Skip to content
24.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır… İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
  • CƏMİYYƏT

Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır… İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?

admin 24.08.2026
1787579374_screenshot-2026-08-24-174725

Hər il olduğu kimi Peşə Təhsili üzrə Dövlət Agentliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən keçirilən müəllim və istehsalat təlimi ustaları üzrə imtahanlar artıq geridə qalıb. Bu il əvvəlki illərdən fərqli olaraq imtahanlar bir qədər fərqli vəziyyətdə keçirilib, yəni, əvvəlki Agentlik direktoru Ceyhun Kərəmov olmadığı üçün Təhsil İnstitunun direktoru Elnur Əliev bu il daha rahat istədiklərini edə bilib.

Kiçik bir haşiyə… İşə qəbul prosessində müsabiqə mərhələsi artıq başlayıb. Amma diqqət ediriksə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi sosial şəbəkə hesabında bu barədə bir cümlə də yoxdur. Agentliyin hesabındakı məlumatlara diqqət edin – hansısa layihə bitib, hansısa peşədə açıq qapı günü keçirilib və sairə… Bu layihələrə də böyük vəsaitlər ayrılır, yəni əsas məqsəd başqadır. Layihılər, tenderlər, qazanmalar və maddi maraqlar.

Burdan da görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün müəllimlərin işə qəbulu müsabiqəsi, imtahanlar formaldır və gözə kül üfürmək üçündür. Yəni, Elnir Əliyevlə İlqar Bayramlının oxuduğu Quran deyil…

Məlumata görə, bu il imtahanlarda iştirak etmək üçün portal.edu.az elektron müraciət portalı vasitəsilə 4885 nəfər qeydiyyatdan keçib. Onlardan müsabiqənin şərtlərinə (bu il staj və ixtisas uyğunluğu tamamilə fərqli formada həyata keçirilib) uyğun gələn 1731 nəfər test imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 1364 nəfəri imtahanda iştirak edib.

Şərtlərə görə, 40 balı keçən namizədlər müsabiqə mərhələsinə buraxılıb. Lakin nə Peşə Təhsili üzrə Dövlət Agentliyi, nə də Təhsil İnstitutu 40 balı neçə namizədin keçdiyini açıqlamır və daha doğrusu, bu rəqəmi gizli saxlayır.

Məlumata görə, imtahanda iştirak edən 1364 nəfərdən cəmi 450 nəfəri 40 balı keçərək müsabiqəyə buraxılıb.

Artıq müsabiqə mərhələsi başlayıb və məlumata görə, prosses olduqca primitiv və qeyri-ciddi, nəzarətsiz və əhəmiyyətsiz bir formada keçirilir. Çünki bu mərhələ və ümumiyyətlə, imtahanın özü, sualların tamamilə sistemsiz və proqramdan kənar hazırlanması və əsasən də Təhsil İnstitutunun direktoru Elnur Əliyevin şəxsən nəzarəti altında müzakirəyə çıxarılmasına, sualların açıqlanmasına imkan verilmədən aparılması bu imtahanı əhəmiyyətsiz edir.

Bildiyimiz kimi, peşə məktəblərində keçirilən müəllim və usta imtahanlarının sualları nə açıqlanır, nə də müzakirəyə çıxarılır.

Beləliklə, bu imtahanlarda 40 balı keçən və müsabiqəyə buraxılan təxminən 450 nəfərə yaxın namizədin çox az faizi peşə məktəblərinə müəllim və usta kimi düşə biləcək.

Elə isə sual olunur, bəs bu qədər boş ştat yerləri necə doldurulacaq?

Cavab çox sadə və aydındır. Əvvəlki illərdə olduğu kimi, direktorlar Peşə Agentliyi rəhbərliyi ilə razılaşıb müqavilə ilə işçiləri işə qəbul edəcəklər.

Elə isə müqavilə ilə işə qəbul olan insanlar kimlər olacaq?

Bu isə yenə əvvəlki təcrübələrdən qaynaqlanaraq söyləmək olar ki, müqavilə ilə işə qəbul olunan şəxslər direktorlara yaxın olan, ağzı bütöv, peşə problemlərini gizlədə bilən, dinməz duran və ən əsası, ixtisası bilməyən şəxslər olmalıdır. Yəni bu adamları idarə etmək daha rahat və istədikləri zaman işdən çıxara da biləcəkləri adamlardır.

Burada bəzi məqamlar da var ki, onlar barədə dəqiq faktlarla məlumat verəcəyik.

Daha bir gülməli məqam isə imtahanda iştirak etmək üçün portal.edu.az-a müraciət edən adamlara staj və digər səbəblər əsas gətirilərək imtahanda iştiraka buraxmayıblar. Amma müqavilə ilə işə götürülən şəxslərdə bu şərtlər yoxdur.

Gülməli yanaşmadır.

