Skip to content
26.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
bc8ec26636aa986a06e40094a65abfba

Rusiyada yaşayan Azərbaycan vətəndaşı Tural Əliyev həyatına təhlükə ilə üzləşib.

Minval Politika yazır ki, o, hərbi xidmətdən azad olunması barədə əmrin olmasına və hərbi hissəni özbaşına tərk etmə işi üzrə araşdırmanın davam etməsinə baxmayaraq, zorla Ukraynaya döyüş əməliyyatları zonasına göndərilib.

Onun sözlərinə görə, hərbi komandanlıq sənədləri saxtalaşdırıb, onu qanunsuz olaraq istintaq təcridxanasında saxlayıb. Söhbət 20 oktyabr 1994-cü il təvəllüdlü Tural Həqiqət oğlu Əliyevdən gedir.

O, daha əvvəl dəfələrlə hərbi komandanlıq tərəfindən qanun pozuntularına yol verildiyini açıq şəkildə bəyan edib və bildirib ki, hərbi xidmətdən buraxılması barədə rəsmi əmr artıq mövcud olduğu halda, onu qanunsuz olaraq hərbi hissəni özbaşına tərk etmiş şəxs kimi qeydiyyata alıblar.

Əliyevin sözlərinə görə, o, 2023-cü ildə hərbi xidmət keçmək üçün müqavilə imzalayıb və sonradan dəfələrlə hücum əməliyyatlarında iştirak edib. İndi isə, özünün iddiasına əsasən, iradəsinin əksinə olaraq “Ştorm V” hücum dəstəsinin tərkibində ön cəbhəyə göndərilib. Hərbçi həmçinin komandanlığı sistemli qanun pozuntularında, sənədlərin saxtalaşdırılmasında və qanunsuz olaraq həbsdə saxlanılmasında ittiham edir. O iddia edir ki, uzun müddət ərzində prokuror hərbi hissənin rəhbərliyinə təzyiq göstərərək, ya onun ön cəbhəyə göndərilməsini, ya da yenidən istintaq təcridxanasına yerləşdirilməsini tələb edib. Qeyd edib ki, bu, müdafiə nazirinin onun hərbi xidmətdən azad olunması barədə əmrinin və hərbi hissəni özbaşına tərk etmə ittihamı ilə bağlı cinayət işinin dayandırılması barədə məhkəmə qərarının mövcudluğuna baxmayaraq baş verib.

Əliyev həmçinin bildirib ki, onun işi üzrə təxminən 40 məhkəmə iclası keçirilib, lakin təqdim etdiyi sübutlar və hüquqlarının pozulması ilə bağlı müraciətləri nəzərə alınmayıb, bəzi sənədlər isə saxtalaşdırılıb. Onun dediyinə görə, araşdırmaya valideynləri də qoşulmağa çalışıblar. Onlar FSB-nin kuratoruna, Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa və Rusiya Prezident Administrasiyasına müraciət ediblər. Soydaşımız Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə və Rusiya prezidentinə müraciət edərək vəziyyətə müdaxilə etmələrini xahiş edir. O, vəzifəli şəxslərin hərəkətlərinin araşdırılmasını, “özbaşınalığa” son qoyulmasını və onun hərbi xidmətdən azad olunması məsələsinin nəhayət, həll edilməsini tələb edir.

Onun versiyasına görə, hazırda o, daha əvvəl qəbul edilmiş hərbi xidmətdən azad olunması barədə qərara baxmayaraq, saxta sənədlər əsasında zorla döyüş əməliyyatları zonasına göndərilib…

Təəssüf ki, bu ilk belə hal deyil. Bəs soydaşımıza hansı hüquqi köməyi göstərmək olar? Rusiyadakı səfirliyimiz işə qarışa bilərmi? Maraqlıdır, Azərbaycan vətəndaşı necə olub Rusiya ordusunda xidmətdə olub, döyüşlərdə iştirak edib? Bəlkə ikili vətəndaşlığı var? Dediyinə hörə, 2023-cü ildə Rusiyada hərbi xidmət keçmək üçün müqavilə imzalayıb. Bizim qanunvericiliyə görə buna görə o, məsuliyyət daşıyırmı?

Cavad Cavadova xəbərdarlıq edildi Pravda.az

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, əgər şəxs barəsində hərbi xidmətdən azad olunma haqqında müvafiq əmr və cinayət işinin dayandırılmasına dair məhkəmə qərarı varsa, bu sənədlər qüvvədə olduğu müddətcə hər hansı başqa icraedici və ya hərbi orqanın əks addım atması hüquqaziddir: “Şəxsin iradəsinə zidd olaraq, xüsusən də saxtalaşdırılmış sənədlər əsasında döyüş zonasında və ya riskli xüsusi dəstələrdə saxlanılması faktı təsdiqini taparsa, bu, birbaşa azadlıqdan qanunsuz məhrumetmə və vəzifə səlahiyyətlərini aşma tərkibi yaradır.

