Skip to content
20.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  •  Bakı İdman Liseyində dələduzluq faktı… – gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • İDMAN

 Bakı İdman Liseyində dələduzluq faktı… – gəlin-qaynana tandemi kimlərə arxalanır?

admin 20.08.2026
1787200709_1

Vaxtaşırı təhsil sistemindəki korrupsiya və rüşvətxorluq gündəmə gələndə faktların təsdiqi hüquq mühafizə üzərinə düşür. Elə bu baxımdan cənab baş prokuror Kamran Əliyevə əziyyət olmasın deyə xahiş edirik ki, bu mövzunu xüsusi olaraq diqqətə alınması barədə göstəriş versin. . İnanırıq ki, onun nəzarətində olan hər bir iş öz ədalətli qərarını tapır.
Bu günlərdə isə Bakı İdman Liseyində elə bir dələduzluq halı baş verib ki, məktəb adına hədsiz utancverici vəziyyət yaranıb. Bakı İdman Liseyinin müəllimi Pünhan Pənahov liseyin direktoru Tərminə Əsədovaya arxalanaraq məzunlardan birinin valideynindən Dövlət İdman Akademiyasına qabiliyyət imtanından keçirəcəyi vədi ilə 5500 manat pul alaraq dələduzluq edib. Gözlənildiyi kimi əməliyyat baş tutmayıb, ortaya səs yazıları, pul köçürmə çekləri filan çıxıb. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahana təbii olaraq müdaxilə edə bilməyəcəyini bilən dəstə vətəndaşı məqsədyönlü şəkildə aldadaraq dələduzluq ediblər. Məsələ hazırda hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Tezliklə daha böyük başlar bu dələduzluqdan nəsibini alacaq.
Məsələnin maraqlı tərəfi odur ki, Bakı İdman Liseyinin direktoru Tərminə Əsədova Bakı şəhər təhsil idarəsinin müdir müavini Turanə Məcidlinin ailə üzvüdür. Gəlin qaynana tandeminin əks-sədası görün haralardan, hansı əməllərdən çıxır.
Bakı şəhər təhsil idarəsinə bir neçə ay əvvəl müavin təyin olunan Turanə Məcidli həmçinin müdür vəzifəsini icra edən Nərminə Hüseynovanın vəzifəsinə əməlli başlı göz dikib, şef müdir olmaq astanasındadır. O da nazir müavini gedəcəyini gözlədiyi üçün Turanə xanımın şıltaqlıqlarına göz yumur. Həmçinin Turanə Məcidli özündən yuxarı hamı üçün balıq tutan tilov rolunda həvəslə çıxış edir. Bu da yəqin elə onların marağına işlədiyi üçün hər kəsə sərf edir.
Hər hansı sahədə karyera qurmaq, vəzifə pillələrində yüksəlmək üçün illərlə əziyyət çəkmək, həmin sahənin bütün incəliklərinə dərindən bələd olmaq lazımdır. Əvvəllər ömrünü elmə, təhsilə həsr edən ziyalılar, alimlər bu sahədə söz sahibi idi. Elə məktəb də onda məktəb idi, təhsil də onda təhsil idi…
Hər şey orda qırıldı ki, şərab zavodunun mühasibi, “pesok satan”, bankın kredit şöbəsinin rəisi, marketlər şəbəkəsinin meneceri təhsil sistemində söz sahibi oldu, illərin müəllimlərinə ağıl öyrətdi, islahat aparıram deyərək bütün elm aləmini təcrübə dovşanına döndərdi. Təhsilin “T”-sindən xəbəri olmayanlar bu sistemi məhv etdilər, çökdürdülər. Nə elm qalıb, nə də ki təhsil. Nə məktəb qalıb, nə də müəllim nüfuzu. Ortada çox böyük bir boşluq var və onu on illərlə doldurmaq mümkün olmayacaq.
Nə başınızı ağrıdaq, təhsil sahəsində qocaman elm xadimlərinin, pedaqoqların belə baxıb köks ötürəcəyi sürətli yüksəliş yolu keçənlərdən biri də yuxarıda adını qeyd etdiyim BŞTİ-nin müdir müavini Turanə Məcidlidir. Onun İdarədə sektor müdiri təyin olunmasından müdir müavini olmasına qədər vur-tut 8 ay kifayət elədi. Camaat 8 aya işlədiyi idarənin yolunu-irzini güclə öyrənir, amma nə sirri-xudadırsa xanım Məcidli səkkizcə aya müdirin müavini oldu. Bunun Nobel mükafatı yox, hansısa elmi kəşfi, ixtirası yox, pedaqogikanın əsaslarını bu yaratmayıb. Bəs əcəba bu hansı fitri istedaddır ki, Turanə xanımı belə sürətlə yüksəltdi?
Elə bu suallar içində itib batmışdım ki, qəflətən gözüm medya resurslarında gedən, el arasında dolaşan xəbərlərə sataşdı. Gördüm ki, mən nəinki fil qulağında yatmışıq. Sən demə belə şeylər üçün nə istedad, nə ixtira, nə mixtira gərəkmirmi. Yetər ki, Eldar Əzizov boyda qohumun, Eşqi Bağırov kimi himayədarın, nazir müavini Həsən Həsənli kimi arxa-dayağın olsun. Hələ vaxtilə Ramiz Mehdiyevin əsas kadrlarından olan Məhəbbət Kazımov kimi qayınatadan, Bakı İdman Liseyinin direktoru olan qayınasından, onun can dostu, qəlb sirdaşı olan Məhəbbət Vəliyeva kimi rəfiqədən danışmıram. Onların bir kəlməsi, him-cimi min elmi əsərdən, təcrübədən daha üstündür.
Elm, təcrübə binəva müəllimə, alimə gərəkdir ki, onu da hər 5 ildən bir imtahan edərək müti qula çevirirsən. Belə vəzifələr üçün işarəni meriyadan alırsan, sədasını ağ şəhərdən eşidirsən… Turanə Məcidlinin Bakı İdman Liseyinin direktoru olan qayınanası bu yaxınlarda kələfin ucunu dolaşdırdığı dələduzluq oyunu ilə də yuxarıda tanış olduz.
Bu boyda həngamə qarşısında Turanə Məcidli deyib ki, mən burda niyə varam? Qoymaram qayınanama kimsə güldən ağır söz desin. Deyilənə görə Eşqi Bağırov da, elə nazirin müavini Həsən müəllim də Turanə xanıma qahmar çıxıblar ki, “qorxma, biz səninləyik”.
İndi gördünüzmü adamın tiranlığı üçün necə qohum-əqrabası, arxa-dayağı olmalıdır.
Elə tutaq ki , mənim qaynatam kran sürücüsüdür, deyir ki, gəl səni Ağ şəhərdə kranla 27-ci mərtəbəyə qaldırım sərinlən. İndi nə deyirsiniz, neyniyim, razılaşım.Mənimki də belə gətirib deyə gedib sərinlənməliyəm?…
Nahaqdan işdən çıxarılan məktəb direktorlarının, direktor müavinlərinin Ali məhkəməyə qədər gedir, sonda qalib çıxır. Heç nə olmamış kimi, məsul şəxslərin, baş idarənin insan resuruslarının, o cümlədən heç rəhbərliyin VECİNƏ gəlmir… Adı rüşvət qalmaqalında hallanan direktoru bir məktəbdən çıxarıb digər məktəbə direktor təyin edirlər. Direktor, direktor müavini olmaq istəyənlər öz maşınlarını, evlərini satmalı olurlar. Bakı təhsil idarəsinin müdirinə də bu əzizovçu sərf edir, ilanı Seyidəhməd əli ilə tutur. Vallah komedixanadı, rüşvətxanadı nədi bilmək olmur. Hər nədisə, bu nə elm deyil, nə də ki, təhsil…
İllərini təhsilə həsr etmiş direktorlar deyirlər ki, Turanə Məcidlinin ifrat eqosu, təhqir və təzyiqləri onları təhsildən getməyə məcbur edir. Adam nə hədd bilir, nə də gözü , nəfsi doyur. Onun “tələbləri”nə boyun əyməyən hər kəsi yola salmaqdan zövq alır. Son zamanlar neçə təcrübəli direktor, neçə təcrübəli direktor müavini işdən ayrılmalı olublar.
Təhsilə tələ kimi baxan birisinin tələyə düşəcəyi gün təhsilin xilası günü olacaq. O zaman himayədarları da onu xilas edə bilməyəcək. Həmin gün uzaqda deyil.
Nicat Mahmudov

