Skip to content
09.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Sevgilisinə görə falçıların səhifəsini oğurlayan gənc 36 mindən çox “PUL QAZANDI”
  • ARAŞDIRMA

Sevgilisinə görə falçıların səhifəsini oğurlayan gənc 36 mindən çox “PUL QAZANDI”

admin 04.11.2024
J0rj8ou7uD9I9FCVsQewxzmzD4LV8hhnFswyeDC9_1200

Naxçıvan Muxtar Respublikasında film kimi dələduzluq hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Babək rayonunun Güznüt kəndində yaşayan 25 yaşlı Abbas Məmmədlinin falçılara məxsus iki səhifənin parolunu sındıraraq ələ keçirməsi məlum olub.

Müəyyən edilib ki, Abbas Naxçıvanda Yasəmən (şərti) adlı qızla tanış olub. Lakin bir neçə gün sonra həmin qız Abbasdan ayrılıb. Qızın baxıcı səhifələrinə yazdığını bilən Abbas bundan sonra falçılara məxsus səhifələri ələ keçirərək, falçı “Nailə” və “Bahar” adı ilə onunla yazışmağa başlayıb. Bu yolla o, Yasəməni özünə yönləndirib və münasibətini bərpa edib. Həmçinin Abbas qızı aldadaraq bəzi şəxslərin sağalması, ölməmələri, işlərin düzəldilməsi, xoşbəxtlik yolları və s. adlarla ondan hissə-hissə 36 250 manat pul alıb.

Qızın atası evdə saxladığı pulların yoxa çıxdığını görəndən sonra hər şeyin üstü açılıb və polisə müraciət edilib. Yasəmən pulları falçılara verdiyini bildirib. Polis isə falçıların adı ilə yazan şəxsin əslində Abbas olmasını müəyyən edərək onu saxlayıb. Gənc oğlan barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.

Həbs ediləcəyini görən Abbas pulların böyük hissəsini, yəni 30 min manatını polis idarəsində və məhkəmədə qızın ailəsinə qaytarıb. O, yerdə qalan 6 250 manat pulu da hər ay 1000 manat olmaqla qaytarmağa söz verib.

Cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abbas Məmmədli 2 il 3 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ayağına elektron qolbaq taxılıb və Naxçıvan hüdudlarını tərk etməsi qadağan olunub.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: “Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı
Next: Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib

OXŞAR MÖVZULAR

428ba955235b9fbc349fdac16ab0a026
  • ARAŞDIRMA

Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.