Skip to content
24.07.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
media-zakr-mrwpsq

Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi…

“AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə məlumatlar yayılıb.

Məlumatın ictimaiyyətə açıqlanması qurumun satınalma prosesləri ilə bağlı yeni müzakirələrə səbəb olub.

İddialara görə, bu qərar “AzərGold” QSC-nin həyata keçirdiyi iri həcmli tender layihələri fonunda qəbul edilib. Xüsusilə büdcəsinin yüz milyonlarla manat olduğu bildirilən “Tülallar mədənində qazma-partlayış işlərinin və daşınma xidmətinin satın alınması” tenderi ətrafında müxtəlif iddialar səsləndirilir.

Yayılan məlumatlarda “AzerMining” MMC-nin həmin tenderdə qalib gələcəyi ilə bağlı ehtimalların gücləndiyi, şirkətin isə Müşfiq Məmmədli və onun qardaşı Cavid Məmmədli ilə əlaqələndirildiyi iddia olunur. Eyni mənbələrdə Məmmədli qardaşları ilə əlaqəsi olduğu bildirilən bir sıra şirkətlərin də adı çəkilir.

İddialarda bildirilir ki, bəzi satınalma proseslərində tender şərtlərinin müəyyən şirkətlərin xeyrinə formalaşdırıldığı, rəqabət görüntüsünün yaradılması məqsədilə əlaqəli şirkətlərin iştirak etdiyi və qaliblərin əvvəlcədən müəyyənləşdirildiyi ehtimal olunur. Həmçinin bəzi rəqib şirkətlərin tender proseslərindən müxtəlif üsullarla kənarlaşdırıldığı da iddia edilir.

Məlumatlarda diqqət çəkən digər məqam isə iri layihələr üzrə yekun qərarların aylarla gecikdirilməsi ilə bağlıdır. İddia olunur ki, bu vəziyyət mədənlərin vaxtında istismar edilməməsinə və nəticədə iqtisadi itkilərin yaranmasına səbəb ola bilər.

Qeyd olunur ki, Məmmədli qardaşları ilə əlaqələndirilən şirkətlər arasında “Bert” MMC, “Azdağmədən” MMC, “Azdağmədənistismar” MMC, “Resource Planning” MMC, “AT Geotech” MMC, “AzerMining” MMC və “AT Geotech Lab” MMC-nin adları çəkilir.

Mövzu ilə bağlı daha bir iddia Kəlbəcərin Söyüdlü (Zod) yatağında həyata keçirilməsi planlaşdırılan və büdcəsinin yüz milyonlarla manat olduğu bildirilən layihə ilə əlaqədardır. Məlumatlarda həmin tender ətrafında da müəyyən dairələrdə əvvəlcədən qalibiyyətlə bağlı fikirlərin səsləndirildiyi vurğulanır.

Məsələ ilə bağlı “AzərGold” QSC-nin və adı hallanan şəxslərin mövqeyi hələlik məlum deyil. Qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Qeyd edək ki, məqalədə yer alan bütün məlumatlar müxtəlif mənbələr tərəfindən səsləndirilən iddialardır və onların hüquqi qiymətləndirilməsi aidiyyəti dövlət qurumlarının səlahiyyətindədir.

xalq.online

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi
Next: “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

OXŞAR MÖVZULAR

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
ugur
  • ARAŞDIRMA

“UĞUR-777” Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama

admin 20.07.2026
1f74a5c3f621ce90fb511cc12ba176cf
  • ARAŞDIRMA

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

admin 15.07.2026

XƏBƏR LENTİ

Tamerlan Qarayev geri çağırıldı 17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. “32gun.az”ın əldə...
DAVAMI Read more about Tamerlan Qarayev geri çağırıldı
Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a 17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
Şamaxı Rayon İcra Hakimiyyəti Aİ-95 markalı yanacağın satın alınması üzrə keçirdiyi satınalma müsabiqəsini yekunlaşdırıb. 32gun.az-ın məlumatına görə,...
DAVAMI Read more about Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a
Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu 1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
Azərbaycan Respublikasının Türkiyə Respublikasına yeni səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən,...
DAVAMI Read more about Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu
Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı 1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin aktivlərinin mümkün müsadirəsini “təhlükəli presedent” adlandırıb. Bu barədə o, “X”...
DAVAMI Read more about Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO 1784878364_screenshot-2026-07-24-113234
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

admin 24.07.2026
Elm və Təhsil Nazirliyi şagird sayının azlığını bəhanə edərək daha bir kənd məktəbini qapatmağa hazırlaşır. Bu dəfə...
DAVAMI Read more about 400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO

Bütün yazılar

17848869921775721209_1709550675_tamerlan_qarayev_1784887110
  • ARAŞDIRMA

Tamerlan Qarayev geri çağırıldı

admin 24.07.2026
17659529201686807164_benzin_020621_1779260899
  • İQTİSADİYYAT

Şamaxı RİH benzinə görə 14 min manat ödəyib – “SOCAR PETROLEUM”a

admin 24.07.2026
1784888914_screenshot-2026-07-24-142645
  • SİYASƏT

Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu

admin 24.07.2026
1784873133_screenshot-2026-07-24-100435
  • DÜNYA

Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı

admin 24.07.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.