Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” hoqqabazlığı
  • ARAŞDIRMA

Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” hoqqabazlığı

admin 29.10.2024
1730191054_1
Şəxsi kabinetdən verilən ərizələrin qəbulundan məktubla göndərilməsi tələbi ilə imtina edilir

Məhkəmə hüquq sistemində “elektron məhkəmə” informasiya sistemi ölkənin bütün məhkəmələrində tətbiq olunur. Artıq ən ucqar bölgədə də məhkəmələrin elektron sistemlə işləməsi gerçəkləşib.

Azərbayacan Respublikasının Mülki Prosessual Məcəlləsində ( MPM ) də, İnzibati Prosessual Məcəlləsində ( İPM ) də, Cinayət Prosessual Məcəlləsində ( CPM ) də yazılıb ki, “Elektron məhkəmə” sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatı, eləcə də ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu , habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinetdən təqdim edilmiş sənədlərin BAŞQA qaydada verilməsi TƏLƏB OLUNA BİLMƏZ. Bu prosessual qanunvericiliyin tələbidir, bəs məhkəmələr bu tələbə necə əməl edirlər?

Bakı İnzibati Məhkəməsinə İDDİAÇI tələbkar 1-ci dərəcəli Qarabağ əlilinin elektron kabinetdən təqdim etdiyi CAVABDEH borclu inzibati orqana ( ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə ( SXA ) qarşı 9-cu ildir 20.06.2016-cı il tarixli, 2-1(81)-1095/16 saylı məhkəmə qərarı ilə üzərinə qoyulmuş mənzillə təminat öhdəliyinin icrasından imtinaya görə “ qərarın icrasının təmin edilməsi, məcburi icra tədbirlərinin tətbiqi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə İDDİA ƏRİZƏSİNİN qəbulundan məhkəmə(nin texniki işçisi ) imtina edib. “Səbəb” kimi iddia ərizəsinin iddia ərizəsi olmadığı (?), dəftərxanaya təqdim edilməsi (?) göstərilib. Özbaşınalığa, məhkəmə təminatı hüququna kobud qadağaya baxın, elektron kabinetdən təqdim edilən ərizənin qəbulundan məktubla göndərilməsi tələbi ilə imtina edilir. Özü də bu birinci özbaşınalıq deyil, 3 il qabaq da “iddia ərizəsi deyil, dəftərxanaya təqdim edin” “səbəbi” ilə ərizənin qəbulundan anında imtina edilib.

Məhkəmənin texniki heyətinin məhkəmə təminatı hüququna qadağası məhkəmə hakimlərinin göstərişindən, borclunun qeyri-prosessual sifarişindən qaynaqlanır. Yoxsa məhkəmə qərarının icrasının təmin olunması tələbi ilə ərizələrin qəbulundan anında niyə imtina edilsin ki? Bəyəm tələbkarın məhkəməyə ərizə vermək hüququ yoxdur? Dövlətin adından çıxarılan məhkəmə qərarı icra olunmadıqda qərarın XƏYALİ xarakter daşımasını Konstitusiya Məhkəməsi də, Avropa Məhkəməsi də doğrulayıb. Bakı İnzibati Məhkəməsinin qərarı çıxaran (qərəz) hakimi Şərafət Məmmədova ( hazırda qərəzini Bakı Apellyasiya Məhkəməsində sürdürür ), onun yerinə apellyasiya instansiyasından “transfer olunan” Aygün Abdullayeva dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını təmin etmək yerinə, icraya qadağa qoymaq yolu tutublar. Özbaşınalığa baxın, borclu məhkəmə qərarını icra etmədiyini bildirir, məhkəmə isə qərarın DSMF-in (?- axı borclu DSMF yox, ƏƏSMN Dövlət Sosial Təminat Xidmətidir (hazırda SXA)!-M.B.) hansısa anonim (?) işçisinin MƏKTUBU (?) ilə təmin olunduğunu aktlaşdırıb. Lap filmdəki epizod kimidir: “ SƏNƏ YANLIŞ MƏLUMAT VERİBLƏR, QARABAĞ ƏLİLİ ! 7 İL QABAQ MƏHKƏMƏ QƏRARI İCRA OLUNUB, 10 NƏFƏRLİK AİLƏNLƏ KİRAYƏLƏRDƏ YOX, VİLLADA YAŞAYIRSAN!”

Çox uzatmayaq, yoxsa bir qəzet sayına sığmaz. Sadəcə vurğulayaq ki, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yönəticilərinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına Bakı İnzibati Məhkəməsinin elektron hoqqabazlığından şikayət edilib. Hələ ki, məhkəmə hoqqabazlığından geri çəkilməyib. Hoqqabazlıqla məhkəmə təminatı hüququna qadağa qoyulması Konstitusiyaya qadağa deməkdir. Bu isə qadağa “azadlığının” – azadlıq qadağasının qüvvədə olduğunun göstəricisidir…

Məğrur BƏDƏLSOY
hurriyyet.az

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: İsraildən “Hizbullah”ın yeni liderinə ritorik – Münasibət
Next: Az əvvəl açıqlandı: Rövşən İskəndərov saxlanıldı

OXŞAR MÖVZULAR

428ba955235b9fbc349fdac16ab0a026
  • ARAŞDIRMA

Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026

XƏBƏR LENTİ

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər 9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə Oxu.Az-a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib...
DAVAMI Read more about Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı 1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
“ƏDV geri al” layihəsi çərçivəsində 87 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb. Məlumata görə, 2026-cı ilin yanvar...
DAVAMI Read more about Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı
“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
Donald Tramp administrasiyası NATO müttəfiqlərini müdafiə xərclərinin bir hissəsini Çinin “Huawei” şirkətinin telekommunikasiya şəbəkələrindəki avadanlıqlarının və vacib...
DAVAMI Read more about “Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb
Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik. Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər...
DAVAMI Read more about Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik
231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…” 1780928617_1
  • CƏMİYYƏT
  • ÖLKƏ

231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

admin 08.06.2026
Keçmiş ADY əməkdaşı və sərnişin Rəsul Mamedov Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət təcrübəsini bölüşərək xidmət səviyyəsindən narazılığını ifadə...
DAVAMI Read more about 231 manatlıq ‘lüks’ fırıldağı: Sərnişin Bakı–Tbilisi qatarından görün nələr DANIŞDI – “Məlum oldu ki…”

Bütün yazılar

9911310e1b97fc6ac233f22419133e60
  • MƏDƏNİYYƏT

Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər

admin 08.06.2026
1751268552_edv
  • İQTİSADİYYAT

Əhaliyə 87 milyon manata yaxın ƏDV geri qaytarıldı

admin 08.06.2026
huavey
  • DÜNYA

“Bloomberg”: ABŞ NATO müttəfiqlərini “Huawei”dən imtina etməyə çağırıb

admin 08.06.2026
hakan_fidan_2
  • DÜNYA

Hakan Fidan: Sülh müqaviləsinin tezliklə imzalanacağını gözləyirik

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.