. Nəhayət, bir ildən sonra eynilə əsassız cavab verildi. Təkrar yenidən sənədlərimi verdim. Hardan gəldiyini bilmədiyim bir cavab oğlan məni qəbul etdi. Düşündüm ki, düyün açıldı, qeydiyyata alacaqlar. Lakin bu günə kimi qeydiyyata almayıblar.

Bir demokratik ölkədə vətəndaş cəmiyyətinə bu qədər qısqanclıqla yanaşmaq nədən irəli gəlir? Sonuncu dəfə “dövlət rüsumu ödəməmisən” deyib, sənədlərimi geri qaytardılar. Halbuki, sənədlər təsdiq olunandan sonra dövlət rüsumun ödəmək olardı. Digər tərəfdən, Həmkarlar Təşkilatına dövlət rüsumu ödəmişəm. Bəs bu vəsaitlə əvəzləşdirmək olmazdımı? Halbuki, hər iki təşkilatın dövlət qeydiyyatına alınması mənim konstitusion hüququmdur.

Sizdən köməklik etməyinizi rica edirəm. Ümid varam ki, işıqlandıracaqsınız və məsələ öz həllini tapacaq.

Məlumat üçün bildirim ki, AYB, AJB-nin üzviyəm, 16 kitab, 30 mahnı müəllifiyəm. Mahnılarım dövlət tədbirlərində böyük ruh yüksəkliyi ilə səsləndirilir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub 15
Next: Azərbaycan elminin “Gülümsərov”ları: Səkkiz alim niyə sinifdə qaldı?

OXŞAR MÖVZULAR

bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
1784171784_1
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!!

admin 16.07.2026

XƏBƏR LENTİ

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi,...
DAVAMI Read more about “UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL 1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
“AFB Bank” ASC bu ilin I yarısını 237 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni...
DAVAMI Read more about Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL
Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
Milli Məclisin deputatı Razi Nurullayev və qardaşı Hasil Nurullayevin adının hallandığı şok maliyyə qalmaqalı. Laçındakı milyonluq layihələr...
DAVAMI Read more about Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb 1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və...
DAVAMI Read more about “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı gules_federasiyasi_1200_(2)
  • İDMAN

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

admin 16.07.2026
27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatına qeydiyyat prosesi başa çatıb....
DAVAMI Read more about Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

Bütün yazılar

ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1784171168_1
  • İQTİSADİYYAT

Müştərilər təşvişdə: Banklar bağlanır? – AKTUAL

admin 16.07.2026
bandicam-2026-07-15-20-31-29-748
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO

admin 16.07.2026
1784185714_screenshot-2026-07-16-110559
  • CƏMİYYƏT
  • ÖLKƏ

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

admin 16.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.