Skip to content
24.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu
  • CƏMİYYƏT

Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi – Nazirliyin məlum susqunluğu

admin 24.08.2026
1787571635_screenshot-2026-08-24-153643

Cavabsız sorğular və postmodernistlərin klassik təklifləri…
Azərbaycan təhsil sistemində indiki qədər məsuliyyətsiz dövr olmayıb. Avqustun 12-də nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin tenderlər yolu ilə dövlət büdcəsini talamasına dair (sənədlərlə) məqalə dərc etdik. Ardınca nə baş verdi? Onlarla vəzifəli şəxs telefonuma zəng edərək məni “yola gətirməyə” çalışdılar. Mən onlardan soruşdum ki, yazdıqlarım doğrudur, yoxsa yalan? Təbii ki, səhv yazmadığımı bildirdilər.
Onlara dedim, bir daha deyirəm, mənim nə E.Əmrullayevə, nə də Nazirliyə qarşı bir qərəzim var, ola da bilməz. Amma dünənə qədər nə iş gördüyü bilinməyən N.Hənifəyevin tenderlər yolu ilə büdcəni talamasına necə göz yummaq olar!? Təbii ki, onun bütün bunları Nazirin himayəçiliyi altında etməsi heç bir şübhə doğurmur.
Mən E.Əmrullayevin karyera yoluna da qərəzsiz və fərqli yanaşıram. Məsələn, E.Əmrullayev 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında “Təhsildə rüşvətə son” aksiyasının əsas iştirakçılarından biri idi. Maraqlı tərcümeyi-hala sahibdir, ölkədə belə nümunələr çox azdır, bir dövlət qurumunu rüşvətdə ittiham et, cəmi 3 il sonra həmin qurumda sektor müdiri ol, daha sonra da nazir postuna qədər yüksəl.
Müəllim, həkim, müstəntiq, alim özü işini gördüyü kimi mən də jurnalist kimi öz işimlə məşğulam. Əslində mediaya saymazyana münasibət, hamını “müqavilə” və pulla ələ almaq üsulu həyata keçirdikləri qanunsuzluqların təsdiqidir. Göndərilən sorğulara da cavab verməmək Nazirlik haqqında yazılan məqalələrdə qurumun mövqeyinin əks olunmaması ilə nəticələnir. Nə edək indi? Ya biz qeyri-peşəkarıq, ya da sizin dünya-aləm vecinizə deyil. Sonuncu sorğu avqustun 17-də gğndərilib, amma hələ də sorğuda göstərilən suallara cavab yoxdur.
Biz əvvəlki araşdırmada nə yazmışdıq? Yazmışdıq ki…
Nazirin qohumları və dostları STEAM avadanlıqlarının satın alınması ilə bağlı çoxpilləli bir mexanizm formalaşdırıb və dövlət büdcəsini amansızcasına talamaqla məşğuldular.
Bu gün həmin mexanizmi qısa şəkildə xatırladıb N.Hənifəyevin daha bir çoxmilyonluq tenderi ilə bağlı suallar ünvanlayacam.
Mexanizm belə qurulub:avadanlıqlar xaricdən idxal olunur və həmin məhsullar ilk əldən, əvvəlcə nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin rəhbərlik etdiyi “İSTEAM” MMC tərəfindən nisbətən aşağı qiymətə alınır (xarici təchizatçıların tək alıcısıdır). Nazirin qaynı daha sonra həmin məhsullar üzərinə əlavə məbləğ qoyaraq, “VİVA GROUP” MMC-yə satır. “VİVA GROUP” da qiymətin üzərinə öz marjasını əlavə edir. Nəticədə avadanlıqlar dövlət büdcəsi hesabına Elm və Təhsil Nazirliyinə daha yüksək qiymətə satılır. Yəni, eyni məhsul bir neçə mərhələdən keçdikcə bahalaşır və sonuncu mərhələdə onun haqqını dövlət büdcəsi ödəyir. Sadə dildə ifadə etsək, ilk əldən 5 manata alınan məhsul nəticədə dövlətə 50 manata başa gəlir.
Əvvəlcə məktəb və mərkəzlərin ehtiyacı müəyyən edilərək ona uyğun məhsul seçilib, yoxsa əvvəlcədən mövcud olan məhsul çeşidi əsasında tələbat formalaşdırılıb?
Qayıdaq redaksiyamıza daxil olan əsas mövzuya…

