“Neftçi” PFK hücumçusu Alessio Kurçi ilə yollarını ayırıb.
Məlumata görə, klub ilə lüksemburqlu futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Paytaxt təmsilçisi hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş A.Kurçi “Neftçi”nin heyətində 19 rəsmi oyuna çıxaraq 2 qol vurubvə 1 məhsuldar ötürmə edib.
PAYLAŞIN:
