Skip to content
25.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Vətən üçün bir gözünü itirən Vətən oğluna “Qeyrətiniz olsaydı güllə atmazdınız” deyən məmur vicdanı!
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Vətən üçün bir gözünü itirən Vətən oğluna “Qeyrətiniz olsaydı güllə atmazdınız” deyən məmur vicdanı!

admin 25.08.2026
1787636710_1
Sosial şəbəkələrdə qarşıma bir video çıxdı… Bir qazimizin, bu torpaq üçün canından keçən, bir gözünü səngərdə qoyub gələn bir Vətən oğlunun fəryadı idi.
Sözlərin hər cümləsi adamın boğazında düyünlənir, adamın içini göynədir. Amma bir məqam var ki, bax o, sadəcə göynətmir — insanı yandırır, qanını dondurur!
Gözünün birini itirmiş, o biri gözü isə cəmi 8 faiz görən, linza və əməliyyatlarla ayaqda durmağa çalışan bir qaziyə 2-ci qrup əlillik verilibmiş. Növbəti komissiyada nə baş verib?
Heç bir izahat verilmədən, rəy dəyişdirilib, haqqı əlindən alınıb. Qazi haqqını tələb etmək üçün komissiya sədri Aygün Məmmədbəylinin qapısına gedib. Və görün orada nə eşidib:
“Sizin əgər qeyrətiniz olsaydı, siz erməniyə güllə atmazdınız.”Əgər iddia olunan kimi bu cür fikir səsləndirilibsə, o zaman aidiyyatı qurumlar Aygün Məmmədbəylinin ailə kökünü araşdırsa daha gözəl olar.Soykökündə ermənilərlə bağlılıqı var ya yox bilinməlidir.
Bu sözü deyən bir həkimdir! Bu ölkədə sülh içində yaşasın, rahat kresloda oturub qərar versin deyə sağlamlığını səngərdə qoyub gələn qaziyə deyilir bu sözlər!
İnsan adama nə deyəcəyini, vicdanı harada axtaracağını bilmir. Bu necə bir həddini aşmaqdır? Bu necə bir məmur özbaşınalığıdır?
Kreslo Qanunundan Hündür Deyil!
Aygün Məmmədbəyli kimdir?
O kabinetdə oturub özünü qanundan, dövlətdən, xalqdan üstün görən kimdir?
“Mənim oğlum cənab prezidentin yanında oturur, istəsəm səni bir dəqiqəyə məhv elətdirərəm”, “Mən nə istəyirəm onu eləyə bilərəm” deyərək hansı gücə, hansı özbaşınalığa arxalanır? Əgər bir məmur dövlət rəhbərinin adını öz qanunsuzluğuna, öz kobudluğuna sipər edirsə, bu təkcə qaziyə deyil, dövlətin özünə atılan daşdır!
Qazi deyir: “Biz pulun acgözü deyilik. Biz onunla fəxr eləyirik ki, erməniyə güllə atmışıq!” Bax budur ləyaqət, budur mərdlik! 4 övlad atası olan, kəllə-beyin travması ilə 16 dəfə əməliyyat olunan bir adamı o dərəcəyə çatdırıblar ki, “Mən 3-cü qrupumdan da imtina eləyirəm, təki bu təhqiri götürməyim” deyir.
Bir Vətən oğluna “qeyrətsiz” damğası vurmaq üçün gərək insanın içindəki bütün vicdan, bütün insaf ölmüş ola. O kabinetdə oturan həkim də, komissiya sədri də unutmamalıdır ki, bu gün orada rahat nəfəs alırlarsa, o gözünü itirən, canını fəda edən oğulların sayəsindədir!
Ədalət Bərpa Olunmalıdır!
Qazi fəryad edir, deyir ki, o otaqda kamera var, səs yazan var. Çıxarın o səs yazılarını ortalığa! Görünsün kim kimdir! Biz buradan aidiyyəti qurumlara, Ali Baş Komandana, İnsan Hüquqları Müvəkkilliyinə və bütün vicdanlı insanlara səslənirik: Bu məsələ bir qazinin fərdi problemi deyil. Bu, bu millətin namus, ləyaqət məsələsidir.
Qazisini kabinetlərdə təhqir etdirən bir cəmiyyət gələcəyinə dik baxa bilməz!
Aygün Məmmədbəyli kimi məmurlar anlamaq məcburiyyətindədirlər ki, o kreslo onlara insanları əzmək üçün verilməyib. O zabitlərin, o qazilərin tökdüyü qanın hesabını heç kim heç kimə bağışlamayacaq.
Qeyd (Redaksiyadan): Yazıda adı çəkilən qarşı tərəfin (Aygün Məmmədbəyli və ya müvafiq komissiyanın) da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sima Babayeva

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Azərbaycan XİN Uruqvayı təbrik edib
Next: “Təmiz Şəhər” ASC niyə çökür? – 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər

OXŞAR MÖVZULAR

1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
1787646022_screenshot-2026-08-25-121842
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr… – FAKT BUDUR!

admin 25.08.2026
1787650070_temiz_seher
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

“Təmiz Şəhər” ASC niyə çökür? – 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər

admin 25.08.2026

XƏBƏR LENTİ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı! 1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
Deyirlər, ölüm hər kəsi bərabərləşdirir. Ama görünür, Sumqayıtda bu qayda keçərli deyil. Burada hətta axirət dünyasına qovuşmaq...
DAVAMI Read more about Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı 3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
 Tanınmış repçi Elşad Xose sosial şəbəkədəki addımı ilə diqqət çəkib. O, “Instagram” hesabındakı bütün paylaşımlarını silərək, yalnız...
DAVAMI Read more about Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb....
DAVAMI Read more about Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub? 0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
Kutaisi kriminal qruplaşmasının ən tanınmış simalarından biri, kriminal aləmdə “Çiko” ləqəbi ilə tanınan Teymuraz Qoqolaşvili Türkiyədə vəfat...
DAVAMI Read more about “Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?
ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var” 1787654543_main
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

admin 25.08.2026
Tehsilmedia.com xəbər verir ki,”Real Azərbaycan” redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin...
DAVAMI Read more about ŞOK İDDİA! Ağköynək kənd tam orta məktəbində özbaşınalıq və maliyyə pozuntuları – “Səs yazıları da var”

Bütün yazılar

1787657287_screenshot-2026-08-25-152609
  • CƏMİYYƏT
  • ÖLKƏ

Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!

admin 25.08.2026
3b780f1506c139ecea95e3850537f863
  • ŞOU-BİZNES

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

admin 25.08.2026
whatsapp_image_2026-08-25_at_11.12.26
  • Uncategorized

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

admin 25.08.2026
0f3b7f141c66f752954c8ef319a9ab2d
  • ARAŞDIRMA

“Çiko” öldü – Məşhur “qanuni oğru”nun azərbaycanlı avtoritetlərlə hansı əlaqələri olub?

admin 25.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.