Hazırda nazirin qaynı N.Hənifəyevin 7,4 milyon manatlıq tenderinin şəffaflıq təhlilini aparırıq. (Bu məsələ ilə bağlı Nazirliyə ünvanlanan sorğu da cavabsız qaldı. Lakin Nazirliyin mövqeyini mətnə əlavə etməyə, əlavə dərc etməyə də hazırıq).
353229 nömrəli satınalmada təhlil etdiyimiz 28 STEAM mövqeyi üzrə avadanlıqların miqdarı 1 ədəddən 283 dəstədək dəyişir. Bəli, bu fərq təkbaşına pozuntu demək deyil. Çünki müxtəlif avadanlıqların müxtəlif proqramlar və müəssisələr üçün nəzərdə tutulması mümkündür.
Lakin əsas sual budur: 21 STEAM Mərkəzi və yüzlərlə məktəbi əhatə edən sistemdə bu miqdarlar hansı əsasla müəyyənləşdirilib?  Şəffaflığını təhlil etdiyimiz tenderin hüquqi və reputasiya baxımından həssas olduğunu nəzərə alaraq, faktlar üzərində dəqiq dayanacağıq.

Aşağıda qoyulan suallara cavab yoxdursa, belə nəticə çıxır ki, Nihad Hənifəyev Elm və Təhsil naziri ilə  olan qohumluqdan sui-istifadə edərək (eləcə də Elm və Təhsil nazirliyindəki digər havadarların dəstəyi ilə) “İSTEAM” MMC-nin anbarını dövlət büdcəsi hesabına “təmizləməklə” məşquldur.
İlk olaraq Elm Təhsil Nazirliyi bu suallara cavab verməlidir:
1) Nihad Hənifəyevin “İSTEAM MMC”-də hüquqi və ya faktiki rolu varmı?
2) “İSTEAM” MMC ilə tender iştirakçıları arasında 2024-2026-cı illərdə hansı müqavilələr bağlanıb?
3) Tenderdəki marka və texniki göstəricilərin hazırlanmasında bu şirkət və ya onun nümayəndələri iştirak edibmi?
4) Mümkün qohumluq və kommersiya əlaqələri satınalma komissiyasına bəyan edilibmi?
5) İdxal, daxili satış və dövlətə yekun satış qiymətləri arasında fərq necə əsaslandırılıb?

Elm və Təhsil Nazirliyinin rəsmi məlumatına görə STEAM layihəsi 407 ümumtəhsil məktəbini və 303 403 şagirdi əhatə edir, ölkədə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. Bu, satınalma miqdarlarının ünvanlar və proqramlar üzrə izahını xüsusilə vacib edir.

Məsələn, bir ədəd vakuum formalaşdırma aparatı bütün şəbəkə üçün vahid ixtisaslaşmış mərkəzdə istifadə edilə bilər. İki interaktiv panel yalnız iki yeni laboratoriya üçün nəzərdə tutula bilər. 283 sensor dəsti isə bir çox məktəb və şagird qrupu arasında bölünə bilər.
İnd gəlirik vacib məqama…(Fotolarda əks olunan avadanlıqların cədvəlinə, infoqrafikaya diqqət)
– 1, 2 və 3 ədədlik satınalmalar: bəzi avadanlıqlardan cəmi 1, 2 və ya 3 ədəd alınması nəzərdə tutulur. Məsələn, 1 vakuum formalaşdırma aparatı, 2 interaktiv panel, 2 divar montaj qurğusu və 3 lazer kəsmə dəsti. Sual budur: Bu avadanlıqlar konkret hansı məktəb və ya STEAM mərkəzi üçün alınır? Ünvanlar və seçim səbəbləri göstərilməyib, bu səbəbdən sayların hansı ehtiyaca əsasən müəyyənləşdirildiyini başa düşmək də çətindir.
– 170-283 dəstlik satınalmalar: bəzi avadanlıqlardan yüzlərlə dəst alınması nəzərdə tutulur. Məsələn, 170 sensor dəsti, 177 kimya təcrübə dəsti, 225 elektronika və DIY dəsti, 268 işıq-kölgə dəsti və 283 micro sensor dəsti.