Təsəvvür edin, hansısa peşəkar bərbər, aşpaz və texnoloq, mütəxəssis imtahanda iştirak etmək istədiyi zaman ona staj və ya digər texniki problemlər yaradılıb. Hansı ki, onlar peşəkardır, illərin təcrübəsinə malikdirlər. Amma sonradan bəlli olur ki, müqavilə ilə işə qəbul edilən şəxslərin ixtisas barədə nəinki təcrübələri var, bir il də bu sahədə fəaliyyət göstərməyiblər. Niyə təcrübəli və peşəkarlarda deyil, təcrübəsiz və stajsız şəxslərlə müqaavilə ilə işləmək istəyirlər? Cavab bəllidir, onlara belələri sərf edir…

Hazırda ölkənin bütün peşə məktəblərində sentyabrın 10-15-dən sonra müqavilə ilə sürətli işə qəbul başlayacaq.

Hər peşə mərkəzi və məktəbi azı 15–20 şəxsi müqavilə ilə 1 illik “işə qəbul” edəcək və faktiki olaraq bununla da imtahan və onun legitimliyi gorbagor olacaq.

Müqavilə ilə işə qəbul Peşə Agentliyini tamamilə nəzarətə götürən və direktorların dayağı sayılan şəxslərlə razılaşdırılacaq və ya artıq razılaşdırılıb.

Bu proses çərçivəsində müqavilə ilə işə qəbul olunan şəxslərin adlarını və sahə üzrə təcrübələrini, ixtisaslarını faktlarla, tək-tək təqdim edəcəyik.

İlkin məlumata görə, müqavilə ilə işə qəbul olmaq istəyən şəxslər artıq direktorlarla razılaşma mərhələsindədir və hər birinə sentyabrın 15-nə kimi gözləyin cavabı verilib.

Hətta ötən il müqavilə ilə işə qəbul olmuş şəxslərlə yenidən müqavilələrin bağlanması üçün danışıqlar aparılır və müəyyən sövdələşmələr həyata keçirilir deyə məlumatda qeyd olunur.

Məlumat üçün bildirək ki, müqavilə ilə işə qəbul prosesini direktorlar Peşə Agentliyinin direktor müavini Simnar Mamedov, Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənli və əsasən İnsan resursları sektorunun müdiri Murad Məmmədovla razılaşdırırlar. Agentliyin direktoru İlqar Bayramlı isə hələ də nə baş verdiyini anlamır. Çünki onun fəaliyyəti Agentlikdəki məmurlar və direktorlar tərəfindən tamamilə bloklanıb.

Müəllif: Ədil Hüseynov
Bizimesr.media

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Next: 7A-da sərnişinə “su işgəncəsi” – AYNA təndiq olundu – FOTO

OXŞAR MÖVZULAR

1787561731_1
  • CƏMİYYƏT

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar

admin 24.08.2026
1787565203_screenshot-2026-08-24-135121
  • CƏMİYYƏT

Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI… – VİDEO

admin 24.08.2026
1787571635_screenshot-2026-08-24-153643
  • CƏMİYYƏT

Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu

admin 24.08.2026

XƏBƏR LENTİ

Dənizdə daha 2 nəfər batdı – Foto 1787559208_4f6675d0-36a1-4450-be7b-3c46350be087
  • HADİSƏ
  • VİDEO

Dənizdə daha 2 nəfər batdı – Foto

admin 24.08.2026
Bakıda dənizdə iki nəfər boğularaq ölüb. “Unikal”ın məlumatına görə, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar....
DAVAMI Read more about Dənizdə daha 2 nəfər batdı – Foto
“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü yeniyetme1
  • HADİSƏ
  • VİDEO

“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü

admin 24.08.2026
Ağstafada 3 gün əvvəl vaqonun üstünə çıxdığı üçün elektrik cərəyanı vuran 15 yaşlı Ömər Nəsibov vəfat edib....
DAVAMI Read more about “TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü
Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun Bakının mərkəzində yerləşən mənzillərlə bağlı başladığı hüquqi mübarizə...
DAVAMI Read more about Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib 1787570515_screenshot-2026-08-24-151828
  • İQTİSADİYYAT

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

admin 24.08.2026
ABŞ Prezidenti Donald Tramp ötən həftə Pakistan quru qoşunlarının baş komandanı Asim Munirlə onun bugünkü Tehran səfəri...
DAVAMI Read more about “The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
Qurduğu 4 şirkəti bir qayda ilə satdı: Onun dəyişməyən qaydası 1787508806_1
  • İQTİSADİYYAT

Qurduğu 4 şirkəti bir qayda ilə satdı: Onun dəyişməyən qaydası

admin 24.08.2026
Rac Toletinin (Raj Toleti) “Andor Health” şirkəti səhiyyə sistemlərinə sadəcə növbəti proqram təminatını satmaq əvəzinə, ölçülə bilən...
DAVAMI Read more about Qurduğu 4 şirkəti bir qayda ilə satdı: Onun dəyişməyən qaydası

Bütün yazılar

1787559208_4f6675d0-36a1-4450-be7b-3c46350be087
  • HADİSƏ
  • VİDEO

Dənizdə daha 2 nəfər batdı – Foto

admin 24.08.2026
yeniyetme1
  • HADİSƏ
  • VİDEO

“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü

admin 24.08.2026
bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026
1787570515_screenshot-2026-08-24-151828
  • İQTİSADİYYAT

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

admin 24.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.