İddia olunan 40-a yaxın məhkəmə iclası və müraciətlər göstərir ki, tərəf bütün daxili hüquqi müdafiə vasitələrini tükəndirməyə çalışıb. Bu halda işin Prokurorluq və İstintaq Komitəsinin yuxarı instansiyaları tərəfindən xüsusi nəzarətə götürülməsi üçün kifayət qədər hüquqi əsas yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə və “Konsulluq nizamnaməsi”nə əsasən, xarici ölkədə hüquqları pozulan hər bir Azərbaycan vətəndaşı diplomatik müdafiə hüququna malikdir. Səfirlik və ya Konsulluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına (Xarici İşlər Nazirliyi, Hərbi Prokurorluq) rəsmi sorğu göndərilməli, vətəndaşın hansı əsasla və hansı hüquqi statusla saxlanıldığına dair rəsmi açıqlama tələb olunmalıdır. Məhkəmə qərarlarının və tərxis əmrinin mövcudluğu diplomatik nümayəndəliyin hüquqi mövqeyini dəfələrlə gücləndirir”.

Cavad Cavadov deyib ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, xarici ölkə vətəndaşları da Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət haqqında müqavilə bağlaya bilərlər: “Lakin şəxs eyni zamanda Rusiya vətəndaşlığını qəbul edibsə, yerli hüquq-mühafizə orqanları ona yalnız öz vətəndaşları kimi yanaşır. Buna baxmayaraq, şəxs Azərbaycan dövlətinin də hüquqi müdafiə müstəvisində qalır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü (Müzdluq) və 279-cu maddələri xarici ölkələrin ərazisindəki silahlı münaqişələrdə qanunsuz və ya müqavilə əsasında iştiraka görə cinayət məsuliyyəti nəzərdə tutur. Lakin bu məsələ şəxsin Azərbaycan ərazisinə qayıtmasından sonra müvafiq hüquq-mühafizə organları tərəfindən araşdırıla bilər.

Hazırkı mərhələdə prioriteti şəxsin həyat və sağlamlıq təhlükəsizliyi təşkil edir. Məsələnin həlli üçün təcili olaraq peşəkar vəkillər vasitəsilə Rusiya Federasiyasının Baş Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinin Baş İnspeksiyasına müraciət edilməli, paralel olaraq Azərbaycan Respublikasının Diplomatik Nümayəndəliyi vasitəsilə rəsmi hüquqi prosedurlar işə salınmalıdır. Sənədlərin saxtalaşdırılması iddiaları müstəqil mülki və hərbi məhkəmə nəzarəti qaydasında yenidən araşdırmanın mövzusu olmalıdır”.

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU
Next: Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

OXŞAR MÖVZULAR

0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
b8488e252349a38524ca178156c5cf6a
  • ARAŞDIRMA

Dələduzluqda və oğurluqda təqsirləndirilən iki azərbaycanlı xaricdən ölkəyə gətirilir – TƏFƏRRÜAT

admin 25.08.2026
bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026

XƏBƏR LENTİ

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı teleqraf_sas_(96)
  • İDMAN

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı

admin 26.08.2026
“Neftçi” PFK hücumçusu Alessio Kurçi ilə yollarını ayırıb. Məlumata görə, klub ilə lüksemburqlu futbolçu arasındakı müqaviləyə qarşılıqlı...
DAVAMI Read more about “Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
AFFA prezidenti “Sabah”ı təbrik etdi rovsen_necef-28 (1)
  • İDMAN

AFFA prezidenti “Sabah”ı təbrik etdi

admin 26.08.2026
AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. “Sabah”...
DAVAMI Read more about AFFA prezidenti “Sabah”ı təbrik etdi
Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
“Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətində yerləşdirilmiş NATO-ya məxsus casus avadanlıqlarına zərbələr endirib”.   O bildirib ki,...
DAVAMI Read more about Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub
Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
Rusiyada yaşayan Azərbaycan vətəndaşı Tural Əliyev həyatına təhlükə ilə üzləşib. Minval Politika yazır ki, o, hərbi xidmətdən...
DAVAMI Read more about Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA
Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU O0pyGbUBk0IokNDTcMGO3rM8IUDYBjHournpoSTa_1200
  • HADİSƏ

Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

admin 26.08.2026
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı...
DAVAMI Read more about Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

Bütün yazılar

teleqraf_sas_(96)
  • İDMAN

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı

admin 26.08.2026
rovsen_necef-28 (1)
  • İDMAN

AFFA prezidenti “Sabah”ı təbrik etdi

admin 26.08.2026
owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.