Burada da aydın olmalıdır ki, bu dəstlər neçə məktəbə, nə qədər şagirdə və hansı sayda müəllimə hesablanıb? Bu məlumatlar göstərilməsə, alınan böyük miqdarların real tədris ehtiyacına uyğun olub-olmadığını yoxlamaq mümkün deyil.
Digər vacib məsələ avadanlıqların texniki xüsusiyyətləridir. Əgər tenderdə yazılan tələblər konkret bir məhsulun və ya markanın xüsusiyyətlərinə çox uyğun hazırlanıbsa, başqa şirkətlərin həmin tenderdə iştirak etmək imkanı da məhdudlaşır.
Haşiyə: “Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma təsdiqlənmiş satınalma planına uyğun təşkil edilməli, plan predmetin adını, miqdarını, icra müddətini, metodu və ehtimal olunan qiyməti əks etdirməlidir. Plana daxil olmayan predmetə təcili tələbat yaranarsa, əsaslandırılmış müraciət və nəzarət orqanının təsdiqi tələb olunur. Ehtimal olunan qiymət təsdiqlənmədən satınalmaya başlamaq olmaz.

Bu o deməkdir ki, bütün təşkilatlar üçün eyni adda açıq “tələbnamə” sənədinin dərc olunması ayrıca tələb olmasa da, miqdarların arxasında təsdiqlənmiş plan, ehtiyac hesablaması, texniki şərtlər və qiymət əsaslandırması olmalıdır. Satınalma planının rəsmi forması isə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir.

Bizimesr.media

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: 7A-da sərnişinə “su işgəncəsi” – AYNA təndiq olundu – FOTO
Next: Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI… – VİDEO

OXŞAR MÖVZULAR

1787561731_1
  • CƏMİYYƏT

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar

admin 24.08.2026
1787565203_screenshot-2026-08-24-135121
  • CƏMİYYƏT

Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI… – VİDEO

admin 24.08.2026
1787574909_ayna-anar
  • CƏMİYYƏT

7A-da sərnişinə “su işgəncəsi” – AYNA təndiq olundu – FOTO

admin 24.08.2026

XƏBƏR LENTİ

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO 64e9cf408c29f5fc07b94ca806334cf2 (1)
  • VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO

admin 24.08.2026
Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb. “Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər...
DAVAMI Read more about Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO
Dənizdə daha 2 nəfər batdı – Foto 1787559208_4f6675d0-36a1-4450-be7b-3c46350be087
  • HADİSƏ
  • VİDEO

Dənizdə daha 2 nəfər batdı – Foto

admin 24.08.2026
Bakıda dənizdə iki nəfər boğularaq ölüb. “Unikal”ın məlumatına görə, bu barədə mərhumların yaxınları sosial şəbəkədə məlumat paylaşıblar....
DAVAMI Read more about Dənizdə daha 2 nəfər batdı – Foto
“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü yeniyetme1
  • HADİSƏ
  • VİDEO

“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü

admin 24.08.2026
Ağstafada 3 gün əvvəl vaqonun üstünə çıxdığı üçün elektrik cərəyanı vuran 15 yaşlı Ömər Nəsibov vəfat edib....
DAVAMI Read more about “TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü
Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun Bakının mərkəzində yerləşən mənzillərlə bağlı başladığı hüquqi mübarizə...
DAVAMI Read more about Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir
“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib 1787570515_screenshot-2026-08-24-151828
  • İQTİSADİYYAT

“The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

admin 24.08.2026
ABŞ Prezidenti Donald Tramp ötən həftə Pakistan quru qoşunlarının baş komandanı Asim Munirlə onun bugünkü Tehran səfəri...
DAVAMI Read more about “The Times of Israel”: ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

Bütün yazılar

64e9cf408c29f5fc07b94ca806334cf2 (1)
  • VİDEO

Ağdaşda attraksion aşdı, bacı-qardaş yaralandı – VİDEO

admin 24.08.2026
1787559208_4f6675d0-36a1-4450-be7b-3c46350be087
  • HADİSƏ
  • VİDEO

Dənizdə daha 2 nəfər batdı – Foto

admin 24.08.2026
yeniyetme1
  • HADİSƏ
  • VİDEO

“TikTok”a video çəkən yeniyetməni elektrik vurub öldürdü

admin 24.08.2026
bcc960fbdec2a8fcbf43674331bae7ee
  • ARAŞDIRMA
  • BAXIŞ BUCAĞI
  • GÜNDƏM

Eldar Mahmudovun oğlunun “mövcud olmayan mənzillər” iddiası Ali Məhkəmədə – 3 vətəndaş ədalət istəyir

admin 24.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.