 

Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: Qanuna meydan oxumaq, yoxsa qanunu bilməmək?
Next: Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

OXŞAR MÖVZULAR

1787146671_screenshot-2026-08-19-173639
  • İDMAN

“Sabah” bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

admin 19.08.2026
original_(12)
  • İDMAN

Serxio Buskets “Barselona”ya qayıtdı

admin 17.08.2026
3
  • İDMAN

PSJ Fransa Superkubokunda “Lans”a məğlub olub

admin 17.08.2026

XƏBƏR LENTİ

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi ukraine-military-drones
  • DÜNYA

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi

admin 20.08.2026
Rusiya ordusunun hava hücumundan müdafiə sistemləri gecə saatlarında ölkənin bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 1000-ə yaxın...
DAVAMI Read more about Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi
İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin” mojtaba_kh
  • DÜNYA

İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”

admin 20.08.2026
Mobil telefonlara göndərilən SMS və internet saytları vasitəsilə İran vətəndaşlarından ölkənin Ali rəhbəri Müctəba Xameneinin sağlamlığı üçün...
DAVAMI Read more about İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”
Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi” c92202c4812791ead4b82c5584cc1de1
  • ARAŞDIRMA

Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”

admin 20.08.2026
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə...
DAVAMI Read more about Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”
Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT 1787204936_screenshot-2026-08-20-094655
  • CƏMİYYƏT

Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT

admin 20.08.2026
Redaksiyamıza Radius.az-dan təkər alışına görə şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, o, şirkətin kampaniyasından yararlanaraq təkərləri daha...
DAVAMI Read more about Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO UuALQY7twZShnELhMDDjHj5zEpzoOvK3dz8Jaf71_1200
  • ARAŞDIRMA
  • VİDEO

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO

admin 20.08.2026
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq...
DAVAMI Read more about DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi – VİDEO

Bütün yazılar

ukraine-military-drones
  • DÜNYA

Ukrayna Rusiyanın 18 vilayətinə hücum etdi

admin 20.08.2026
mojtaba_kh
  • DÜNYA

İran vətəndaşlarına SMS göndərildi – “Xamenei üçün qurban kəsin”

admin 20.08.2026
c92202c4812791ead4b82c5584cc1de1
  • ARAŞDIRMA

Zal Yusifovun oğlunun işində yeni detallar: “Məndən 350 min istədi”

admin 20.08.2026
1787204936_screenshot-2026-08-20-094655
  • CƏMİYYƏT

Radius Təkər Mərkəzi ilə bağll İDDİA: Müştəri aldadılır? – MÜRACİƏT

admin 20.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.