Skip to content
08.06.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Faciəyə səbəb olan tuneli o tikibmiş – FOTO
  • CƏMİYYƏT

Faciəyə səbəb olan tuneli o tikibmiş – FOTO

admin 23.10.2024
1729655139_1

Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

Soztv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.

O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.

Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.

2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir.

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…
Next: “İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?.. – GÜVƏNMƏK OLMAZ!!!

OXŞAR MÖVZULAR

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
1780913285_screenshot-2026-06-08-140601
  • CƏMİYYƏT

Ruslan Quliyev vəfat etdi

admin 08.06.2026

XƏBƏR LENTİ

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ… 1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
“Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin...
DAVAMI Read more about “Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…
Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir… media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
Müşfiq Məmmədlinin vəzifədən getməsinin əsas səbəbi… “AzərGold” QSC-də müşavir vəzifəsində çalışdığı bildirilən Müşfiq Məmmədlinin vəzifəsindən kənarlaşdırıldığı barədə...
DAVAMI Read more about Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…
Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
Toplum TV işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli...
DAVAMI Read more about Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi
Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı? media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
Xətai rayonu, Telnov küçəsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərin faktiki olaraq obyektlər tərəfindən zəbt edildiyi görünür....
DAVAMI Read more about Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?
Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır media-90-uyt2g9
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM
  • ÖLKƏ

Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

admin 08.06.2026
Qaradağ Rayon 20 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işçilərdən təmir məqsədilə pul toplandığı iddia olunur....
DAVAMI Read more about Bünyad Haqverdiyev işçilərdən aylıq və təmir pulu yığır? – İddialar araşdırılmalıdır

Bütün yazılar

1780921576_screenshot-2026-06-08-162533
  • CƏMİYYƏT

“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” – HƏQİQƏTƏN DƏ…

admin 08.06.2026
media-zakr-mrwpsq
  • ARAŞDIRMA

Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir…

admin 08.06.2026
akif-qurbanov1
  • ARAŞDIRMA

Qurbanova 16, Məmmədliyə 15 il cəza istənildi

admin 08.06.2026
media-teln-hkzq8j
  • CƏMİYYƏT
  • ÖLKƏ

Xətai rayonunda piyada səkisi satılıb – Rafiq Quliyevin Telnov küçəsindən xəbəri varmı?

admin 08.06.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.